ترجمة سورة يس

الترجمة الأذرية

ترجمة معاني سورة يس باللغة الأذرية من كتاب الترجمة الأذرية.
من تأليف: لي خان موساييف .

1. Ya. Sin.
2. And olsun hikmətli Qu­ra­na!
3. Həqiqətən, sən göndəril­miş elçi­lər­dənsən,
4. doğru yoldasan.
5. Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edil­miş­dir ki,
6. ataları xəbərdar edilmə­miş, özləri də qafil olan bir tay­fanı xə­bər­dar edə­sən.
7. Onların əksəriyyəti barə­sindəki söz gerçəkləşdi. Çünki onlar iman gə­tirmədilər.
8. Həqiqətən, Biz onların bo­yun­la­rı­na, çənələrinə dirən­miş zən­cir­lər ke­çirt­mişik. Odur ki, başları təkəbbürlə yuxarı qalx­mışdır.
9. Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pər­də saldıq. Buna görə də onlar haqqı gör­mürlər.
10. Sən onları qorxutsan da, qor­xut­masan da, onlar üçün ey­ni­dir, iman gə­tirməyəcəklər.
11. Sən ancaq Zikrə tabe olub Mərhə­mətli Allahı görmədən On­dan çəkinən şəxsi qorxuda bi­lər­sən. Beləsini bağış­lanma və çox gö­zəl bir mükafatla müj­də­lə.
12. Həqiqətən, ölüləri diril­dən, onla­rın bu dünyada törət­dik­lə­ri­ni və tərk et­diklə­rini ya­zan Bizik. Biz hər şe­yi açıq-ay­dın Yazıda (Löv­hi-məh­fuz­da) qey­də al­mışıq.
13. Sən onlara o zaman el­çi­lər gəl­miş şəhər sakinlərini mi­sal çək.
14. O zaman onlara iki nə­fər elçi gön­dərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüv­vət­lən­dir­dik. Bu elçilər: “Həqi­qətən, biz sizə göndərilmiş el­çilərik”– dedilər.
15. Onlar dedilər: “Siz də bi­zim kimi sadəcə bir insan­sınız. Mər­həmətli Allah sizə heç bir şey nazil etməmişdir. Siz an­caq yalan da­nışır­sınız”.
16. Elçilər dedilər: “Rəbbi­miz bilir ki, biz, həqiqətən də, sizə gön­dərilmiş elçi­lərik.
17. Bizim vəzifəmiz ancaq vəhy olu­nanı aşkar təbliğ et­mək­dir”.
18. Onlar dedilər: “Biz siz­də bəd əla­mət gördük. Əgər dəvə­ti­ni­zə son qoy­masanız, sizi müt­ləq daşqalaq edəcəyik və biz­dən sizə müt­ləq ağrılı-acılı bir əzab toxunacaqdır”.
19. Elçilər dedilər: “Sizin uğur­suzlu­ğunuz öz ucbatı­nız­dandır. Mə­gər sizə edilən öyüd-nəsihəti bəd əlamət sayır­sı­nız? Doğrusu, siz həd­di aşmış bir mil­lətsiniz”.
20. Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ay ca­ma­at! Elçilərin ardınca gedin!
21. Sizdən heç bir mükafat is­təmə­yən, özləri də doğru yol­da olan şəxslərin ar­dınca gedin!
22. Mənə nə olub ki, məni ya­radana və hüzuruna qay­ta­rı­­la­ca­ğı­nız Allaha iba­dət etmə­yim?
23. Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mər­həmətli Allah mə­nə bir zərər ye­tirmək istəsə, on­la­rın şə­faəti mə­nə heç bir fay­da ver­məz və on­lar məni xilas edə bilməzlər.
24. Bax onda mən açıq-ay­dın azğın­lığa düşmüş olaram.
25. Həqiqətən, mən sizin Rəb­binizə iman gətirdim. Mənə qu­laq asın!”
26. Şəhərin sakinləri bu ki­şini öldürdük­dən sonra ona: “Cən­nə­tə da­xil ol!”– de­yildi. O dedi: “Kaş qövmüm biləydi ki,
27. Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”.
28. Biz ondan sonra xalqı­nın üstünə göydən heç bir qoşun göndər­mədik və heç göndərən də deyildik.
29. Onları məhv edən ancaq dəhşətli bir səs oldu. Onlar bir­dən sö­­nüb get­di­lər.
30. Vay bu qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona is­­tehza et­məsinlər.
31. Məgər onlar özlərindən əvvəl ne­çə-neçə nəsilləri məhv et­di­yi­mizi və on­ların bir daha geriyə – bunların ya­nı­na qayıt­madığını gör­mürlərmi?
32. Hamısı bir yerdə Bizim hüzuru­muza gətiriləcəklər.
33. Ölü torpaq onlar üçün bir də­lil­dir. Biz onu yağışla dirildir, ora­dan taxıl çıxardırıq, onlar da ondan yeyirlər.
34. Biz orada xurma bağları və üzüm­lüklər yaratdıq, bulaq­lar qay­na­dıb çı­xartdıq ki,
35. onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən ye­sin­lər. Bəs onlar şükür etmə­yə­cəklərmi?
36. Yerin bitirdiklərindən, in­sanların öz­lərindən və bilmə­dik­lə­rin­dən bütün cüt­ləri ya­ra­dan Allah pakdır, müqəd­dəs­dir.
37. Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayı­rıb çı­xaran kimi onlar zül­mət içində qalırlar.
38. Günəş də özünün qaldı­ğı yerə axıb gedir. Bu, Qüdrət­li, Bi­lən Allahın əzəli hökmüdür.
39. Ay üçün də mənzillər mü­əyyən etmişik. Nəhayət, o təd­ricən dö­nüb xur­ma ağacının qu­rumuş budağı kimi əyri olur.
40. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. On­ların hər biri öz orbiti ilə üzüb gedir.
41. Onların nəslini yüklü gə­midə da­şımağımız da onlar üçün bir dəlildir.
42. Biz onlar üçün buna bən­zər daha neçə-neçə minik vasi­təsi ya­ratdıq.
43. Əgər istəsək, onları suya qərq edə­rik. Onda nə onların im­da­dına çatan olar, nə də on­lar xilas ola bilərlər.
44. Yalnız Bizim onlara rəhm etməyi­miz və onlara, müəyyən edil­miş vax­tadək, gün-güzə­ran nəsib etməyimiz is­tisna­dır.
45. Onlara: “Önünüzdə olan­dan və ar­xa­nızca gələndən (dün­ya­da və axi­rətdə olan) əzabdan qorxun ki, bəlkə si­zə rəhm olu­na!”– de­yildikdə üz çevi­rir­lər.
46. Onlara öz Rəbbinin ayə­lərindən elə bir ayə gəlmir ki, ondan üz döndər­məsinlər.
47. Onlara: “Allahın sizə ver­diyi ruzi­dən sərf edin!”– de­yil­dik­də, ka­firlər mö­minlərə de­yir­lər: “Allahın istədiyi təq­dir­də ye­dir­də­cəyi kim­səni bizmi ye­dir­dəcəyik? Siz ancaq açıq-aydın azğınlıq için­dəsiniz”.
48. Onlar: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”– de­yə soruşur­lar.
49. Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlə­rini ya­xa­la­yacaq bir tük­ür­pə­dici səsi gözləyirlər.
50. Onlar nə bir vəsiyyət et­məyə qa­dir olacaq, nə də ailə­lə­rinin ya­nına qayı­da bilə­cək­lər.
51. Sur ikinci dəfə üfürülən kimi on­lar dərhal qəbirlərdən çıxıb Rəb­binə tə­rəf axışacaqlar.
52. Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yer­dən kim qaldırdı? Bu, Mərhə­mətli Allahın vəd etdiyi qiya­mət­dir. Elçilər doğ­ru deyirlərmiş”.
53. Bircə dəhşətli səs qopan kimi on­ların hamısı hüzuru­muza gə­tiri­ləcək­lər.
54. O gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə an­caq etdiyi­niz əməllərin əvə­zi veriləcəkdir.
55. Həqiqətən də, O gün Cənnət əhli nemətlər içində səfa sürər.
56. Onlar zövcələri ilə bir­likdə köl­gə­liklərdə taxtlara söy­kə­nə­cək­lər.
57. Orada onlar üçün mey­və­lər və is­tədikləri hər şey vardır.
58. Üstəlik Rəhmli Rəbb on­lara: “Sa­lam” deyəcək.
59. “Bu gün möminlərdən ay­rılın, ey günahkarlar!
60. Ey Adəm övladları! Mə­gər Mən si­zə buyurmadımmı ki, şey­tana ibadət etməyin, o si­zin açıq-aydın düş­məni­nizdir,
61. Mənə ibadət edin? Doğ­ru yol bu­dur!
62. Artıq şeytan içərinizdən bir çox­larını yoldan çıxart­mış­dır. Mə­gər dərk etmirdiniz?
63. Bu, sizə vəd edilmiş Cə­hənnəm­dir.
64. Kafir olduğunuza görə bu gün orada yanın!”
65. Bu gün onların ağızla­rı­na möhür vurarıq. Qazandıq­ları gü­nah­lar barə­sin­də onların əlləri Bizimlə danışar, ayaq­ları da şəhadət ve­rər.
66. Əgər istəsəydik, onların gözlə­ri­ni kor edərdik və onda on­lar düz yolla getməyə çalı­şar­dılar. Amma necə görə bi­lər­di­lər?
67. Əgər istəsəydik, onları yerlərin­də­cə elə eybəcər hala sa­lar­dıq ki, nə irə­li gedə, nə də geri qayıda bilərdilər.
68. Kimə uzun ömür veri­riksə, onu xilqətcə tərsinə çevi­ririk. Mə­gər başa düşmürlər?
69. Biz Muhəmmədə şeir öy­rət­mədik, bu ona heç ya­raşmaz da. Bu an­caq öyüd-nəsihət və aydın Qurandır ki,
70. diri olanları qorxutsun və ka­fir­lər barəsindəki söz ger­çək­ləş­sin.
71. Məgər onlar görmürlər ki, Biz onlardan ötrü sahib ol­duq­la­rı mal-qa­ranı Öz əlləri­miz­lə yaratmışıq?
72. Yaratdıqlarımızı öz isti­fadələrinə verdik ki, bəzilərin­dən mi­nik kimi ya­rarlansınlar və bəzilərini də yesinlər.
73. Bunlarda onlar üçün baş­qa mən­fə­ətlər və içiləcək süd də var­. Yenə də şükür etməyə­cəklərmi?
74. Bir çarə tapmaları üçün müşrik­lər Allahdan başqa mə­bud­lar qəbul et­di­lər.
75. Amma məbudlar onlara heç bir kö­mək edə bilməzlər. Hər­çənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir.
76. Onların sözü səni kə­dər­ləndir­mə­sin. Şübhəsiz ki, Biz on­la­rın nəyi giz­li saxla­dıq­larını və nəyi aşkar etdiklərini bilirik.
77. Məgər insan onu nütfə­dən yarat­dı­ğımızı görmür? Bu­dur, o in­di açıq-aş­kar müba­hi­sə edir.
78. O Bizə bir məsəl çəkdi, lakin ya­ra­dılışını unutdu. O de­di: “Çü­rü­müş sü­mükləri kim dirildə bilər?”
79. De: “Onları ilk dəfə ya­radan Allah Özü dirildə­cək­. O, hər bir məxlu­quna yaxşı bə­ləddir.
80. O sizin üçün yaşıl ağac­dan od əmələ gətirdi. Budur, siz indi on­dan od yandırır­sınız”.
81. Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq et­mək qüdrətinə malik olmaz­mı?! Şübhəsiz ki, O, Yara­dan­dır, Bi­lən­dir.
82. Bir şeyi yaratmaq istə­dik­də ona təkcə: “Ol!” deyər, o da olar.
83. Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəs­dir. Siz ancaq Onun hüzuruna qaytarı­la­caq­sınız.
سورة يس
معلومات السورة
الكتب
الفتاوى
الأقوال
التفسيرات

سورةُ (يس) من السُّوَر المكِّية، جاءت بمقصدٍ عظيم؛ وهو إثباتُ صحَّة رسالة النبي صلى الله عليه وسلم: {إِنَّكَ لَمِنَ اْلْمُرْسَلِينَ} [يس: 3]، وكذا إثباتُ صحة ما جاء به من عندِ الله عزَّ وجلَّ؛ فهو خلاصةُ الرُّسل والرسالات وخاتَمُهم، كما جاءت السورةُ - على غِرار السُّوَر المكية - بإثباتِ وَحْدانية الله عزَّ وجلَّ، وإثباتِ البعث والجزاء، وتقسيمِ الناس إلى: أبرارٍ أتقياء، ومجرِمين أشقياء، وقد جاء في فضلِ سورة (يس) أحاديثُ كثيرة لم يثبُتْ منها شيء، إلا حديث: «مَن قرَأَ {يسٓ} في ليلةٍ ابتغاءَ وجهِ اللهِ، غُفِرَ له» أخرجه ابن حبان (٢٥٧٤).

ترتيبها المصحفي
36
نوعها
مكية
ألفاظها
731
ترتيب نزولها
41
العد المدني الأول
82
العد المدني الأخير
82
العد البصري
82
العد الكوفي
83
العد الشامي
82

* قوله تعالى: {وَنَكْتُبُ مَا قَدَّمُواْ وَءَاثَٰرَهُمْۚ} [يس: 12]:

عن عبدِ اللهِ بن عباسٍ رضي الله عنهما، قال: «كانت الأنصارُ بعيدةً مَنازِلُهم مِن المسجدِ، فأرادوا أن يَقترِبوا؛ فنزَلتْ: {وَنَكْتُبُ مَا قَدَّمُواْ وَءَاثَٰرَهُمْۚ} [يس: 12]، قال: فثبَتُوا». أخرجه ابن ماجه (٦٤٤).

* قوله تعالى: {أَوَلَمْ يَرَ اْلْإِنسَٰنُ أَنَّا خَلَقْنَٰهُ مِن نُّطْفَةٖ فَإِذَا هُوَ خَصِيمٞ مُّبِينٞ ٧٧ وَضَرَبَ لَنَا مَثَلٗا وَنَسِيَ خَلْقَهُۥۖ قَالَ مَن يُحْيِ اْلْعِظَٰمَ وَهِيَ رَمِيمٞ ٧٨ قُلْ يُحْيِيهَا اْلَّذِيٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٖۖ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ ٧٩ اْلَّذِي جَعَلَ لَكُم مِّنَ اْلشَّجَرِ اْلْأَخْضَرِ نَارٗا فَإِذَآ أَنتُم مِّنْهُ تُوقِدُونَ ٨٠ أَوَلَيْسَ اْلَّذِي خَلَقَ اْلسَّمَٰوَٰتِ وَاْلْأَرْضَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يَخْلُقَ مِثْلَهُمۚ بَلَىٰ وَهُوَ اْلْخَلَّٰقُ اْلْعَلِيمُ ٨١ إِنَّمَآ أَمْرُهُۥٓ إِذَآ أَرَادَ شَيْـًٔا أَن يَقُولَ لَهُۥ كُن فَيَكُونُ ٨٢ فَسُبْحَٰنَ اْلَّذِي بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَيْءٖ وَإِلَيْهِ تُرْجَعُونَ} [يس: 77-83]:

عن سعيدِ بن جُبَيرٍ، عن ابنِ عباسٍ رضي الله عنهما، قال: «إنَّ العاصَ بنَ وائلٍ أخَذَ عَظْمًا مِن البَطْحاءِ، فَفَتَّهُ بيدِه، ثم قال لرسولِ اللهِ صلى الله عليه وسلم: أيُحيِي اللهُ هذا بعدما أرَمَ؟ فقال رسولُ اللهِ صلى الله عليه وسلم: «نَعم، يُمِيتُك اللهُ، ثم يُحيِيك، ثم يُدخِلُك جهنَّمَ»»، قال: «ونزَلتِ الآياتُ مِن آخرِ (يس)». "الصحيح المسند من أسباب النزول" (1 /174).

* سورةُ (يس):

سُمِّيت سورة (يس) بهذا الاسم؛ لافتتاحها بهذا اللفظِ، ولم يثبُتْ لها اسمٌ آخر.

* جاء في فضلِ سورة (يس) أحاديثُ كثيرة لم يثبُتْ منها شيء، إلا ما ورد مِن أنَّ مَن قرأها في ليلةٍ مبتغيًا وجهَ الله غُفِر له:

عن جُندُبِ بن عبدِ اللهِ رضي الله عنه، قال: قال رسولُ اللهِ صلى الله عليه وسلم: «مَن قرَأَ {يسٓ} في ليلةٍ ابتغاءَ وجهِ اللهِ، غُفِرَ له». أخرجه ابن حبان (٢٥٧٤).

1. القَسَمُ بالقرآن الكريم، وحالُ النبي صلى الله عليه وسلم مع قومه (١-١٢).

2. قصة أصحاب القَرْية (١٣-١٩).

3. الرَّجل المؤمن يدعو قومه لاتباع المرسلين (٢٠-٣٢).

4. بعض آيات من قدرة الله (٣٣-٤٤).

5. إعراض الكفار عن الحق (٤٥-٤٧).

6. إنكار المشركين البعثَ والساعة (٤٨-٥٤).

7. جزاء (٥٥-٦٨).

8. الأبرار المتقون (٥٥-٥٨).

9. المجرمون الأشقياء (٥٩-٦٨).

10. إثبات وجود الله سبحانه وتعالى، ووَحْدانيته (٦٩-٧٦).

11. إقامة الدليل على البعث والنشور (٧٧-٨٣).

ينظر: "التفسير الموضوعي لسور القرآن الكريم" لمجموعة من العلماء (6 /299).

مقصدُ سورةِ (يس) هو إثباتُ صحة رسالةِ النبي صلى الله عليه وسلم، والأمرُ بتصديقِ النبي صلى الله عليه وسلم وما جاء به، الذي هو خالصةُ المرسَلين وخاتمُهم، وجلُّ فائدةِ هذه الرسالة إثباتُ الوَحْدانية لله، والإنذارُ بيوم القيامة، وإصلاحُ القلب الذي به صلاحُ الدنيا والدِّين.

ينظر: "مصاعد النظر للإشراف على مقاصد السور" للبقاعي (2 /390).