ترجمة سورة المائدة

الترجمة الأذرية

ترجمة معاني سورة المائدة باللغة الأذرية من كتاب الترجمة الأذرية.
من تأليف: لي خان موساييف .

1. Ey iman gətirənlər! Əhd­ləri­nizi ye­rinə yetirin. İh­ram­da ikən ov ovlamaq qadağan edilməklə yanaşı, adları sizə bil­di­ri­lə­cək hey­vanlar da istisna olmaqla, di­gər hey­van­lar si­zə halal edildi. Həqi­qətən, Allah is­tədiyi hök­mü verir.
2. Ey iman gətirənlər! Alla­hın nişa­nə­lərinə, haram aya, qurban­lıq heyvana, boynuna nişan ta­xılmış qurbanlıq hey­van­lara, Rəbbi­nin lüt­fünü və razı­lı­ğını di­lə­yə­rək Bey­tulha­ra­ma gələnlərə qarşı hör­mət­siz­lik et­məyin. İh­ramdan çıxdığınız za­man ov edə bilərsi­niz. Sizi Məs­ci­dul­ha­rama da­xil ol­­mağa qoy­ma­yan camaata qarşı olan kin-küdu­rət sizi təca­vüz etməyə sövq et­mə­sin. Yaxşılıq et­mək­də və Allahdan qorxub pis əməllərdən çəkinməkdə bir-biri­nizə yar­­­dım edin. Günah iş­lər görmək­də və düşmənçilik et­mək­də bir-bi­ri­nizə yardım etməyin. Allah­dan qor­xun. Hə­qiqətən, Allah cəzası şid­­dət­lidir.
3. Leş, qan, donuz əti, Allah­dan baş­qa­sının adı ilə kəsil­miş, bo­ğul­muş, ağac, daş və s. bu kimi şeylərlə vurulub öldürül­müş, hün­dür bir yerdən yı­xı­lıb gə­bər­­miş, buy­nuzlanıb öl­­müş, yır­tıcı hey­van tə­rə­fin­dən parçala­nıb ye­yil­miş – öl­mə­miş kəsdikləriniz is­tisnadır – dik qoyulmuş daşlar (büt­­lər) üzə­rində kəsilmiş hey­van­lar və fal ox­ları ilə qismət ax­tar­manız sizə haram edildi. Bun­lar gü­nah­dır. Bu gün kafir­lər di­­ninizdən (onu yox etməkdən) ümidlərini kəsdi­lər. Elə isə on­lar­dan qorx­ma­yın, Mən­dən qorxun. Bu gün dininizi sizin üçün ka­mil et­dim, sizə olan nemətimi ta­mam­ladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən çarəsiz qa­lar­sa, gü­naha meyl et­mə­yə­rək, haram edilmiş ətlərdən yeyə bilər. Çün­ki Allah ba­ğışla­yandır, rəhmlidir.
4. Səndən özlərinə nəyin ha­lal edildi­yi­ni soruşurlar. De: “Tə­miz ne­mətlər və Allahın si­zə öyrət­di­yindən təlim edib əh­li­ləş­dir­di­­yiniz yır­tıcı heyvan­la­rın ovla­dıq­ları sizə halal edildi. On­­ların si­zin üçün tutub gətirdiklərin­dən yeyin və ova gön­dərərkən onların üzərinə Alla­hın adını çəkin. Allahdan qor­­xun! Şüb­həsiz ki, Allah tez haqq-hesab çəkən­dir.”
5. Bu gün pak ne­mətlər sizə ha­lal edildi. Kitab verilənlərin ye­mək­ləri sizə halal, sizin ye­mək­ləriniz də onlara ha­laldır. Mö­min qadınlardan ismətli olanlar və sizdən öncə Kitab verilənlər­dən is­mətli qa­dın­la­r, mehr­­ləri­ni verdiyiniz təq­dir­də, namuslu olub zina­karlıq et­mə­mək və aş­na saxlamamaq şər­ti ilə sizə ha­lal­dır. İmanı inkar edə­nin əməlləri boşa çıxar və o, axi­rət­də ziyana uğrayan­lar­dan olar.
6. Ey iman gətirənlər! Na­ma­za qalxdığınız zaman üzünüzü və dir­­sək­lərə qə­dər əl­lə­rinizi yu­yun, ba­şı­nıza məsh çəkin və topuq­lara qə­dər ayaqlarınızı yuyun. Əgər cunub olmusunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə ol­­sanız, ya­xud siz­lər­dən biri ayaq­yolun­dan gəlibsə və ya qadın­la­rla yaxınlıq etmisinizsə, su tapma­sa­nız, tə­miz torpaqla təyəm­müm edin və ondan üzünüzə və əl­lə­ri­ni­zə sür­tün. Allah sizi çə­tinliyə sal­maq is­təməz, fəqət O sizi pak etmək və sizə olan ne­mətini ta­mam­la­maq istər ki, bəlkə şü­kür edə­siniz.
7. Allahın sizə olan nemətini və: “Eşitdik və ita­ət etdik!”– de­diyiniz za­man si­zin­lə bağladığı əhdi xa­tırlayın. Allah­­dan qor­xun! Şüb­hə­siz ki, O, köks­­lərdə olan­ları bilir.
8. Ey iman gətirənlər! Allah üçün haqqı qoru­yan, ədalətlə şa­hid­lik edən kimsələr olun. Bir qövmə qarşı olan kin-küdu­rət sizi əda­lət­siz­li­yə sövq etmə­sin. Əda­lətli olun! Bu, təqvaya daha ya­xındır. Allah­dan qorxun! Şüb­həsiz ki, Allah nə etdik­ləriniz­dən xəbərdar­dır.
9. Allah iman gətirib saleh əməl­lər edənlərə vəd etmişdir ki, on­lar üçün bağışlanma və böyük mü­kafat vardır.
10. Kafir olanlara və ayələrimizi ya­lan sa­yanlara gəlincə, onlar Cəhənnəm sa­kin­­­ləridirlər.
11. Ey iman gətirənlər! Alla­­hın sizə olan nemətini xatırla­yın. Bir zaman bir toplum sizə əl qal­dır­maq fikrinə düşmüşdü, Allah isə on­ların əllərini siz­dən çəkmişdi. Allahdan qor­xun! Qoy mö­min­lər Allaha tə­vəkkül etsinlər!
12. Allah İsrail oğullarından əhd a­la­mışdı. Biz onlardan on iki başçı təyin etmiş­dik. Allah onlara demişdi: “Mən sizinləyəm. Əgər namazı doğru-düzgün qılsa­nız, zəkat versə­niz, peyğəmbərlərimə iman gətirib on­la­rı dəstəklə­sə­niz və ka­sıb­lara könüllü yardım et­məklə Alla­ha gözəl bir borc ver­sə­niz, əl­bət­tə, təqsir­ləri­nizdən ke­çər və sizi al­tından çay­lar axan cən­nətlərə daxil edərəm. Bun­dan sonra siz­lərdən kim küfr edərsə, artıq doğru yoldan az­mış­ olar.”
13. İsrail oğulları verdikləri əh­di poz­duqlarına görə, Biz on­­ları lənətlədik və qəlblərini sərt­ləş­dir­dik. Onlar kitabda olan kəlmə­lə­rin yerlərini də­yişdi­rir­­lər. Onlar özlərinə öyrə­dilmiş şeylərin bir his­səsini unut­du­lar. İçərilərin­dən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcək­sən. On­ları əfv et və təqsirlərin­dən keç. Şübhəsiz ki, Allah yax­şılıq edənləri sevir.
14. “Biz xaçpərəstik!”– de­yən­lərdən də əhd a­la­mışdıq. Onlar da özlərinə öy­rə­dilmiş şeylərin bir hissə­sini unutdular. Buna görə də on­ların arasına Qiya­mət günü­nə qə­dər ədavət və kin saldıq. Allah on­lara nə et­dik­ləri barədə xəbər verəcək­dir.
15. Ey Kitab əhli! Sizə ki­tab­dan gizlətdiyiniz şeylərin bir çoxu­nu bə­yan edən və bir ço­xu­nun da üstün­dən keçən rəsulumuz gəl­di. Artıq sizə Allah­dan bir nur və açıq-aydın bir ki­tab gəl­di.
16. Allah, Onun rizasını ara­­yan kəs­ləri bu kitabla əmin-aman­lıq yol­larına yönəldər, on­­ları Öz izni ilə zülmət­lər­dən nura çıxarar və düz yola yö­nəl­dər.
17. “Şübhəsiz ki, Allah Mər­yəm oğlu Məsihdir!”– deyən­lər ar­tıq kafir oldu­lar. De: “Əgər Allah Mər­yəm oğlu Məsihi, onun ana­sı­nı və yer üzün­də olanların hamı­sı­nı məhv et­mək istəsə, kim Ona bir şeylə mane ola bilər?” Göy­lə­rin, ye­rin və onların ara­sın­da olan­­la­rın mülkü Allaha məx­sus­dur. Allah istədiyini yaradır. Allah hər şeyə qadirdir.
18. Yəhudilər və xaçpərəst­lər: “Biz Allahın oğulları və se­vimli­ləri­yik”– dedilər. De: “On­da nə üçün Allah sizə günah­la­rı­nı­za görə əzab verir? Əksinə, siz Onun yaratdığı bir bəşər­si­niz.” O, istədiyi­ni ba­ğışlar, istədiyinə də əzab verər. Göylərin, yerin və on­la­rın ara­sında olanların mülkü Allaha məxsusdur. Dönüş də ancaq Ona­dır.
19. Ey Kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövr­də: “Bizə müjdələyən və qor­­xudan kimsə gəlmədi”– de­mə­yə­si­niz deyə, haqqı bəyan edən rəsulumuz gəldi. Artıq sizə müj­dələyən və qor­xudan bir pey­ğəmbər gəldi. Allah hər şeyə qadirdir.
20. Bir zaman Musa öz qöv­mü­nə de­mişdi: “Ey qövmüm! Alla­hın sizə olan nemətini xa­tırlayın. O, sizin aranızdan pey­ğəmbərlər seçdi, sizi hökm­dar­lar təyin etdi və aləm­lər­dən heç kəsə vermədi­yi­ni sizə ver­di.
21. Ey qövmüm! Allahın si­zin üçün müəyyən etdiyi mü­qəddəs torpağa da­xil olun və geri dön­məyin, yoxsa ziyana uğ­ra­yaraq geri dönərsiniz.”
22. Onlar dedilər: “Ey Mu­sa! Ora­da çox qüvvətli adam­lar var­dır. Onlar oradan çıx­ma­yınca, biz əsla oraya­ da­xil ol­ma­yaca­ğıq. Əgər onlar ora­dan çıx­salar, biz daxil olarıq”.
23. Allahdan qorxanlar arasından Alla­hın nemət verdiyi iki kişi de­di: “Onların üzərinə şəhər qa­pı­sın­dan daxil olun. Əgər siz ora­dan da­xil ol­sanız, mütləq qalib gələr­si­niz. Əgər mömin­siniz­sə, Allaha tə­vək­kül edin!”
24. Onlar dedilər: “Ey Musa! Onlar orada olduqları müddətcə biz əsla ora girməyəcəyik. Odur ki, sən get Rəbbinlə birlikdə on­lara qarşı vuruş. Biz isə burada oturacağıq”.
25. O dedi: “Ey Rəbbim! Mən yalnız özümə və qarda­şıma hökm edə bilə­rəm. Odur ki, Sən bizi bu günahkar tay­fa­dan ayır!”
26. Allah dedi: “Elə isə o yer onlara qırx il müd­dətinə ha­ram edildi. Onlar yer üzündə sərgərdan gəzib dolaşacaqlar. Sən isə günahkar tayfa­ üçün heyifsi­lənmə”.
27. Onlara Adəmin iki oğ­lu­­nun əhvalatını gerçək olaraq danış. O za­man ikisi də qurban vermiş, onların bi­rindən qəbul edil­miş, digə­rin­dən isə qəbul edilmə­miş­di. Qur­ba­nı qəbul olmayan qardaş öz qar­da­şı­na demişdi: “Səni hökmən öldü­rəcə­­yəm!” Qarda­şı da ona belə de­mişdi: “Allah saleh əməlləri ancaq müttəqi­lər­­dən qə­bul edər!
28. Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən sə­ni öl­­dürmək üçün sənə əl qal­dı­ran deyiləm. Çünki mən aləm­lə­rin Rəbbi olan Allahdan qor­xu­ram.
29. Mən istəyirəm ki, sən, həm mə­nim günahımı, həm də öz gü­nahını üzə­rinə götürəsən və Cəhənnəm əhlindən ola­san. Zalım­ların cəzası bu­dur”.
30. Nəhayət, nəfsi onu qardaşını qət­lə ye­tirmə­yə vadar etdi və o onu öl­dürdü, beləliklə də, ziyana uğrayan­lar­dan oldu.
31. Allah, qar­da­şı­nın cəsədini necə bas­dır­mağı ona gös­tər­mək üçün yeri eşən bir qar­ğa göndərdi. O dedi: “Vay ha­lıma! Yəni mən qar­daşı­mın cə­sə­dini basdırmaqda, bu qarğa qədər ol­maqdan da aci­zəm?” Beləliklə, o, peş­man­çılıq çəkənlərdən oldu.
32. Buna görə də İsrail oğul­la­rı­na ya­zıb buyurduq ki, kim bir cana qəsd etməyən və ya yer üzün­də fəsad tö­rət­məyən bir şəxsi öl­dürərsə, bü­tün insanları öl­dürmüş kimi olar. Kim də onu ölüm­­dən xilas edərsə, sanki bütün in­sanları xilas etmiş kimi olar. Pey­ğəmbərlərimiz onlara aydın dəlillər gətirmişdilər. Amma bun­dan sonra da onla­rın çoxu yer üzündə həddi aşdılar.
33. Allaha və Onun rəsuluna qar­şı savaşanların və yer üzündə fit­nə-fəsad törət­mə­yə səy göstərənlərin cə­za­sı an­caq öldü­rülmək və ya çarmı­xa çə­kilmək, yaxud əllərinin və ayaq­larının çar­paz­vari kəsilməsi, ya­ da yaşa­dıq­­ları yer­dən sürgün edil­mələri­dir. Bu, on­lar üçün dün­yada bir rüsvay­çı­lıq­dır. Axi­­rət­də isə on­la­rı bö­yük bir əzab gözlə­yir.
34. Sizin əlinizə keçməmiş­dən öncə tövbə edənləri müstəsna­dır. Bilin ki, Allah bağışla­yan­dır, rəhmlidir.
35. Ey iman gətirənlər! Allah­dan qor­xun, Ona yaxınlaş­maq üçün vasitə axta­rın və Onun yo­lunda cihad edin ki, bəl­kə nicat ta­pa­sı­nız.
36. Əgər yer üzündə olan hər şey, üs­­təlik bir o qədəri də ka­fir­lərin ol­sa və on­lar bu­nu Qiyamət gü­nü­nün əza­bından qur­tulmaq üçün fidyə ver­sə­lər, onlardan əsla qəbul edilməz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
37. Kafirlər Oddan çıxmaq is­tərlər, la­kin onlar oradan çıxan de­yil­lər. Onlar üçün davamlı bir əzab vardır.
38. Oğru kişi­nin və oğru qa­dı­nın, etdikləri əməlin cəzası və Alla­hdan bir ibrət olaraq əllə­ri­ni kəsin! Allah qüdrətli­dir, hikmət sahibidir.
39. Kim bu haqsızlığından sonra tövbə edib özünü düzəldərsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Hə­qi­qətən, Allah bağışlayan­dır, rəhm­li­dir.
40. Məgər bilmirsən ki, göy­lə­rin və yerin mülkü Alla­ha məx­susdur? O, istədiyinə əzab verər, istədiyini də ba­ğış­layar. Allah hər şeyə qadirdir.
41. Ey Rəsul! Qəlbləri iman gə­tir­mədi­yi halda ağızları ilə: “İman gətirdik!”– deyən kim­sələrdən və yəhu­dilərdən küfrə can atanların halı səni kədər­lən­dirməsin. Onlar yalanı həvəslə dinlə­yir, həm də sənin ya­nı­na gəlməyən başqa bir ca­ma­ata həvəslə qu­laq asırlar. Bunlar haqqı bildik­dən sonra kəl­mələrin yerlərini də­yiş­dirib onlara deyirlər: “Əgər sizə bu də­yişdirilən hökm verilsə, onu gö­tü­rün. Yox əgər o ve­rilməsə, ondan çə­kinin!” Allah kimi fitnəyə salmaq is­tərsə, sən ondan ötrü heç bir şey­lə Allaha ma­ne ola bilməz­sən. Onlar o kəs­lər­dir ki, Allah on­la­rın qəl­bini tə­miz­lə­mək istə­mə­miş­dir. Onlar üçün dün­yada rəzillik, axi­rət­də isə bö­yük bir əzab vardır.
42. Onlar yalana həvəslə qu­laq asır və daima haram ye­yirlər. Əgər onlar sənin ya­nına gəlsələr, aralarında hökm ver, və ya on­lardan üz çevir. Əgər onlar­dan üz çevirsən, sə­nə heç bir şey­lə zə­rər verə bil­məzlər. Əgər on­ların ara­sında hökm verməli ol­san, ədalətlə hökm ver. Şübhə­siz ki, Allah ədalətli olanları sevir.
43. İçində Allahın hökmü olan Töv­rat özlərində olduğu halda, onlar səni necə hakim təyin edir­lər? Hələ bir bun­dan sonra da ver­diyin hökmdən üz çevi­rirlər. On­­lar iman gətirmiş kimsələr de­yil­lər.
44. Şübhəsiz ki, Biz, içində hidayət və nur olan Tövratı na­­zil etdik. Özlərini Alla­ha təslim edən pey­ğəm­bərlər bu­nun­la yəhudi­lə­r arasında hökm edərdi­lər. Din xadimləri və elm adamları isə Allahın kitabından qoru­nub sax­lanılanlarla hökm verərdi­lər. On­lar buna şahiddirlər. Elə isə in­sanlardan qorx­mayın, Məndən qor­xun! Ayə­lərimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz on­lar ka­firdirlər.
45. Biz Tövratda onlara ya­zıb buyur­duq ki, cana can, gözə göz, buruna bu­run, qulağa qu­laq, di­şə diş, ya­ralara da misli ilə qisas alınmalıdır. Kim bu­ qi­sası bağışlayarsa, bu onun üçün kəffarə olar. Alla­hın na­zil etdiyi ilə hökm ver­mə­yən­lər – məhz onlar zalımdır­dır.
46. Onların ardınca Mər­yəm oğ­lu İsa­nı özündən əvvəlki Töv­ratı təsdiqləyici olaraq gön­dər­dik. Ona içərisində hida­yət və nur olan, özündən əvvəlki Töv­ratı təs­diqləyən, müttəqi­lər üçün doğ­ru yol göstərən və öyüd-nəsihət olan İncili verdik.
47. Qoy İncil əhli Allahın onda nazil etdiyi şəriət qanun­ları ilə hökm ver­sin. Allahın na­zil etdiyi ilə hökm ver­­məyənlər – məhz onlar fa­siqdirlər.
48. Biz sənə, özündən əv­vəl­ki kitab­ı təsdiqləyən və onu qoru­yan Kitabı haqq olaraq nazil etdik. Sən on­ların ara­sın­da, Allahın nazil etdiyi ilə hökm ver. Sə­nə gələn haqqı buraxıb on­­la­rın istək­lə­rinə uyma. Ey ümmətlər, hər biriniz üçün bir şə­riət və bir yol tə­yin etdik. Allah is­təsəydi, sizi tək bir üm­mət edərdi. Fəqət bu fərqli şə­riətlər və yollar, sizə verdikləri ilə sizi im­tahan etməsi üçün­dür. Elə isə yax­şı iş­lər görməkdə bir-birinizlə yarı­şın. Ha­mınızın dönüşü Alla­hadır. O, ixtilaf etdiyiniz şey­lər barəsin­də sizə xəbər verə­cək­dir.
49. Onların arasında Alla­hın na­zil etdiyi ilə hökm ver və onla­rın is­tək­ləri­nə uyma. Onlardan ehti­yat et ki, Alla­hın sənə nazil et­diyi hökm­lərin bəzi­sindən səni sap­dırma­sınlar. Əgər on­lar üz dön­dər­sələr, bil ki, Allah onla­rı bəzi günahlarına gö­rə mü­si­bə­tə dü­çar etmək istəyir. Hə­qi­qə­tən, insanların çoxu fa­siq­lər­dir.
50. Yoxsa onlar cahiliyyət dövrü­nün hök­mü­nü istəyirlər? Nəyin haqq olduğunu yəqin bilən bir camaat üçün Allahdan da­ha yaxşı hökm ve­rən kim­ ola bi­lər?
51. Ey iman gətirənlər! Yə­hudi və xaç­pərəstləri özünüzə dost tut­mayın! Onlar bir-biri­nin dostu­dur­lar. Siz­lərdən kim on­ları özü­nə dost tu­tarsa, o da onlar­dan­dır. Şübhəsiz ki, Allah za­lım qövmü doğru yo­la yö­nəlt­məz.
52. Qəlblərində xəstəlik olan­ların: “Başı­mıza bir fə­lakət gəlmə­sindən qorxuruq”– deyə­rək ki­tab əhli arasın­da olmağa can atdıqla­rını görərsən. Ola bil­sin ki, Allah bir fəth nəsib et­sin və ya Öz tərə­fin­dən bir əmr versin və onlar ürək­lə­rin­də giz­lətdik­lərindən dola­yı peş­man ol­sun­lar.
53. İman gətirənlər isə de­yə­­cək­lər: “Sizinlə bir yerdə ola­caq­la­rı­na dair Alla­hın adı ilə möh­kəm and içənlər bun­lar­dırmı?” On­la­rın əməlləri puça çıxdı, öz­ləri də ziyana uğ­ra­yan­lardan oldu­lar.
54. Ey iman gətirənlər! Siz­lər­dən kim dinindən dön­ərsə, bilsin ki, Allah onun əvəzinə Özünün sev­­diyi və Onu sevən, mömin­lərə qar­şı mü­la­yim, kafirlərə qarşı isə sərt olan bir camaat gətirər. On­lar Allah yo­lunda ci­had edər və tə­nə edə­nin tənə­sindən qorx­maz­lar. Bu, Alla­hın lüt­­füdür, onu istədi­yinə verər. Allahın lütfü geniş­dir, O hər şeyi bi­lən­dir.
55. Sizin dostunuz ancaq Allah, Onun rəsulu və iman gə­tirən­lər­dir. O kəslər ki, Allaha bo­yun əyə­rək namaz qılır və zə­kat verir­lər.
56. Kim Allahı, Onun rəsulunu və iman gətirənləri özünə dost tu­tarsa, bil­sin ki, qələbə çalanlar məhz Allahın fir­qəsidir.
57. Ey iman gətirənlər! Siz­dən əvvəl Kitab verilənlərdən di­ni­ni­zi ələ salıb oyun-oyun­caq hesab edənləri və ka­fir­ləri özü­nüzə dost tut­mayın. Əgər mö­min­sinizsə, Allah­dan qorxun.
58. Siz namaza çağırdığınız za­man onlar onu məsxərəyə qo­yub oyun-oyuncaq sayarlar. Bu, on­ların dü­şüncəsiz bir toplum olmala­rına görədir.
59. De: “Ey Kitab əhli! Yal­nız Alla­ha, bizə nazil edilənə və biz­dən əvvəl na­zil edilən­lə­rə iman gətirdiyimizə və si­zin əksəriyyə­ti­ni­zin fasiq ol­duğu­na görə­mi bizdən xoşunuz gəlmir?!”
60. De: “Allah yanında cəza eti­barilə bundan daha pisini sizə xə­bər verim­mi? Bu, Alla­hın lə­nətlədiyi, qə­zəb­lən­diyi, içərilərin­dən bəzilərini meymunlara, do­nuz­la­ra və tağuta ibadət edənlərə çe­virdiyi kəs­lərdir. Onlar, yeri daha pis olan və doğru yol­dan da­ha çox azanlardır!”
61. Onlar sizin yanınıza gəl­dikdə: “Biz iman gətirdik!”– de­yir­lər. Halbuki sizin ya­nı­nıza küfrlə girmiş, küfrlə də çıxıb get­miş­lər. Allah onların giz­lətdik­lə­rini daha yaxşı bilir.
62. Onlardan bir çoxunu gü­naha, düşmənçiliyə və ha­ram ye­mə­yə tələsən görərsən. On­ların tö­rət­dik­ləri əməllər ne­cə də pis­dir!
63. Məgər din xadimləri və elm adamları on­lara günah sözlər danışmağı və haram ye­məyi qada­ğan etməli diyildilərmi?! Onla­rın tö­rət­dik­ləri əməllər necə də pisdir!
64. Yəhudilər dedilər: “Alla­hın əli bağlıdır!” De­dikləri bu sö­zə görə onların öz əlləri bağ­lansın və lənətə gəlsinlər! Əksinə, Allahın hər iki əli açıqdır, Öz lütfündən istədiyi kimi sərf edir. Rəb­bindən sənə nazil edilən kitab onlardan çoxunun az­ğın­lı­ğı­nı və küf­rü­nü artırar. Biz on­ların ara­­sı­na Qiya­mət gü­nünə qə­dər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alo­­­vunu yan­dır­dıqda, Allah onu söndü­rər. On­lar yer üzündə fit­nə-fəsad tö­rət­məyə səy gös­tərərlər. Allah isə fitnə­kar­ları sevməz!
65. Əgər Kitab əhli iman gə­­ti­rib Allah­dan qorxsaydı, əlbət­tə, Biz, onların təq­sirlərindən keçər və onları Nəim cən­nətlərinə daxil edərdik.
66. Əgər onlar Tövrata, İn­ci­lə və Rəb­bindən özlərinə na­zil edi­lənə düz­gün əməl etsəy­di­lər, başları üs­tün­­də və ayaqları al­tında olan nemət­lər­dən ye­yərdi­lər. Onların ara­sın­da orta yol tutan bir züm­rə vardır. Fəqət on­la­rın çoxu­nun etdiyi əməllər necə də pis­dir.
67. Ey Rəsul! Rəbbindən sənə na­zil edi­ləni təbliğ et! Əgər bunu et­məsən, Onun risalətini ye­ri­nə ye­tir­miş olmazsan. Allah sə­ni in­san­lardan qoru­yacaq. Şüb­həsiz ki, Allah kafir toplumu doğru yola yönəlt­məz.
68. De: “Ey Kitab əhli! Tövrata, İncilə və Rəb­bi­niz­dən sizə na­zil edilənə düz­gün əməl etmədikcə, siz doğru bir şey (yol) üzərində deyil­siniz.” Əl­bəttə, Rəb­bin­dən sə­nə nazil edi­lən Qu­ran onlardan bir çoxunun az­ğınlı­ğını və küf­rünü artı­racaq­dır. Sən isə kafir top­lum üçün heyifsi­lənmə.
69. Şübhəsiz ki, iman gətirənlərin, habelə, yə­hudilərdən, sabii­lərdən və nəsra­ni­lər­dən Allaha və Axi­rət gü­nünə iman gətirib yax­şı iş gö­rən­lə­rin heç bir qorxusu yox­dur və onlar kə­dərlənmə­yəcəklər.
70. Biz İsrail oğullarından əhd-pey­man aldıq və onlara el­çilər göndərdik. Hər dəfə bir elçi on­lara könüllərinə yat­ma­yan bir şey gətirəndə o elçilə­rin bir qis­mini ya­lançı hesab edər, bir qismini də öldürər­dilər.
71. Onlar müsibət gəl­məyə­cə­yini gü­man etdilər, beləliklə də kor və kar ol­dular. Sonra Allah on­ların tövbələrini qə­bul etdi. Da­ha sonra isə onlardan bir ço­xu yenə kor və kar oldular. Allah onların nə et­diklərini görür.
72. “Şübhəsiz ki, Allah Mər­yəm oğlu Məsihdir”– deyənlər artıq kafir oldu­lar. Məsih isə de­mişdir: “Ey İsrail oğul­ları! Rəb­bim və Rəbbiniz olan Alla­ha iba­dət edin! Həqiqətən də, Allaha şə­rik qo­şan kimsəyə, Allah Cən­nə­ti haram etmişdir və onun gedəcəyi yer Od­dur. Za­­lımlara kömək edən olmaya­caqdır”.
73. “Allah üç­lü­yün üçün­cü­sü­dür!”– deyən­lər ar­tıq kafir ol­du­lar. Halbuki Tək İlahdan başqa ibadətə layiq olan heç bir məbud yox­dur. Əgər onlar de­dik­lərinə son qoy­masalar, on­lar­dan kafir olan­lara mütləq ağ­rılı-acılı bir əzab toxuna­caqdır.
74. Onlar Allaha tövbə edib On­dan ba­ğışlanma diləməyə­cək­lər­mi­? Allah ki Ba­ğış­layan­dır, Rəhm­lidir.
75. Məryəm oğlu Məsih an­caq bir el­çidir, ondan əvvəl də el­çi­lər gəlib get­mişlər. Onun anası isə Allaha sidq ürək­dən inanan bir qa­dın idi. Hər ikisi də yemək ye­yirdi. Bax gör ayə­lərimizi on­lara necə bəyan edi­rik, sonra da gör onlar haq­dan necə döndərilirlər.
76. De: “Allahı qoyub sizə nə bir zə­rər, nə də bir fayda ve­rə bil­­məyən şey­lə­rəmi iba­dət edirsi­niz?” Allah Eşidən­dir, Bi­ləndir.
77. De: “Ey Kitab əhli! Dini­­niz­də haq­sız yerə ifrata var­ma­yın. Ön­cə azmış, bir çoxlarını da az­dırmış və doğru yol­dan çıxmış bir dəstənin istəklərinə tabe ol­mayın”.
78. İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Mər­yəm oğlu İsanın dili ilə lə­nət­ləndilər. Bu, onların asi ol­duq­­­la­rı­na və Allahın qoyduğu həd­ləri aşdıqlarına görə idi.
79. Onlar bir-birlərini etdik­lə­ri pis əməllərdən çəkindir­mir­di­lər. Onların et­dikləri ne­cə də pis­dir!
80. Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini gö­rür­­sən. Nəfslərinin onlar üçün ha­zır­ladığı şey necə də pis­dir! Buna gö­rə də Allah onlara qə­zəb­lən­miş­dir və onlar əzab içində əbədi qa­la­caqlar.
81. Əgər onlar Allaha, Pey­ğəm­bərə və ona nazil olana iman gə­tir­səydilər, müşrikləri özlə­rinə dost tutmazdılar. La­kin onların ço­xu günah­karlar­dır.
82. Yəhudiləri və müşrikləri iman gə­tirənlərə qarşı düş­mən­çi­lik edən in­sanların ən pisi ol­du­ğunu görəcəksən. “Biz xaç­pərəs­tik!”– de­yənləri isə dost­luq baxı­mından iman gətirən­lərə ən ya­xın ol­du­ğunu görə­cəksən. Çünki on­la­rın arasın­da keşişlər və ra­hiblər var­dır və onlar təkəb­bür­lük gös­tərmir­lər.
83. Allahın elçisinə nazil edi­lə­ni din­lədikləri zaman haqqı bil­dik­lə­ri­nə görə onların göz­lə­rinin yaşla dolduğunu gö­rər­sən. On­lar de­yər­lər: “Ey Rəb­bimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir ye­rə yaz!
84. Nə üçün biz Allaha və bi­zə gələn haqqa inanmayaq? Biz ki Rəbbimizin bizi əməli­saleh ca­maatla birlikdə Cən­nə­tə daxil edə­­cə­yi­nə ümid edi­rik”.
85. Belə dediklərinə görə də Allah on­ları ağacları altından çay­lar axan, için­də əbədi qala­caq­ları cən­nətlərlə mü­kafat­lan­dır­dı. Yaxşı iş görən­lərin mü­ka­fatı budur.
86. Kafir olub ayələrimizi ya­lan sa­yan­lar Cəhənnəm sakin­­lə­ri­dir­lər.
87. Ey iman gətirənlər! Alla­hın sizə ha­lal buyurduğu tə­miz ru­zi­­ləri haram etməyin və həd­di aş­mayın. Həqiqətən, Allah həddi aşan­ları sevmir.
88. Allahın sizə ruzi olaraq ver­diyi ha­lal, təmiz nemətlər­dən ye­yin və iman gətirmiş olduğunuz Allahdan qorxun!
89. Allah sizi qəsdiniz olma­dan içdi­yi­niz andlara görə cə­zalan­dır­­maz, lakin O, sizi qəsd­lə içdi­yi­niz andlara görə cəza­landı­racaq­dır. Bu­nun kəf­farəsi öz ailə­nizə yedirtdi­yi­ni­zin or­ta hesabı də­yə­rin­də ya on kası­bı ye­dirt­mək və ya onları geyin­dirmək və yaxud da bir köləni azad et­məkdir. Kəf­farə vermək üçün bir şey tapmayan kim­sə üç gün oruc tutmalıdır. Bu, and içib son­ra poz­­du­ğunuz and­la­rınızın kəf­farə­si­dir. And­la­rı­nı­zı qoruyun! Allah Öz ayələri­ni sizə bu cür bəyan edir ki, bəl­kə şü­kür edə­siniz.
90. Ey iman gətirənlər! Şüb­hə­siz ki, sərxoşedici içki də, qu­mar da, tapınmaq məqsədilə dik qo­yul­muş daşlar da, fal oxları da şey­tan əmə­lindən olan mur­dar şey­lərdir. Bunlardan çə­kinin ki, bəl­kə ni­cat tapa­sınız.
91. Həqiqətən, şeytan sər­xoş­edici içki və qumar vasitəsilə si­zin aranıza ədavət və kin sal­maq, sizi Allahı yad etməkdən və na­maz­dan ayırmaq istəyər. Siz bu­na son qoyacaqsınızmı?
92. Allaha itaət edin, Onun El­çisinə ita­ət edin və asi ol­maq­dan çə­kinin! Əgər üz çevir­sə­niz, bilin ki, Elçimizin öh­də­si­nə düşən an­caq açıq-aydın təb­liğ et­mək­dir.
93. İman gətirib yaxşı işlər gö­rən­lə­rə, Allahdan qorxaraq iman gə­tirib yaxşı işlər gör­dük­ləri, son­ra yenə Allahdan qor­­xa­raq iman gə­tir­dikləri, sonra ye­nə də Allah­dan qorxa­raq yaxşı işlər gör­dük­lə­ri təq­dirdə, ha­ram edil­məmişdən əv­vəl dad­­dıqları şey­lərə görə heç bir gü­nah gəl­məz. Allah yaxşı iş görənləri se­vir.
94. Ey iman gətirənlər! Allah sizi əllə­ri­nizin və nizələrinizin ça­ta biləcəyi bir ovla imtahan edə­cək ki, Allah, gizlində (ya­xud Onun Özünü görmədən) kimin Ondan qorxduğunu üzə çıxar­sın. Bun­dan sonra həddi aşan kimsə üçün isə ağrılı-acılı bir əzab ha­zırlan­mış­dır.
95. Ey iman gətirənlər! İh­ram­da ikən ovu öldürməyin. Sizlər­dən kim onu qəs­dən öl­dü­rərsə, kəffarəsi öldür­düyünün mislində bir qur­banlıq heyvanı əvəz ödə­mək­dir. Buna sizlər­dən iki ədalət­li kişi qərar ver­məli, sonra da hə­min qurbanlıq heyvan Kə­bəyə çat­dı­rıl­ma­lı­­dır. Yaxud kəf­farə ola­raq kasıbları yedirtməli, ya­xud da buna bə­rabər oruc tutmalıdır ki, öz işi­nin zərərini dadsın. Allah olub-ke­çən­ləri ba­ğışlamışdır. Hər kim yenə bu günaha qa­yıtsa, Allah on­dan in­ti­qam alar. Allah Qüd­rətlidir, inti­qam al­mağa qa­dirdir.
96. Həm sizin, həm də sə­fər­də olan­ların faydalanması üçün də­niz ovu və onu yemək sizə halal edildi. İhramda oldu­ğu­nuz müd­dətdə isə quruda ov et­mək sizə haram edildi. Hü­zu­runa top­la­na­ca­ğınız Allah­dan qorxun!­
97. Allah Kəbəni – müqəd­dəs evi, haram ayı, qurbanı və boy­nu­na nişan taxılmış qur­banlıq hey­vanları insanların iş­lə­rini yo­lu­na qoymaq üçün bir vasitə kimi mü­əy­yən etdi. Bu ona görə­dir ki, siz göylərdə və yer­də olan­ların Alla­ha bəlli olma­sını və Allahın hər şe­yi Bilən olduğunu an­laya­sınız.
98. Agah olun ki, Allah şid­dət­li cəza verəndir, həmçinin də Allah Bağış­la­yan­dır, Rəhm­lidir.
99. Allahın elçisinin vəzi­fə­si an­caq təbliğ etməkdir. Allah sizin aş­kara çı­xar­dı­ğınızı da, gizlində saxladığınızı da bilir.
100. De: “Murdar şeyin çox ol­ması sənin xoşuna gəlsə be­lə, mur­darla təmiz eyni ola bil­məz”. Ey ağıl sahibləri! Allah­dan qor­xun ki, bəl­kə nicat ta­pa­sınız.
101. Ey iman gətirənlər! Si­zə agah olun­ca xoşunuza gəl­mə­yə­cək şeylər ba­rəsində so­ruş­mayın. Əgər Quran nazil edil­diyi za­man onlar haqqında so­ruş­sa­nız, sizə aydın olar. Allah bunları – indi­yə qədər verdiyi­niz bu cür sualları əfv etdi. Allah Bağış­layandır, Rəhm­lidir.
102. Sizdən əvvəl bir qövm bunları soruşmuş, sonra da bu sə­bəbdən kafir olmuşdu.
103. Allah müşriklərin bə­hi­rə, saibə, və­silə və ham ad­lan­dırıb büt­lərə nəzir et­di­yi hey­van­lar ba­rəsində heç bir gös­təriş ver­mə­mişdir. La­kin kafir olan­lar Alla­ha qarşı ya­lan uy­du­rurlar. Onların çoxu isə bunu anlamır.
104. Onlara: “Allahın nazil et­diyinə və göndərdiyi Elçiyə tə­rəf gəlin”– deyil­dikdə: “Ata­la­rı­mı­zın tutduğu yol bizə bəs­ edər”– de­yirlər. Əgər ataları bir şey bil­mə­yib, doğru yola yö­nəl­­məyiblərsə, on­da necə olsun?
105. Ey iman gətirənlər! Öz qeydini­zə qalın! Siz doğru yol­da ol­sanız, haqq yoldan azmış­lar sizə zərər yetirə bilməz­lər. Ha­mı­­nı­zın dönüşü Allaha ola­caq və O, et­di­yiniz əməllər ba­rədə sizə xə­bər verəcəkdir.
106. Ey iman gətirənlər! Siz­lərdən bir kimsəyə ölüm gəl­di­yi zaman, vəsiyyət vaxtı içi­niz­dən iki ədalətli kişi, bir yerə səfərə çıx­­dığınız zaman başı­nı­za ölüm mü­sibəti gəldikdə isə özünüzdən ol­ma­yan iki kişi aranızda şahidlik etsin. Əgər özünüzdən olmayan şa­hidlərə şüb­hə etsə­niz, namaz­dan sonra hər ikisini sax­layın və qoy onlar: “Biz bu andımızı lap ya­xın qo­humlara belə heç bir qiy­mətə satma­rıq və Allahın şahid­li­yi­ni giz­lət­mə­rik. Əks halda biz, şüb­həsiz ki, gü­nah­­karlardan olarıq”– deyə and içsinlər.
107. Əgər hər ikisinin gü­nah iş tut­duq­ları aşkar edilsə, o za­man onların ye­rini haqsız­lığa məruz qalanlardan ölən şəxsə daha ya­xın olan iki kişi tutar və onlar: “Əl­bəttə, bizim şa­hid­liyimiz o iki nə­fə­rin şa­hid­li­yin­dən daha doğru­dur və biz həd­di aşmadıq. Əks hal­da biz, şüb­həsiz ki, zalımlar­dan olarıq”– deyə and içərlər.
108. Bu, onların olduğu ki­mi şahidlik etmələri və ya and­la­rı­nın sonradan va­rislər tərə­fin­­dən baş­qa andlarla rədd edil­məsindən qorx­­maları üçün da­ha mü­na­sibdir. Allahdan qor­xun və qulaq asın! Allah gü­nahkar tayfanı doğru yo­la yö­nəltməz.
109. Allah elçilərini topla­ya­­cağı gün deyəcək: “Sizə nə ca­vab verildi?” Onlar isə: “Bi­zim el­mimiz yoxdur. Şüb­həsiz ki, qeyb­ləri bilən Sənsən!”– de­yə­cəklər.
110. Allah deyəcək: “Ey Mər­yəm oğlu İsa! Sənə və ana­na olan nemətimi xatırla! O za­man səni müqəddəs ruhla qüv­vətlən­dir­miş­dim. Sən həm be­şikdə ikən, həm də yet­kin ça­ğında in­san­lar­la da­nı­şırdın. Sə­nə yazmağı, hik­mə­ti, Töv­ratı və İncili öyrət­miş­dim. Sən Mə­nim iznimlə palçıqdan quşa bənzər bir şey düzəl­dib ona üfü­rürdün, o da Mənim iz­nim­­lə quş olurdu. Sən Mənim iz­nim­lə ana­dangəlmə koru və cüzam xəs­tə­li­yinə tutu­lanı sa­ğaldır və Mə­nim iznim­lə ölü­ləri dirildirdin. Sən İs­rail oğul­la­rı­nın yanına açıq-ay­dın də­lillərlə gəldik­də Mən on­ları səndən dəf etmişdim. On­lar­dan kafir olanlar isə demiş­di­lər: “Bu, açıq-aydın sehrdən baş­qa bir şey deyildir”.
111. Bir zaman Mən həvari­lə­rə: “Mə­nə və elçimə iman gə­­ti­rin!”– deyə vəhy etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlman­la­rıq!”– de­miş­dilər.
112. Bir zaman həvarilər de­­­miş­dilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göy­dən bir süfrə en­dirə bilərmi?” O da on­la­ra de­miş­di: “Əgər mömin­sinizsə, Allah­dan qorxun”.
113. Onlar demişdilər: “Biz is­təyirik ki, ondan yeyək, qəlb­lə­ri­miz ra­hat ol­sun, bizə doğru söy­lədiyini bilək və o möcü­zəyə şa­hid­lik edənlərdən olaq”.
114. Məryəm oğlu İsa dedi: “Ey Alla­hım! Ey bizim Rəbbi­miz! Bi­zə göy­dən bir süfrə en­dir ki, bi­zim həm birin­ci­miz, həm də axı­rıncımız üçün bir bay­ram və Sən­dən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yax­şı­sı­san!”
115. Allah dedi: “Mən onu si­zə endi­rəcəyəm. Amma bun­dan son­­ra ara­nız­dan kafir olan­­lara aləm­­lərdən heç kəsə ver­mədi­yim bir əzabı verəcə­yəm”.
116. Allah deyəcək: “Ey Mər­­yəm oğlu İsa! Sənmi in­san­­la­ra: “Allahı qo­yub məni və anamı iki məbud qəbul edin!”– demiş­din?” İsa deyəcək: “Sən pak və müqəd­dəssən! Haqqım olma­yan bir şe­yi demək mənə yaraşmaz. Əgər bu­nu demiş ol­saydım, əl­bət­tə, Sən onu bi­lər­din. Sən mənim qəl­bim­də olan­ları bilirsən, mən isə Sə­nin Özün­də olanları bil­mirəm. Şüb­hə­siz ki, qeybləri bilən Sən­sən!
117. Mən onlara ancaq Sə­nin mənə əmr etdiyini: “Mə­nim də Rəb­bim, sizin də Rəb­biniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şa­hid idim. Sən mə­ni onların ara­sından götür­dükdən son­ra isə onlara nəzarət edən Özün ol­dun. Sən hər şeyə Şahidsən.
118. Əgər onlara əzab ver­sən, sözsüz ki, onlar Sənin qul­la­rın­dır. Əgər onları bağışla­san, şüb­həsiz ki, Sən Qüdrət­li­sən, Müd­rik­sən!”
119. Allah dedi: “Bu, doğru da­nışan­la­ra doğruluqlarının fay­da ve­rəcəyi gün­dür! Onlar üçün ağacları altından çay­lar axan və için­də əbədi qalacaq­ları cən­nətlər hazırlan­mışdır”. Allah on­­lardan razı­dır, onlar da On­dan razıdır­lar. Bu, böyük uğur­dur.
120. Göylərin, yerin və on­la­rın ara­sında olanların hökm­ranlığı Allaha məx­susdur və O, hər şeyə qadirdir.
سورة المائدة
معلومات السورة
الكتب
الفتاوى
الأقوال
التفسيرات

إنَّ شأنَ هذه السورةِ عظيمٌ كشأنِ أخواتِها السَّبْعِ الطِّوال؛ لِما اشتملت عليه من أحكامٍ كثيرة؛ فقد بُدِئت بالأمرِ بالوفاء بالعقود والالتزام بالمواثيق، واشتملت على ذِكْرِ المُحرَّمات من الأطعمة، وجاءت على ذكرِ عقوبة الحِرابةِ والسرقة، وغيرِها من الأحكام التي تُوضِّحُ المعاملاتِ بين الناس؛ استكمالًا لشرائعِ الله، كما ذكَرتْ قصَّةَ بني إسرائيل وطلَبِهم المائدةَ، وخُتِمتْ بالحوارِ الذي يَجري بين الله وبين عيسى عليه السلام لإقامةِ الحُجَّةِ على بني إسرائيلَ، ولعلَّ ما صحَّ في الحديثِ مِن أنَّ الدابَّةَ لم تستطِعْ تحمُّلَها وقتَ نزولِها على رسولِ الله صلى الله عليه وسلم كان لكثرةِ ما فيها من أحكامٍ وتشريعات.

ترتيبها المصحفي
5
نوعها
مدنية
ألفاظها
2837
ترتيب نزولها
112
العد المدني الأول
122
العد المدني الأخير
122
العد البصري
123
العد الكوفي
120
العد الشامي
122

* قوله تعالى: ﴿فَمَن تَابَ مِنۢ بَعْدِ ظُلْمِهِۦ وَأَصْلَحَ﴾ [المائدة: 39]:

عن عبدِ اللهِ بن عمرٍو رضي الله عنهما: «أنَّ امرأةً سرَقتْ على عهدِ رسولِ اللهِ ﷺ، فجاءَ بها الذين سرَقتْهم، فقالوا: يا رسولَ اللهِ، إنَّ هذه المرأةَ سرَقتْنا، قال قومُها: فنحن نَفدِيها - يعني أهلَها -، فقال رسولُ اللهِ ﷺ: «اقطَعُوا يدَها»، فقالوا: نحن نَفدِيها بخَمْسِمائةِ دينارٍ، قال: «اقطَعُوا يدَها»، قال: فقُطِعتْ يدُها اليمنى، فقالت المرأةُ: هل لي مِن توبةٍ يا رسولَ اللهِ؟ قال: «نَعم، أنتِ اليومَ مِن خطيئتِكِ كيَوْمَ ولَدَتْكِ أمُّكِ»؛ فأنزَلَ اللهُ عز وجل في سورةِ المائدةِ: ﴿فَمَن تَابَ مِنۢ بَعْدِ ظُلْمِهِۦ وَأَصْلَحَ﴾ [المائدة: 39] إلى آخرِ الآيةِ». أخرجه أحمد (٦٦٥٧).

* قوله تعالى: ﴿وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ اْللَّهُ فَأُوْلَٰٓئِكَ هُمُ اْلْكَٰفِرُونَ﴾ [المائدة: 44]، ﴿وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ اْللَّهُ فَأُوْلَٰٓئِكَ هُمُ اْلظَّٰلِمُونَ﴾ [المائدة: 45]، ﴿وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ اْللَّهُ فَأُوْلَٰٓئِكَ هُمُ اْلْفَٰسِقُونَ﴾ [المائدة: 47]:

عن البَراءِ بن عازبٍ رضي الله عنهما، قال: «مُرَّ على النبيِّ ﷺ بيهوديٍّ مُحمَّمًا مجلودًا، فدعَاهم ﷺ، فقال: «هكذا تجدون حدَّ الزاني في كتابِكم؟!»، قالوا: نَعم، فدعَا رجُلًا مِن علمائِهم، فقال: «أنشُدُك باللهِ الذي أنزَلَ التَّوراةَ على موسى؛ أهكذا تجدون حدَّ الزاني في كتابِكم؟!»، قال: لا، ولولا أنَّك نشَدتَّني بهذا لم أُخبِرْك، نجدُه الرَّجْمَ، ولكنَّه كثُرَ في أشرافِنا، فكنَّا إذا أخَذْنا الشريفَ ترَكْناه، وإذا أخَذْنا الضعيفَ أقَمْنا عليه الحدَّ، قلنا: تعالَوْا فَلْنجتمِعْ على شيءٍ نُقِيمُه على الشريفِ والوضيعِ، فجعَلْنا التَّحْميمَ والجَلْدَ مكانَ الرَّجْمِ، فقال رسولُ اللهِ ﷺ: «اللهمَّ إنِّي أوَّلُ مَن أحيا أمرَك إذ أماتوه»، فأمَرَ به فرُجِمَ؛ فأنزَلَ اللهُ عز وجل: ﴿يَٰٓأَيُّهَا ‌اْلرَّسُولُ لَا يَحْزُنكَ اْلَّذِينَ يُسَٰرِعُونَ فِي اْلْكُفْرِ﴾ [المائدة: 41]  إلى قولِه: ﴿إِنْ أُوتِيتُمْ هَٰذَا فَخُذُوهُ﴾ [المائدة: 41]، يقولُ: ائتُوا محمَّدًا ﷺ، فإن أمَرَكم بالتَّحْميمِ والجَلْدِ فخُذُوه، وإن أفتاكم بالرَّجْمِ فاحذَرُوا؛ فأنزَلَ اللهُ تعالى: ﴿وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ اْللَّهُ فَأُوْلَٰٓئِكَ هُمُ اْلْكَٰفِرُونَ﴾ [المائدة: 44]، ﴿وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ اْللَّهُ فَأُوْلَٰٓئِكَ هُمُ اْلظَّٰلِمُونَ﴾ [المائدة: 45]، ﴿وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ اْللَّهُ فَأُوْلَٰٓئِكَ هُمُ اْلْفَٰسِقُونَ﴾ [المائدة: 47]؛ في الكفَّارِ كلُّها». أخرجه مسلم (١٧٠٠).

* قوله تعالى: ﴿لَيْسَ عَلَى اْلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ اْلصَّٰلِحَٰتِ جُنَاحٞ فِيمَا طَعِمُوٓاْ﴾ [المائدة: 93]:

عن أنسِ بن مالكٍ رضي الله عنه، قال: «كنتُ ساقيَ القومِ في منزلِ أبي طَلْحةَ، وكان خَمْرُهم يومئذٍ الفَضِيخَ، فأمَرَ رسولُ اللهِ ﷺ مناديًا ينادي: ألَا إنَّ الخمرَ قد حُرِّمتْ، قال: فقال لي أبو طَلْحةَ: اخرُجْ، فأهرِقْها، فخرَجْتُ فهرَقْتُها، فجَرَتْ في سِكَكِ المدينةِ، فقال بعضُ القومِ: قد قُتِلَ قومٌ وهي في بطونِهم؛ فأنزَلَ اللهُ: ﴿لَيْسَ عَلَى اْلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ اْلصَّٰلِحَٰتِ جُنَاحٞ فِيمَا طَعِمُوٓاْ﴾ [المائدة: 93] الآيةَ». أخرجه البخاري (٢٤٦٤).

* قوله تعالى: ﴿لَا تَسْـَٔلُواْ عَنْ أَشْيَآءَ إِن تُبْدَ لَكُمْ تَسُؤْكُمْ﴾ [المائدة: 101]:

عن أنسِ بن مالكٍ رضي الله عنه، قال: «خطَبَ رسولُ اللهِ ﷺ خُطْبةً ما سَمِعْتُ مِثْلَها قطُّ، قال: «لو تَعلَمون ما أعلَمُ، لَضَحِكْتم قليلًا، ولَبَكَيْتم كثيرًا»، قال: فغطَّى أصحابُ رسولِ اللهِ ﷺ وجوهَهم، لهم خَنِينٌ، فقال رجُلٌ: مَن أبي؟ قال: فلانٌ؛ فنزَلتْ هذه الآيةُ: ﴿لَا تَسْـَٔلُواْ عَنْ أَشْيَآءَ إِن تُبْدَ لَكُمْ تَسُؤْكُمْ﴾ [المائدة: 101]». أخرجه البخاري (٤٦٢١).

* قوله تعالى: ﴿يَٰٓأَيُّهَا اْلَّذِينَ ءَامَنُواْ شَهَٰدَةُ بَيْنِكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ اْلْمَوْتُ﴾ [المائدة: 106]:

عن عبدِ اللهِ بن عباسٍ رضي الله عنهما، قال: «خرَجَ رجُلٌ مِن بني سَهْمٍ مع تميمٍ الدَّاريِّ وعَدِيِّ بنِ بَدَّاءٍ، فماتَ السَّهْميُّ بأرضٍ ليس بها مسلمٌ، فلمَّا قَدِمَا بتَرِكَتِهِ، فقَدُوا جامًا مِن فِضَّةٍ مُخوَّصًا مِن ذهَبٍ، فأحلَفَهما رسولُ اللهِ ﷺ، ثم وُجِدَ الجامُ بمكَّةَ، فقالوا: ابتَعْناه مِن تميمٍ وعَدِيٍّ، فقام رجُلانِ مِن أوليائِهِ، فحلَفَا لَشَهادتُنا أحَقُّ مِن شَهادتِهما، وإنَّ الجامَ لِصاحبِهم، قال: وفيهم نزَلتْ هذه الآيةُ: ﴿يَٰٓأَيُّهَا اْلَّذِينَ ءَامَنُواْ شَهَٰدَةُ بَيْنِكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ اْلْمَوْتُ﴾ [المائدة: 106]». أخرجه البخاري (٢٧٨٠).


سُمِّيتْ سورةُ (المائدةِ) بذلك؛ لاشتمالِها على قصَّةِ نزولِ (المائدة) على بني إسرائيلَ، كما أُطلِق عليها اسمُ سورةِ (العُقُودِ)؛ لافتتاحِها بهذا اللفظِ، ولكثرةِ ما فيها من أحكامٍ ومعاملات بين الناس.

* أنَّها تُعادِلُ - مع أخواتِها السَّبْعِ الطِّوال - التَّوراةَ:

عن واثلةَ بنِ الأسقَعِ اللَّيْثيِّ أبي فُسَيلةَ رضي الله عنه، أنَّ النبيَّ ﷺ قال: «أُعطِيتُ مكانَ التَّوراةِ السَّبْعَ، وأُعطِيتُ مكانَ الزَّبُورِ المِئينَ، وأُعطِيتُ مكانَ الإنجيلِ المَثَانيَ، وفُضِّلْتُ بالمُفصَّلِ». أخرجه أحمد (١٦٩٨٢).

* لم تستطِعِ الدابَّةُ تحمُّلَ ثِقَلِها لكثرةِ ما فيها من أحكامٍ:

فعن عبدِ اللهِ بن عمرٍو رضي الله عنهما، قال: «أُنزِلتْ على رسولِ اللهِ ﷺ سورةُ المائدةِ وهو راكبٌ على راحلتِهِ، فلم تستطِعْ أن تَحمِلَهُ، فنزَلَ عنها». أخرجه أحمد (٦٦٤٣).

* مَن أخَذها مع السَّبْعِ الطِّوالِ عُدَّ حَبْرًا:

عن عائشةَ رضي الله عنها، عن رسولِ اللهِ ﷺ، قال: «مَن أخَذَ السَّبْعَ الأُوَلَ مِن القرآنِ، فهو حَبْرٌ». أخرجه أحمد (24575).

اشتمَلتْ سورةُ (المائدةِ) على عِدَّةِ موضوعاتٍ على هذا الترتيبِ:

العهود والمواثيق مع أمَّة محمَّد عليه السلام (١-٨).

المواثيق والجزاء (٩-١٠).

البلاء وصرفُه عن المسلمين (١١).

ميثاقه مع اليهود والنصارى (١٢-١٦).

فساد عقيدة أهل الكتاب (١٧-١٩).

سُوء أدب اليهود (٢٠-٢٦).

جرائمُ وعقوبات (٢٧-٣٢).

عقوبة الحِرابة (٣٣-٣٤).

التقوى نجاة من النار (٣٥-٣٧).

حد السرقة (٣٨-٤٠).

تلاعُبُ أهل الكتاب بأحكام الله (٤١-٤٥).

رسالة عيسى عليه السلام (٤٦-٤٧).

القرآن (٤٨-٥٠).

المفاصَلة بين المسلمين وأهل الكتاب (٥١-٥٦).

الدِّين بين المستهزئين به والكارهين له (٥٧-٦٣).

سبُّ اليهود للمولى عز وجل (٦٤).

لو أنهم آمنوا (٦٥-٦٦).

عصمة الرسول (٦٧-٦٩).

طبيعة بني إسرائيل (٧٠-٧٧).

لعنة الأنبياء على الكفرة من بني إسرائيل (٧٨-٨١).

مَن يُوادُّ ويُعادي أهل الإيمان (٨٢-٨٦).

النهي عن الغلوِّ في الدِّين (٨٧-٨٨).

اليمين وكفارتها (٨٩).

خمس مُحرَّمات (٩٠-٩٦).

مِن نِعَم الله على عباده (٩٧-١٠٠).

تحريم السؤال عن ما يضر (١٠١-١٠٥).

الإشهاد والقَسَامة (١٠٦-١٠٨).

عيسى بين يَدَيِ الله تعالى في القيامة (١٠٩-١١١).

المائدة (١١٢-١١٥).

التبرؤ من التأليه (١١٦-١١٨).

كلمة الحق والختام (١١٩-١٢٠).

ينظر: "التفسير الموضوعي للقرآن الكريم" لمجموعة من العلماء (2 /290).

مِن أجلِّ مقاصدِ هذه السُّورة: إيضاحُ المعاملات بين الناس؛ لذا بدأت بالأمرِ بالوفاء بالعقود، فجاءت استكمالًا لشرائعِ الإسلام، ومِن مقاصدها بيانُ الحلال والحرام من المأكولات، وكذا حفظُ شعائرِ الله في الحجِّ والشهر الحرام، والنَّهي عن بعض المُحرَّمات من عوائدِ الجاهليَّة، وتبيين الكثير من الشرائع الأخرى.

وخُتِمتْ بمقصدٍ عظيم؛ وهو التذكيرُ بيومِ القيامة، وشَهادةُ الرُّسل على أُمَمهم، وشَهادة عيسى على النصارى، وتمجيد الله تعالى.

ينظر: "التحرير والتنوير" لابن عاشور (6 /74).