ترجمة سورة الرعد

الترجمة الأذرية

ترجمة معاني سورة الرعد باللغة الأذرية من كتاب الترجمة الأذرية.
من تأليف: لي خان موساييف .

1. Əlif. Ləm. Mim. Ra. Bun­lar Kitab­ın ayələridir. Rəbbin­dən sə­nə nazil edilən həqi­qət­dir, lakin in­sanların çoxu buna inanmır.
2. Gördüyünüz göyləri di­rək­siz yük­səldən, sonra da Ərşə uca­lan, müəyyən vaxta qədər göydə hərə­kət edən günəşi və ayı əmrinə ta­be edən Allahdır. O, iş­ləri yoluna qoyur və ayə­lərini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşaca­ğı­nı­za yə­qinliklə inanasınız.
3. Yeri döşəyən, orada möh­kəm dağ­lar, çaylar yaradan və bü­tün meyvə­lər­dən cüt-cüt ye­tişdi­rən də Odur. O, gün­düzü gecə ilə ör­tüb bürüyür. Həqi­qə­tən də, bun­da dərin düşü­nən adamlar üçün dəlillər vardır.
4. Yer üzündə bir-birinə ya­xın müx­tə­lif münbitli torpaq sa­hələri, üzüm bağ­ları, əkinlər, şa­xəli-şa­xəsiz xurma ağac­ları var­dır. On­lar ey­ni su ilə suva­rılır. Lakin Biz yeyilməsinə görə on­la­rın birini di­gə­rin­dən üstün edi­rik. Doğru­dan da, bun­da ba­şa dü­şən adamlar üçün də­lil­lər var­.
5. Əgər təəccüblənirsənsə, on­ların: “Doğrudanmı biz tor­paq ol­duqdan son­ra yenidən ya­ra­dıla­cağıq?” sözünə tə­əc­cüblən. Onlar Rəbbini inkar edən­lər­dir. Onlar boyunlarında qandallar olan­lar­dır. Onlar Od sakin­ləri­dirlər və onlar ora­da əbədi qala­caq­lar.
6. Müşriklər səni yaxşılıq­dan öncə pisliyə – əzabın gəl­məsinə tə­ləs­dirirlər. Halbuki onlardan əv­vəl neçə-neçə ibrə­ta­miz cə­za­lar olub keçmişdir. Həqi­qə­tən, Rəb­bin insanların zalımlığına bax­ma­ya­raq tövbə edənləri ba­ğış­la­yır. Söz­süz ki, Rəbbinin cə­zası şiddət­li­dir.
7. Kafir olanlar deyirlər: “Ni­yə ona Rəbbindən bir mö­cüzə en­di­ril­məyib?” Sən ancaq xə­bərdar edənsən. Hər qöv­mün bir yol­gös­tərəni var.
8. Hər bir dişinin bətnində nə daşı­dı­ğı­nı, bətnlərin nəyi əs­kil­dib, nəyi artı­ra­cağını (uşa­ğın doqquz aydan tez yaxud gec doğulaca­ğı­nı) Allah bilir. Onun ya­nında hər şeyin müəyyən ölçüsü var­.
9. Allah qeybi və aşkarı bi­lən­dir, Bö­yükdür, Ucadır.
10. Aranızdan sözü gizlə­dən­lər də, onu açıq deyənlər də, ge­cə gizlənib, gündüz gə­zib do­la­nanlar da Allah üçün ey­ni­dir­lər.
11. Allahın əmri ilə insanın həm önün­də, həm də arxa­sın­da daim onun­la birlikdə olub onu qoruyan mələklər vardır. Həqi­qə­tən də, insanlar nəfs­lə­rin­də olanı dəyişmədikcə, Allah da on­larda ola­nı dəyişməz. Əgər Allah hər hansı bir qövmə pis­lik etmək is­tə­sə, heç nə onun qar­şısını ala bilməz. On­ların On­dan başqa ixti­yar sa­hibi yox­dur.
12. İldırımdan qorxasınız və yağışın yağmasına ümid bəs­lə­yə­siniz deyə sizə şimşək gös­tərən və yağışla dolu ağır bu­lud­ları var edən Odur.
13. Göy gurultusu həmd edə­rək Ona təriflər deyir. Mələk­lər də Onun qor­xu­sundan tə­rif­lər deyirlər. Allah ildırımlar gön­də­rib is­tə­di­­yini vurur. Onlar Allah barəsində mübahisə edir­lər. Hal­buki O, şid­dətli cəza ve­rəndir.
14. Haqq çağırış yalnız Ona­dır. Müş­riklərin Ondan başqa çağır­dıqları isə, on­lara heç bir şeylə cavab vermirlər. Onlar ağ­zına su çat­sın deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Hal­buki o kimsə suyu ovuclayıb içməyincə su onun ağzına çatan de­yil­. Doğ­ru­su, kafirlərin duası az­ğın­lıq­dan başqa bir şey de­yil­.
15. Göylərdə və yerdə olan məx­luq­lar da, onların kölgə­lə­ri də sə­hər-axşam istər-istə­məz Allaha səcdə edir.
16. De: “Göylərin və yerin Rəbbi kim­dir?” De: “Allah­dır!” De: “Siz Onu qo­yub özlə­rinə nə bir fayda, nə də bir zə­rər ver­məyə qa­dir olmayan­larımı özü­nüzə dost tutursu­nuz?” De: “Korla görən ey­ni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa on­lar Alla­ha, Onun yaratdığı kimi yaradan şə­rik­lər tapdılar və bu ya­ra­dı­lış onlara bənzər göründü? De: “Hər şeyi yara­dan Allah­dır. O Tək­dir, hər şeyə Qalib gələn­dir”.
17. O, göydən su endirir və vadilər ölçülərinə uyğun öz məc­ra­la­rından da­şaraq sel olub axır. Sel də üzə çıxmış kö­püyü gö­tü­rüb aparır. Bəzək şeyləri və ya başqa əşyalar dü­zəltmək üçün in­san­ların odda qızdırıb əritdik­ləri şeylə­rin üs­tündə də buna bən­zər kö­pük olur. Allah haqqa və ba­ti­lə belə mi­sal­lar çəkir. Köpük yox olub gedir, insan­lara fayda ve­rən şeylər isə yerində qa­lır. Bu­dur Allahın çəkdiyi misallar!
18. Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət – Cən­nət hazır­lan­mışdır. Onun də­vətini qəbul etmə­yən­lə­rə gə­lin­cə, yer üzündə olan var-döv­lə­tin ha­mısı, üstəlik bir o qədəri də onların ol­saydı, əzab­dan qur­tarmaq üçün onu müt­ləq fidyə verərdilər. On­larla dəh­şətli bir haqq-hesab çəki­ləcəkdir. Onla­rın gedəcəkləri yer Cəhən­nəmdir. Ora nə pis yataqdır!
19. Rəbbindən sənə nazil edi­lənin haqq olduğunu bilən kim­sə, kora bən­zəyə bilərmi? Bun­dan ancaq ağıl sa­hib­ləri ibrət alarlar.
20. O kəslər ki, Allaha ver­dik­ləri sö­zü yerinə yetirir və əhdi poz­murlar.
21. O kəslər ki, Allahın qo­vuş­du­rul­masını əmr etdiyi şey­ləri qo­vuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möh­­kəm­lədir), Rəb­bin­dən qorxur və pis haqq-hesabdan çəkinirlər.
22. O kəslər ki, Rəbbinin Üzü­nü di­ləyərək səbir edir, namaz qı­lır, onlara verdiyimiz ruzi­dən gizli və aşkar xərc­ləyir və pis­liyi yax­şılıqla dəf edirlər. On­lar üçün Axirət yurdu –
23. əməlisaleh ataları, zöv­cə­­ləri və öv­ladları ilə birlikdə da­xil ola­caqları Ədn cən­nətləri ha­zırlan­mışdır. Mələklər bütün qapılar­dan onların yanına da­xil olub deyə­cəklər:
24. “Səbir etdiyinizə görə si­zə salam ol­sun! Axirət yur­du­nuz ne­cə də gözəl­dir!”
25. Allahla əhd bağladıq­dan sonra onu pozan, Allahın qo­vuş­du­rulmasını əmr etdiyi şey­ləri kəsən və yer üzündə fitnə-fəsad tö­rə­dənlərə gəlincə, on­lar üçün lənət və pis yurd var­dır.
26. Allah istədiyinin ruzisi­ni bol edər, istədiyininkini də azal­dar. Onlar dünya hə­yatı ilə se­vi­nirlər. Halbuki dünya hə­yatı axi­rətlə mü­qayisədə ke­çici bir zövq­dür.
27. Kafir olanlar deyirlər: “Ni­yə ona Rəbbindən bir mö­cü­zə en­di­ril­məyib?” De: “Şüb­hə­siz ki, Allah istədiyini sap­dı­rır. Tövbə edib Ona üz tutan kim­səni isə doğru yola yö­nəl­dir”.
28. Bunlar, iman gətirənlər və qəlb­lə­ri Allahı zikr etməklə ra­hat­lıq ta­pan­lardır. Bilin ki, qəlblər ancaq Allahı zikr et­məklə ra­hat­lıq tapır.
29. İman gətirib saleh əməl­lər edən­lər üçün xoş güzəran və gö­zəl qayı­dış yeri hazırlan­mışdır.
30. Beləliklə, Biz səni özün­dən əvvəl neçə-neçə ümmətlər gəlib getmiş bir üm­­mətə gön­dərdik ki, onlar Mərhə­mətli Allahı inkar et­dik­ləri halda, sə­nə vəhy et­di­yimizi onlara oxu­yasan. De: “O, mə­nim Rəb­bim­dir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən yal­nız Ona təvəkkül edir və Ona üz tutub tövbə edirəm”.
31. Əgər oxunan bir kitabla dağlar hərəkətə gətirilsəydi və ya onunla yer parçalansaydı və ya­xud da onun sayə­sində ölü­lər da­nış­saydılar, o kitab yenə bu Quran olardı. Lakin bütün işlər Alla­ha məx­susdur. İman gə­ti­rənlər hələ bil­mir­lərmi ki, əgər Allah istə­səy­di, bütün in­san­la­rı doğru yola yönəl­dərdi? Alla­hın vədi gəlin­cə­yə qədər etdik­ləri əməllərə görə kafir olan­la­ra müsibət üz ver­mək­də davam edəcək və ya onların yur­du­nun yaxınlığında da­ya­na­caqdır. Şüb­hə­siz ki, Allah vədinə xilaf çıx­maz.
32. Səndən əvvəlki elçilərə də isteh­za edilmişdi. Mən ka­fir­lə­rə möh­lət ver­dim, sonra isə on­ları yaxaladım. Gö­rəydin on­ları cə­za­landırmağım necə ol­du!
33. Hər kəsin qazandığını qo­ru­yub saxlayan Allah, buna qa­dir ol­mayan bütlər kimi ola bilər­mi? Müşriklər isə Allaha şə­rik­lər qo­şur­lar. De: “Onların ad­larını söyləyin! Yoxsa siz Allaha yer üzündə bil­mə­diyi şey­ləri ya­xud boş sözlərimi xəbər ve­rir­si­niz?” Doğrusu, ka­firlərə öz hiylələri gözəl göstərildi və on­lar doğru yoldan çı­xa­rıl­dı­­lar. Allah kimi azdırsa, onu doğ­ru yola yönəl­dən olmaz.
34. Onlara dünya həyatında əzab var­dır. Axirət əzabı isə da­ha mə­şəqqətlidir. Onları Allah­dan qoruyan olmaz.
35. Müttəqilərə vəd edilmiş Cən­nə­tin vəsfi belədir; onun ağac­la­rı altından çaylar axar və onun yeməkləri də, köl­gəsi də daimidir. Müt­təqilərin aqi­bəti budur. Kafir­lərin aqibəti isə Oddur.
36. Kitab verdiyimiz kəslər sə­nə na­zil edilənə sevinirlər. Firqə­lər arasında elə­si də var­ ki, onun bir qismini in­kar edirlər. De: “Mə­­nə Allaha iba­dət et­mək və Ona şərik qoşma­maq əmr edil­miş­dir. Mən sizi yalnız Ona ibadət etmə­yə çağı­rıram və qayı­dışım da yalnız Onadır!”
37. Beləliklə biz Qu­ranı ərəb­cə bir qa­nun olaraq nazil et­dik. Əgər sənə gələn bu elmdən son­ra onların istəklə­rinə tabe ol­san, sə­ni Allahdan nə bir hi­mayə edən, nə də bir qoruyan olar.
38. Biz səndən əvvəl də el­çilər gön­dərdik və onlara zöv­cələr və övladlar ver­dik. Heç bir elçi Alla­hın izni olma­dan bir ayə gətirə bil­məzdi. Hər vaxtın bir yazısı var.
39. Allah bu yazıdan istə­di­yini silər, istədiyini də sabit sax­layar. Ki­tabın anası da Onun yanın­dadır.
40. Biz onlara vəd etdiyimi­zin bir qismini sənə göstərsək və ya on­dan öncə səni öldür­sək, bil ki, sənin öhdənə dü­şən an­caq təbliğ et­məkdir. Haqq-he­sab çəkmək isə Bizə aiddir.
41. Məgər kafirlər Bizim, yer üzünə gəlib onu bəzi tərəf­lə­rin­dən azalt­dığı­mızı (müsəl­man­ların ixti­yarına ver­diyi­mi­zi) gör­mür­lər­mi? Allah istədiyi kimi hökm verir. Onun hök­münü ləğv edən ol­maz. O, tez haqq-hesab çəkəndir.
42. Onlardan əvvəlkilər də hiylə qur­dular. Halbuki bütün hiy­lə­lər Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Ka­fir­lər Axi­rət yurdunun kimin ola­ca­ğını bilə­cəklər.
43. Kafirlər deyirlər: “Sən gön­dəril­miş elçi deyilsən!” De: “Mə­nim­lə sizin aranızda Alla­hın və Kitabı bilən kim­sə­nin şahid ol­ma­sı yetər.”
سورة الرعد
معلومات السورة
الكتب
الفتاوى
الأقوال
التفسيرات

اهتمَّتْ سورةُ (الرَّعْدِ) ببيان أصول الاعتقاد؛ من الإيمان بالله، وملائكته، وكتبِه، كما دلَّتْ على عظيم قدرة الله تعالى، وتحكُّمِه في هذا الكون، وتدبيرِه؛ فهو الخالق، المالك، المُدبِّر، المستحِقُّ للعبادة، وجاءت السورةُ على ذكرِ آية عظيمة من آيات الله في الكون؛ وهي الرعدُ الذي يُخوِّف اللهُ به عباده، كما أن باطنَ هذا الرعد خيرٌ وغَيْثٌ ورحمة، يُصرِّفه الخالقُ كيف شاء؛ فالله خالقُ كل شيء، وبيدِه مقاليدُ كل شيء.

ترتيبها المصحفي
13
نوعها
مكية
ألفاظها
853
ترتيب نزولها
96
العد المدني الأول
44
العد المدني الأخير
44
العد البصري
45
العد الكوفي
43
العد الشامي
47

* سورة (الرَّعْدِ):

سُمِّيتْ سورة (الرَّعد) بذلك؛ لأنَّ فيها ذِكْرَ الرَّعد.

اشتمَلتْ سورةُ (الرَّعد) على الموضوعات الآتية:

1. عظمةُ القرآن الكريم (١-٢).

2. أدلة على قدرة الله، وعظيم سلطانه (٣-٤).

3. إنكار المشركين للبعث، وإحاطةُ علم الله تعالى (٥-١١).

4. بيان قدرة الله الكونية (١٢- ١٣).

5. لله دعوةُ الحق (١٤-٢٩).

6. مقارَعة المشركين بالحُجة (١٤-٢٩).

7. مثال عن الحق والباطل (١٤-٢٩).

8. صفات المؤمنين /الكافرين (١٤-٢٩).

9. الرد على الكفار، والجزاء (٣٠-٤٣).

10. وصف الجنة (٣٠-٤٣).

11. إثبات النَّسخ (٣٠-٤٣).

12. تثبيت قلب النبي صلى الله عليه وسلم (٣٠-٤٣).

ينظر: "التفسير الموضوعي للقرآن الكريم" لمجموعة من العلماء (3 /563).

دلَّ اسم السُّورة على مقصدِها العظيم، وقد ذكَره البقاعيُّ فقال:

«وصفُ الكتاب بأنه الحقُّ في نفسه، وتارةً يتأثر عنه، مع أن له صوتًا وصِيتًا، وإرغابًا وإرهابًا، يَهدي بالفعل وتراه لا يتأثر؛ بل يكون سببًا للضَّلال والعمى.

وأنسَبُ ما فيها لهذا المقصدِ: الرَّعدُ؛ فإنه مع كونه حقًّا في نفسه يَسمَعه الأعمى والبصير، والبارز والمستتِرُ، وتارة يتأثر عنه البَرْقُ والمطر، وتارة لا، وإذا نزَل المطر: فتارة يَنفَع إذا أصاب الأراضيَ الطيِّبة، وتارة يَخِيبُ إذا نزَل على السِّباخ الخوَّارة، وتارة يضرُّ بالإغراق، أو الصواعق، أو البَرَد، وغيرها». "مصاعد النظر للإشراف على مقاصد السور" للبقاعي (2 /193).