ترجمة سورة الشورى

الترجمة الأذرية

ترجمة معاني سورة الشورى باللغة الأذرية من كتاب الترجمة الأذرية.
من تأليف: لي خان موساييف .

1. Ha. Mim.
2. Ayn. Sin. Qaf.
3. Qüdrətli və Müdrik olan Allah sə­nə və səndən əvvəl­ki­lərə be­lə vəhy edir.
4. Göylərdə və yerdə nə var­sa, Ona məxsusdur. O, Uca­dır, Ulu­dur.
5. Sanki göylərin bir-birinin üstün­dən çatlayıb yarılmasına az qa­lır. Mə­ləklər də Rəbbinə həmd ilə təriflər de­yir və yer­dəkilər üçün bağışlanma dilə­yirlər. Həqiqətən, Allah Bağış­layandır, Rəhm­lidir.
6. Allahdan başqası ilə dost­luq edən­lərə Allah Özü nəza­rət edir. Sən on­la­rın mühafizə­çisi deyilsən.
7. Beləliklə, Biz sənə ərəbcə Quran vəhy etdik ki, şəhərlər anası Məkkə əhli­ni və onun ət­ra­fındakıları xəbərdar edə­sən, üstəlik, ba­rə­sin­də heç bir şübhə do­ğur­mayan məhşər gününü yad­ları­na sala­san. İn­san­ların bir qismi Cənnətdə, digər qismi isə Od­da olacaq.
8. Əgər Allah istəsəydi, on­ları vahid bir ümmət edərdi. Lakin O, istə­diyini Öz mər­hə­mətinə qovuşdurur. Zalım­la­rın isə nə bir hi­mayəçisi olar, nə də bir yardımçısı.
9. Onlar özlərinə Allahdan başqa hi­mayəçilər götürdülər. Hal­bu­ki, Hi­mayədar ancaq Allahdır. O, ölüləri di­rildir. O, hər şeyə qa­dirdir.
10. İxtilafa düşdüyünüz şey­lər barə­sində hökm vermək an­caq Alla­ha aid­dir. Bu, mənim Rəbbim olan Allahdır. Mən yal­nız Ona tə­vəkkül edir və yal­nız Ona üz tuturam.
11. Allah göyləri və yeri Ya­radandır. O sizin üçün özü­nüz­dən zöv­cələr, hey­vanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir.
12. Göylərin və yerin açar­ları Ona məxsusdur. O, istədi­yinin ru­zisini bol edər, istədi­yininkini də azaldar. O, hər şeyi bilir.
13. Allah Nuha tövsiyə et­di­yini, sə­nə vəhy etdiyimizi, İb­ra­hi­mə, Musa­ya və İsaya töv­si­yə etdiyimizi sizin üçün də din­də qa­nun etdi: “Dinə doğru-düz­gün etiqad edin və onda bölünüb firqə-fir­qə olma­yın!” Sənin dəvət etdiyin töv­hid müş­riklərə ağır gəldi. Allah istə­di­yi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yö­nəl­dər.
14. Onlara məhz elm gəl­dik­dən son­ra, öz aralarındakı pa­xıllıq uc­batından, ixtilafa düş­dülər. Əgər Rəbbindən, mü­əy­yən bir vax­ta­dək Söz verilmiş ol­ma­saydı, onların arasında ar­tıq hökm çı­xarıl­mış olardı. On­lardan sonra Kitaba varis olan­lar da onun barəsində an­laşıl­maz bir şübhə içindədirlər.
15. Buna görə də sən tövhidə dəvət et və sənə əmr olun­du­ğu ki­mi düz yolla get. Onların nəf­s­lərinin istəyinə uyma və de: “Mən Alla­hın nazil etdiyi Ki­ta­ba iman gətirdim. Mənə sizin aranızda əda­lətli olmaq əmr edilmişdir. Allah bizim də Rəb­bimiz, sizin də Rəb­biniz­dir. Bi­zim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aid­dir. Bizim­lə sizin aranızda müba­hisə edi­ləcək bir şey yoxdur. Allah ha­mımızı bir yerə top­layacaq. Dönüş də yalnız Onadır”.
16. Allahın dəvəti qəbul olun­duqdan sonra Onun barəsində mü­bahi­səyə gi­rişənlərin dəlili Rəbbinin yanında boş şeydir. Onlar dün­yada qəzəbə düçar olacaqlar. Axirətdə isə onları şiddətli əzab göz­ləyir.
17. Kitabı və tərəzini gerçək həqiqət kimi nazil edən Allah­dır. Nə bilirsən, bəlkə də o Saat (Qiyamət günü) yaxındır.
18. Qiyamətə inanmayanlar onun tez gəlib çatmasını istə­yir­lər. Mö­minlər isə ondan qor­xur və onun həqiqət oldu­ğu­nu bi­lirlər. Şüb­həsiz ki, o Saat barə­sin­də mübahisə edən­lər dərin bir azğınlıq için­də­dirlər.
19. Allah Öz qullarına qarşı Lütf­kar­dır. O, istədiyinə ruzi verir. O, Qüvvət­lidir, Qüdrət­lidir.
20. Biz axirət savabını istə­yənin sa­vabını artırar, dünya qa­zan­cı­nı istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı ol­maz.
21. Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şə­riət qa­nunu edə bilən şərikləri vardır? Əgər həlledici Söz ol­masaydı, ara­la­rındakı iş bitmiş olardı. Həqi­qətən, zalımları ağ­rı­lı-acılı bir əzab gözləyir.
22. Zalımların qazandıqları günahlar özlərinə qarşı çevril­dikdə on­ları bunun qorxusun­dan titrəyən görəcəksən. İman gətirib yaxşı iş­lər görənlər isə Cənnət bağlarında məskun­la­şacaqlar. Rəbbinin yanında on­lar üçün istədikləri hər şey ha­zırlanmışdır. Böyük lütf­kar­lıq da elə budur.
23. İman gətirib yaxşı işlər görən qul­larına Allahın müjdə ver­di­yi nemət bu­dur. De: “Mən sizdən bunun əvəzində qo­hum­luq sev­gisindən başqa bir şey is­təmirəm”. Kim bir yaxşılıq et­sə, onun sa­vabını artırarıq. Hə­qiqətən, Allah Ba­ğışlayan­dır, şükrün əvəzini ve­rəndir.
24. Yoxsa onlar sənin ba­rən­də: “O, Allaha qarşı yalan uy­durdu”– de­yir­lər?! Əgər Allah istəsə, sənin qəlbinə möhür vu­rar. Allah ba­ti­li silib yox edər və haqqı Öz sözləri ilə bər­qə­rar edər. Şübhəsiz ki, O, köks­lərdə olanları bilir.
25. Qullarının tövbəsini qə­bul edən, günahları bağışlayan və si­zin nə etdi­yi­nizi bilən Odur.
26. O, iman gətirib yaxşı əməllər edənlərin duasını qə­bul edər və Öz lüt­fünü onlara artı­rar. Kafirlər üçün isə şid­dət­li əzab ha­zır­lan­mışdır.
27. Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzün­də həddi aşardılar. Lakin O, istədiyi şeyi qə­də­rincə gön­dərir. Hə­qiqətən, O, Öz qulla­rından Xəbərdardır, Görəndir.
28. İnsanlar ümidlərini kəs­dikdən sonra yağış endirən və Öz mər­hə­mətini hər yana ya­yan Odur. O, Himayəçidir, Tərifə­layiqdir.
29. Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun də­lil­lərin­dən­dir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə top­la­ma­ğa qadirdir.
30. Başınıza gələn hər bir mü­sibət öz əllərinizlə qazan­dı­ğı­nız gü­nah­lar üzün­dəndir. Allah günahların çoxunu ba­ğış­layır.
31. Siz yer üzündə Allahdan yaxa qur­tara bilməzsiniz. Allah­dan baş­qa sizin nə bir himayə­çiniz olar, nə də bir kömək­çi­niz.
32. Dənizdə dağlar kimi üzən gə­mi­lər də Onun dəlillərin­dən­dir.
33. Əgər Allah istəsə, küləyi sakit­ləş­dirər, onlar da suyun üzün­də hərə­kət­siz qalarlar. Hə­qiqətən, bunda səbirli olan və şükür edən hər bir kəs üçün ibrətlər vardır.
34. Yaxud, gəmidəkilərin qa­zandıqları günahları ucbatın­dan, on­la­rı məhv edər və ya bir çoxunu bağış­layar.
35. Bizim ayələrimiz barə­sində mü­bahisə edənlər özlə­ri üçün heç bir qur­tuluş yeri ol­madığını biləcəklər.
36. Sizə verilən hər bir şey dünya hə­yatının keçici zövqü­dür. Alla­hın ya­nında olan­lar isə daha xeyirli və daha sü­rəklidir. Bunlar iman gətirib öz Rəb­binə təvəkkül edənlər üçün­dür.
37. O kəslər üçün ki, böyük günah­lardan və çirkin əməl­lərdən çə­kinir, qə­zəbləndikləri zaman xətanı bağışla­yır­lar.
38. O kəslər üçün ki, Rəb­bi­nin də­və­tini qəbul edir, namaz qılır, iş­ləri­ barə­də öz arala­rın­da məsləhətləşir, onlara verdi­yi­miz ruzi­dən Allah yolunda xərc­lə­yirlər.
39. O kəslər üçün ki, haq­sız­lığa mə­ruz qaldıqda intiqam alırlar.
40. Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və ba­rış­sa, onun mükafatı Alla­ha aid olar. Həqiqətən, O, za­lımları sev­mir.
41. Haqsızlığa uğradıqdan sonra qi­sas alanlara heç bir mə­zəm­mət olun­maz.
42. Məzəmmət olunmağa an­caq in­san­lara zülm edənlər və yer üzün­də haqsız yerə azğın­lıq edənlər layiqdirlər. Məhz onlar üçün ağ­rılı-acılı əzab var­dır.
43. Hər kim səbir edib ba­ğış­lasa, şüb­həsiz ki, bu məq­sədə uy­ğun işlər­dən­dir.
44. Allah kimi azğınlığa sal­sa, bun­dan sonra onun heç bir hi­ma­yə­çisi ol­maz. Sən za­lım­ları əzabı gördükləri za­man: “Qa­yıt­ma­ğa bir yol yoxdur­mu?”– deyən görəcəksən.
45. Cəhənnəm qarşısına gə­ti­rildikləri zaman sən onların zə­lil­lik­dən başlarını aşağı salıb gözucu gizlin-gizlin bax­dıq­la­rını gö­rə­cək­sən. Möminlər de­yəcək­lər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qi­ya­mət günü öz­lə­rini və ailələrini itirən­lərdir”. Həqiqətən, zalımlar da­i­mi əzab içində olacaqlar.
46. Onlara Allahdan başqa kömək edəcək dostlar olma­ya­caq­. Allah ki­mi azğınlığa sal­sa, onun üçün heç bir qur­tuluş yolu ol­maz.
47. Allah tərəfindən qarşısı­alınmaz gün gəlməmişdən əv­vəl Rəb­bini­zin ça­ğırışına ca­vab verin! O gün sizin üçün heç bir sı­ğı­na­caq olma­yacaq və siz gü­nahlarınızı inkar edə bilmə­yə­cəksiniz.
48. Əgər üzlərini çevirsələr, unutma ki, Biz səni onlara nə­zarətçi tə­yin etmə­mi­şik. Sənin vəzifən ancaq təbliğ et­məkdir. Biz insana Öz mərhəməti­miz­dən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə et­dikləri əməllərin ucbatından bir bəd­bəxtlik üz verdikdə isə, in­sa­nın nankor olduğunu görərsən.
49. Göylərdə və yerdə səl­tənət Alla­hındır. O, istədiyini yara­dır; ki­mə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir.
50. Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, is­tə­diyini də sonsuz edir. Hə­qiqətən, O, hər şeyi biləndir, qadirdir.
51. Allah insanla ancaq vəhy­lə və ya pərdə arxasından da­nışır, ya­­xud bir el­çi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir. Həqiqə­tən, O, Ucadır, Hikmət sahibidir.
52. Biz sənə Öz əmrimizdən olan Ru­­hu (Quranı) vəhy et­dik. Sən kitab nə­dir, iman nədir bilmirdin. Lakin Biz onu, qul­la­rı­mız­dan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Hə­qi­qə­­tən, sən onları doğru yola yönəldirsən –
53. göylərdə və yerdə olan­ların sahi­bi Allahın yoluna. Şübhə­siz ki, bütün işlər Allaha qa­yıdır.
سورة الشورى
معلومات السورة
الكتب
الفتاوى
الأقوال
التفسيرات

سورةُ (الشُّورى) من السُّوَر المدنية، وقد دعَتِ السورةُ الكريمة إلى الوَحْدة، والاجتماع، والاعتصام، ونَبْذِ الفُرْقة والاختلاف، ولا يكون اجتماعٌ ووَحْدة دون الاجتماع على الكتاب والسُّنة، والاعتصام بهما؛ فالجماعة للأفهام قبل أن تكونَ للأبدان، كما أبانت السورةُ عن مقاصدِ الوحي والرسالة، وآياتِ الله عز وجل في هذا الكون، وصفات المؤمنين التي ينبغي أن تكون.

ترتيبها المصحفي
42
نوعها
مكية
ألفاظها
860
ترتيب نزولها
62
العد المدني الأول
50
العد المدني الأخير
50
العد البصري
50
العد الكوفي
53
العد الشامي
50

* سورة (الشُّورى):

سُمِّيت سورة (الشُّورى) بهذا الاسم؛ لوصفِ المؤمنين فيها بالتشاور في أمورهم؛ كما في قوله تعالى: {وَاْلَّذِينَ اْسْتَجَابُواْ لِرَبِّهِمْ وَأَقَامُواْ اْلصَّلَوٰةَ وَأَمْرُهُمْ شُورَىٰ بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ} [الشورى: 38].

مقصودُ السُّورة هو الاجتماعُ على هذا الدِّين القائم على الإيمان بأركانه، ورُوحُه الأُلْفة والتشاوُرُ وتقارُبُ القلوب، الداعي إلى التواضعِ وعدم التكبُّر، والاجتماع والوَحْدة وعدم التفرُّق، ولا سيما الاجتماع على أمر هذا الدِّين العظيم.

وأمرُ المؤمنين بالشُّورى، وتسمية السورة بـ(الشورى): واضحُ الدَّلالة على ذلك.

ينظر: "مصاعد النظر للإشراف على مقاصد السور" للبقاعي (2 /451).