ترجمة سورة القلم

الترجمة الأذرية

ترجمة معاني سورة القلم باللغة الأذرية من كتاب الترجمة الأذرية.
من تأليف: لي خان موساييف .

1. Nun. And olsun qələmə və qələ­mə alınanlara!
2. Məhz Rəbbinin mərhə­mə­ti sayəsində sən dəli deyilsən.
3. Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazır­lan­mış­dır.
4. Həqiqətən də, sən böyük əxlaq sa­hibisən!
5. Sən də görəcəksən, onlar da –
6. hansınızın dəli olduğunu.
7. Şübhəsiz ki, Rəbbin Onun yolun­dan azanları və haqq yol­da olan­ları daha yaxşı tanıyır.
8. Elə isə haqqı yalan sayan­lara gü­zəştə getmə.
9. Müşriklər istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə gü­zəşt et­sinlər.
10. İtaət etmə hər tez-tez and içənə, alçağa,
11. qeybət edənə, dedi-qo­du yayana,
12. xeyrə mane olana, həddi aşana, günahkara,
13. daş ürəkliyə, bunlardan sonra da başqasının adını mə­nim­sə­yən fırıl­daq­çıya –
14. o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə.
15. Ayələrimiz ona oxun­du­ğu za­man: “Bu, keçmişdəki­lə­rin əsa­tirlərin­dən­dir!”– deyər.
16. Biz onun burnuna dam­ğa vura­cağıq.
17. Həqiqətən, Biz bağ sa­hib­lərini sı­nağa çəkdiyimiz kimi on­la­rı da sınağa çəkdik. O za­man bağ sahibləri səhər açı­lan­da bağda olan mey­vələri mütləq dərə­cəklərinə and içmişdilər
18. və heç bir istisna da et­məmiş­di­lər (“inşallah” demə­miş­di­lər).
19. Onlar yuxuda ikən Rəb­binin əzabı o bağı bürüdü.
20. Bağ yanıb zülmət gecə kimi qap­qara oldu.
21. Onlar səhər qalxdıqda bir-birlə­rini çağırdılar:
22. “Əgər meyvə dərəcək­si­nizsə, ba­ğınıza erkən gedin!”
23. Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pı­çıl­da­yır­dılar:
24. “Bu gün oraya – yanı­nı­za heç bir kasıb girməsin!”
25. Onlar bu məqsədlə ka­sıb­­ları bağa buraxmamağa qa­dir ola­caq­la­rını zənn edib erkən getdi­lər.
26. Bağı görəndə isə belə de­dilər: “De­yəsən, biz düz gəl­mə­mi­şik!
27. Xeyr! Biz bu bağın xey­rindən məh­rum olmuşuq!”
28. Onların ən insaflısı de­di: “Məgər mən sizə Allahın şə­ninə tə­rif­lər söyləyin demədimmi?”
29. Onlar dedilər: “Rəbbi­miz pakdır, müqəddəsdir! Hə­qi­qə­tən də, biz özü­müzə zülm et­mişik!”
30. Onlar dönüb bir-birləri­ni qına­mağa başladılar
31. və dedilər: “Vay halı­mı­za! Biz həddi aşanlarıq!
32. Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yax­şısını ver­sin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.
33. Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyük­dür! Kaş biləy­dilər!
34. Şübhəsiz ki, müttəqilər üçün Rəb­bi yanında Nə­im cən­nətləri hazırlan­mışdır.
35. Biz heç müsəlmanları gü­nah­kar­lara tay tutarıqmı?
36. Sizə nə olub, necə hökm verir­siniz?
37. Yoxsa sizin elə bir kita­bı­nız var­ ki, üsyankarla itaət­karın ey­ni oldu­ğunu ondan oxu­yursunuz?
38. Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı ya­zıl­mış­dır?
39. Yaxud Bizimlə Qiyamət günü­nə­dək əhd bağlamısınız ki, is­tə­diyiniz hər şey sizin ola­caq?
40. Onlardan soruş ki, kim buna za­min duracaq?
41. Yoxsa onların şərikləri var? Əgər doğru danışır­lar­sa, on­da qoy şə­riklərini gətir­sinlər.
42. Baldır açılacağı və on­lar səcdə­yə çağırılacaqları, la­kin buna qa­dir ola bilməyə­cək­ləri gün –
43. onların baxışları yazıq görkəm alacaq­, özlərini də zi­llət bü­rü­yəcək­. Hərçənd ki, onlar dünyada ikən sağ-sala­mat halda səc­də qılmağa dəvət olu­nurdular.
44. Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz on­ları bil­mədikləri bir yöndən tədricən əzaba sü­rüklə­yirik.
45. Hələlik Mən onlara möh­lət veri­rəm. Şübhəsiz ki, Mə­nim ka­fir­lər üçün qurduğum hiyləm çox güclüdür.
46. Yoxsa sən onlardan bir muzd is­təyirsən və onlar da ağır bir borca dü­şüblər?
47. Yoxsa qeyb onların əlin­dədir və onlar da ona baxıb is­tə­dik­lə­ri­ni yazırlar?
48. Sən öz Rəbbinin hök­mü­nə səbir et və balıq sahibi Yu­nus ki­mi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi.
49. Əgər Rəbbinin mərhə­məti ona yetişməsəydi, o, qı­nan­mış hal­da heç bir bitki bit­məyən boş yerə atılacaqdı.
50. Lakin Rəbbi onu seçib əməlisa­lehlərdən etdi.
51. Həqiqətən, kafirlər bu Zik­ri eşit­dikləri zaman öz ba­xış­la­rı ilə az qala səni gözə gəti­rə­lər. Onlar çarəsizlikdən: “O, də­lidir!”– de­yirlər.
52. Halbuki bu Quran aləm­lər üçün öyüd-nəsihətdən baş­qa bir şey deyil.
سورة القلم
معلومات السورة
الكتب
الفتاوى
الأقوال
التفسيرات

سورة (القَلَم) من السُّوَر المكية، وقد جاءت ببيانِ إعجاز هذا الكتاب للكفار، وتأكيدِ صدقِ نبوَّة مُحمَّد صلى الله عليه وسلم، وما جاء به من عندِ الله؛ فلن يستطيع الكفارُ أن يأتوا بمثل هذه الحروف أبدًا، وفي ذلك تسليةٌ للنبي صلى الله عليه وسلم، وتثبيت له، وخُتمت بتخويفِ الكفار من بطشِ الله، وتوصيةِ النبي صلى الله عليه وسلم بالصبر.

ترتيبها المصحفي
68
نوعها
مكية
ألفاظها
301
ترتيب نزولها
2
العد المدني الأول
52
العد المدني الأخير
52
العد البصري
52
العد الكوفي
52
العد الشامي
52

* سورة (القلم):

سُمِّيت سورة (القلم) بهذا الاسم؛ لافتتاحها بقَسَمِ الله بـ(القلم).

* سورة {نٓ}:

وسُمِّيت بهذا الاسم؛ لافتتاحها بهذا الحرفِ {نٓ}.

1. بيان رِفْعة قَدْرِ النبي عليه السلام (١-٧).

2. تحقير شأن الكافرين، وذمُّهم (٨-١٦).

3. قصة أصحاب الجنَّة (١٧-٣٣).

4. جزاء المؤمنين، وأسئلة إقناعية للكافرين (٣٤-٤٣).

5. تخويف الكفار من بطشِ الله، وتوصية النبي صلى الله عليه وسلم بالصبر (٤٤ -٥٢).

ينظر: "التفسير الموضوعي لسور القرآن الكريم" لمجموعة من العلماء (8 /292).

 تَحدِّي الكفار والمعانِدين بهذا الكتاب، والدلالةُ على عجزِهم عن الإتيان بمثل سُوَرِه، وإبطالُ مطاعنِ المشركين في النبي صلى الله عليه وسلم، وإثباتُ صدقِه، ومن ثم تسليةُ الله له وتثبيته.

ينظر: "التحرير والتنوير" لابن عاشور (29 /58).