ترجمة سورة النحل

الترجمة الأذرية

ترجمة معاني سورة النحل باللغة الأذرية من كتاب الترجمة الأذرية.
من تأليف: لي خان موساييف .

1. Allahın əmri gələcəkdir. Odur ki, onun tez gəlməsini is­təmə­yin. Allah müş­riklərin Ona qoşduqları şəriklərdən uzaq­dır və uca­dır.
2. Allah Öz hökmü ilə qul­la­rından is­tə­diyi kimsəyə mə­lək­ləri vəhy­lə gön­də­rib buyu­rur: “Qulla­rımı qorxudub xə­bər­dar edin ki, Məndən başqa ibadətə layiq olan məbud yox­dur. Mən­dən qor­xun!”
3. Allah göyləri və yeri ger­çək yarat­mışdır. O, müş­riklə­rin qoş­duqları şə­riklərdən ucadır.
4. Allah insanı nütfədən ya­rat­dı. O isə açıq-aşkar mübahi­səçi­yə çevrildi.
5. Mal-qaranı da O yaratdı. On­larda sizin üçün bə­dəninizi isti sax­la­yan yun ge­yim və baş­qa faydalar var­dır. Həmçi­nin onlar­dan yeyirsiniz.
6. Mal-qaranı axşam töv­ləyə qay­tar­dıqda, səhər çölə burax­dıq­da onlara baxıb fərəh­lənir­siniz.
7. Onlar yüklərinizi, özünü­zün çə­tin­liklə apara biləcə­yi­niz bir öl­kəyə da­şıyırlar. Həqi­qə­tən də, Rəbbiniz çox şəf­qət­lidir, rəhm­lidir.
8. Atları, qatırları və uzun­qu­laqları sizə həm minik, həm də zi­nət olsun de­yə Allah ya­ratdı. O, sizin hələ bilmədiyi­niz bir çox şey­lə­ri də yaradır.
9. Doğru yol göstərmək Al­laha aid­dir. Əyri yollar da var­dır. Əgər O is­tə­səydi, sizin ha­mınızı doğru yola yö­nəl­dərdi.
10. Göydən su endirən Odur. Bu, həm sizin içməyi­niz, həm də içində mal-qaranızı otar­dığınız otların bitməsi üçün­dür.
11. Allah onunla sizin üçün dənli bit­kilər, zeytun, xurma, üzüm və başqa mey­vələr­in ha­mısından yetişdirir. Həqi­qə­tən, bunda düşünən bir qövm üçün də­lil­lər vardır.
12. O, gecəni və gündüzü, gü­nəşi və ayı sizə xidmət et­mə­yə yö­nəlt­di. Ul­duz­lar da Onun əm­ri ilə ram edilmişdir. Sözsüz ki, bun­lar­da anlayan insanlar üçün əla­mətlər vardır.
13. Yer üzündə sizin üçün ya­ratdığı müxtəlif rəngli şey­ləri də si­zə ram etdi. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün də­lillər vardır.
14. O, dənizi də sizin xid­mə­ti­nizə ver­di ki, ondan yemək üçün tə­zə balıq və taxmaq üçün bəzək şeyləri əldə edə­si­niz. Sən gəmi­lə­rin dənizi yara-yara üz­­dü­yü­nü görürsən. Bütün bun­lar Alla­hın lüt­fün­dən sizə nəsib olan­ları axta­rıb tapmağı­nız və şü­kür etməyiniz üçün­dür.
15. O, sizi silkələməsin de­yə, yer üzün­də möhkəm dağ­lar və düz­gün səmt gö­türəsi­niz deyə, çaylar və yollar ya­ratdı.
16. Əlamətlər yaratdı. İn­san­lar ul­duz­lar vasitəsilə də get­dik­ləri yo­lu müəy­yənləşdirirlər.
17. Heç yaradan da yarada bil­mə­yən kimi ola bilərmi? Dü­şü­nüb ibrət götürməyəcək­si­niz­mi?
18. Əgər Allahın nemətlə­ri­ni saymalı olsanız, onları sa­yıb qur­ta­ra bil­məz­si­niz. Həqi­qə­tən, Allah Bağışlayandır, Rəhm­­li­dir.
19. Allah sizin gizli saxla­dıq­larınızı da, aşkara çıxart­dıq­la­rı­nızı da bilir.
20. Allahdan başqa tapındıq­ları büt­lər heç bir şey yarada bil­məz­lər. Çünki onlar özləri yaradıl­mışlar.
21. Onlar ölüdürlər – diri de­yillər və nə vaxt dirildilə­cək­lə­rini də bilmirlər.
22. Sizin məbudunuz Tək olan İlah­dır. Axi­rətə inanma­yan­la­rın qəlbləri haqqı in­kar edir. Öz­ləri də təkəbbürlüdürlər.
23. Şübhə yoxdur ki, Allah on­ların gizli saxladıqlarını da, aşka­ra çıxart­dıq­larını da bilir. Həqi­qətən də, O, təkəb­bürlü olanları sev­mir.
24. Onlardan: “Rəbbiniz pey­ğəmbərinə nə nazil etmişdir?”– deyə soruşduqda, onlar: “Bu, keç­mişdəkilərin nağıl­ları­dır!”– deyərlər.
25. Qoy onlar Qiyamət gü­nü öz gü­nahlarının hamısını və na­dan­lıqları üzün­­dən azdır­dıq­ları kəs­lərin günah­la­rının bir qismini daşısınlar. Bax gör, da­şıyacaq­ları yük necə də pisdir!
26. Onlardan öncəkilər də hiylə qur­muşdular. Sonra Allah on­la­rın tikililərini özülündən da­ğıtdı, ta­vanları başlarına uçdu və əzab onlara gözləmədikləri yer­dən gəldi.
27. Sonra Qiyamət günü Allah onları rüsvay edəcək və deyə­cək: “Haqqında mü­bahisə et­di­yiniz şə­riklərim harada­dır?” Elm ve­rilmiş kimsələr deyə­cək­lər: “Şübhəsiz ki, bu gün kafir­lərə rüs­vay­çılıq və əzab üz ve­rə­cək!”
28. Mələklər özlərinə zülm edən kim­sələrin canlarını aldıq­ları za­man onlar bo­yun əyib: “Biz heç bir pislik et­mir­dik!”– deyə­cəklər. On­­la­ra belə deyiləcək: “Xeyr! Şübhəsiz ki, Allah sizin nələr et­diyinizi bi­lir.
29. Elə isə içində əbədi qa­la­cağınız Cəhənnəmin qapıla­rına gi­rin! Təkəb­bürlülərin qa­lacağı yer necə də pisdir!”
30. Müttəqilərə: “Allah nə nazil etmiş­dir?”– deyildikdə, onlar: “Xe­yir nazil et­mişdir!”– deyərlər. Bu dünyada xeyirli iş­lər görənlər üçün gözəl mü­ka­fat ha­zır­­lanmış­dır. Axirət yur­du isə daha xe­yir­li­dir. Müt­tə­qi­lərin yurdu necə də gö­zəldir.
31. Onlar ağacları altından çay­lar axan Ədn cən­nətlərinə gi­rə­cək­lər. Orada onla­rın ürəklə­ri­nin istədiyi hər şey var­dır. Allah müt­tə­qiləri belə müka­fat­lan­dırır.
32. O kəslər ki, tər-təmiz ol­duqları halda, mələklər onla­rın ca­nı­nı alıb de­yirlər: “Sizə sa­lam olsun! Əməllərinizə görə Cənnətə gi­rin!”
33. Yoxsa kafirlər mələklə­rin onların yanına gəlməsindən və ya­xud Rəbbi­nin əmrinin (Qiyamət gününün) gəl­mə­sin­dən başqa bir şeymi göz­lə­yirlər? On­lardan əvvəlki­lər də be­lə etmiş­dilər. Allah onlara zülm etmədi, la­kin onlar özləri özlərinə zülm edir­di­lər.
34. Onlara törətdikləri əməl­lə­rin pis cəzası nəsib oldu və is­teh­za etdikləri əzab onları ağu­şuna aldı.
35. Müşriklər dedilər: “Əgər Allah is­təsəydi, biz də, ataları­mız da Ondan baş­qa heç nəyə ibadət etməz və Onun izni ol­madan heç nəyi haram say­maz­dıq!” Bəli, on­lardan əvvəl­kilər də eynilə dav­ran­mışdılar. Məgər elçilərin vəzi­fə­si ancaq açıq-aydın təbliğ et­mək de­yil­mi?
36. Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi gön­dərdik. Onlardan kimisini Allah doğ­ru yola yö­nəlt­miş, kimisinə də az­maq nə­sib etmişdir. Yer üzün­də gə­zib dola­şın və görün haq­qı yalan sayan­ların aqibəti ne­cə oldu!
37. Sən onların doğru yola gəl­məsinə nə qədər çalışsan da, bil ki, Allah az­dır­dığı kimsələri doğru yola yönəltməz və on­lara kö­mək edən də olmaz.
38. Onlar Allaha möhkəm and içdi­lər ki: “Allah ölən bir kəsi di­rilt­mə­yə­cəkdir!” Xeyr! Allahın ölüləri diriltməsi Onun doğru və­di­nə görə olacaq, la­kin insanların çoxu bunu bil­mir.
39. Allah ölüləri dirildəcək­dir ki, ixti­laf­da olduqları şey­ləri on­lara bildirsin və kafir­lər də özlə­rinin yalançı olduqlarını dərk et­sinlər.
40. Biz bir şeyi yaratmaq is­tə­dik­də, ona ancaq: “Ol!”– de­yirik, o da olur.
41. Zülmə uğradıldıqdan son­ra Allah yolunda hicrət edən­ləri dün­ya­da gözəl bir məs­kəndə sakin edəcəyik. Axi­rət mü­kafatı isə da­ha böyük­dür. Kaş bi­ləy­dilər!
42. Onlar səbirli olanlar və an­caq Rəbbinə təvəkkül edən­lərdir.
43. Biz səndən əvvəl də, öz­lə­rinə vəhy etdiyimiz məhz ki­şiləri el­çi gön­dərmiş­dik. Əgər bilmirsi­nizsə, Zikr əh­lindən so­­­ruşun.
44. Biz onları aydın dəlillər və ki­tab­larla göndərdik. Sənə də Zikri nazil etdik ki, insan­lara, on­lara nazil olanı izah edə­sən və bəlkə on­lar fikirləşələr.
45. Alçaq hiylələrə əl atan­lar Allahın onları yerə batır­ma­yaca­ğı­na və yaxud gözləmə­dik­ləri bir yerdən əzabın on­la­ra gəlməyə­cə­yi­nə əmindir­lər­mi?
46. Ya da gəzib dolaşdıqları zaman Allahın onları yaxala­ma­ya­ca­ğınımı dü­şünürlər? Axı onlar Allahdan yaxa qur­tara bil­məyə­cək­lər.
47. Yaxud vahimə içində ol­duqları halda Allahın onları ya­xa­la­mayaca­ğını­mı düşünür­lər? Hə­qiqətən də, Rəbbiniz çox şəf­qət­lidir, rəhm­lidir.
48. Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşa­hidə etmə­yib­lərmi? Onların köl­gələri müti surətdə Allaha səc­də edərək sağa-sola əyilir.
49. Göylərdə və yerdə olan­la­rın ha­mısı, heyvanlar da, mə­ləklər də təkəb­bür göstər­mə­dən Allaha səcdə qılırlar.
50. Onlar özlərinin fövqün­də olan Rəb­bindən qorxur və on­lara əmr olu­nanları yerinə yeti­rirlər.
51. Allah: “İki məbuda sita­yiş etmə­yin! O, yalnız Tək bir İlah­dır. Yalnız Mən­dən qor­xun!”– dedi.
52. Göylərdə və yerdə nə var­sa, Onun­dur. Din də daim Ona məx­susdur. Siz Allahı qo­yub başqasın­danmı qor­xur­su­nuz?
53. Sizə verilən nemətlərin ha­mısı Allahdandır. Sonra sizə bəla gəl­diyi za­man ancaq Ona yalva­rırsınız.
54. Bəlanı sizdən sovuşdur­duq­dan son­ra sizlərdən bəzilə­ri Rəb­bi­nə şərik qoşur.
55. Onlar Bizim onlara ver­di­yimiz ne­­mətlərə nan­korluq etsin­lər deyə belə edir­lər. Hə­ləlik əy­lənin! Tezliklə biləcək­siniz.
56. Onlar özlərinə verdiyi­miz ruzi­dən heç nə dərk et­mək qabi­liyyətində ol­mayanlara pay ayı­rırlar. Allaha and ol­sun ki, atdı­ğı­nız iftiralara görə müt­ləq sorğu-sual olunacaqsınız.
57. Onlar qızları Allaha aid edir­lər. O, pak və müqəddəs­dir. Öz­lərinə isə is­tədik­lərini məx­sus edirlər.
58. Onlardan birinə qızı ol­ması ilə müjdə verildikdə hik­kə­sin­dən üzü qap­qara qaralır.
59. Verilən bəd xəbər ucba­tın­dan ca­maatdan gizlənir. Bil­mir nə et­sin, körpə­ni rüsvay­çı­lıq içində saxlasınmı, yoxsa onu torpağa göm­sün? Onların ver­dik­ləri qərar necə də pisdir!
60. Yaramaz sifət axirətə inan­ma­yan­lara xasdır. Ən Uca sifət isə Allaha məx­susdur. O, Qüd­rət­lidir, Hikmət sahibidir.
61. Əgər Allah insanları et­dikləri zülmə görə cəza­lan­dır­say­dı, yer üzün­də heç bir can­lını sağ qoymazdı. Lakin Allah onlara müəyyən vaxta qədər möh­lət ve­­rir. Onların əcəlinin çatdığı an bir­cə saat belə nə yubanar, nə də tezləşə bilər.
62. Onlar özlərinin xoş­lama­dıq­ları qız­ları Allaha aid edir­lər. Dil­­ləri də yalan­dan ən gö­zəl aqibətin onların olacağını söy­ləyir. Şüb­hə­siz ki, od onlar üçün ha­zır­lanmış­dır və onlar orada tərk olu­na­­caq­lar.
63. Allaha and olsun ki, sən­dən əvvəl də ümmətlərə elçilər gön­dərmişdik. Şey­tan isə o ka­fir ümmətlərin əməl­lərini öz­lə­rinə gö­zəl­ gös­tərmişdi. Şeytan bu gün də onların dos­tu­dur. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
64. Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixti­laf­da olduqları şeyləri bə­yan edə­sən və bu, mömin adamlar üçün doğ­ru yol göstəricisi və mər­həmət olsun.
65. Allah göydən yağmur yağ­dırıb onunla ölmüş yeri di­riltdi. Hə­qiqətən, bunda eşi­dən bir qövm üçün dəlillər vardır.
66. Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz si­zə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içən­lə­rin boğazından rahat ke­çən təmiz süd içirdirik.
67. Siz xurma ağacının mey­vələ­rindən və üzümlərdən sər­xoş­edi­ci içki və xe­yir­li ruzi ha­zırla­yırsınız. Həqiqətən, bun­da an­la­yan bir qövm üçün dəlillər var­dır.
68. Rəbbin bal arısına belə vəhy et­di: “Dağlarda, ağac­lar­da və in­sanların düzəlt­dik­ləri çardaq­larda özünə pətək­lər hör.
69. Sonra bütün meyvələr­dən ye və Rəbbinin səndən ötrü asan­laş­dır­dığı yol­larla get”. O arıların qarınlarından tər­ki­bin­də insan­lar üçün şəfa olan müx­tə­lif rəngli bal çıxır. Həqi­qə­tən, bunda dü­şü­nən bir qövm üçün dəlillər vardır.
70. Sizi Allah yaratmışdır. Sonra O sizi öldürəcək. Siz­lər­dən bəziləri vax­tilə bildiyi şey­ləri unutsun deyə öm­rü­nün ən rəzil ça­ğı­na çatdırılacaq. Hə­qi­qətən, Allah hər şeyi biləndir, hər şeyə qa­dir­dir.
71. Allah ruzi baxımından biri­nizi di­gərindən üstün et­miş­dir. Üs­tünlük ve­ri­lənlər kölə­lə­­rinə öz ruzilərindən ver­mirlər ki, bu yön­dən bərabər olsun­lar. Belə olduğu təqdirdə onlar Al­lahın ne­mə­tini inkarmı edir­lər?
72. Allah sizin üçün özü­nüz­dən zöv­cələr yaratdı, zövcələ­ri­niz­dən də sizin üçün övlad­lar və nəvələr yaratdı və si­zə pak ruzilər ver­di. İndi onlar ba­tilə ina­nıb Allahın nemətini in­karmı edir­lər?
73. Müşriklər Allahı qoyub on­lara göy­lərdə və yerdə olan ruzi­dən heç bir şey verməyən və buna gücləri çatmayan büt­lərə ibadət edirlər.
74. Heç kəsi Allaha oxşat­ma­yın. Hə­qiqətən, Allah bilir, siz isə bil­mirsiniz.
75. Allah, heç bir şeyə gücü çat­ma­yan və başqasının malı olan bir kölə ilə, dərgahı­mız­dan özünə verdiyimiz gözəl ru­zi­dən gizli və aşkar xərcləyən kim­sə­ni məsəl çəkdi. Heç on­lar eyni ola bilər­lər­mi? Həmd Allaha məxsus­dur, lakin onla­rın çoxu bunu bilmir.
76. Allah eləcə də iki kişi ba­rə­sində məsəl çəkdi; onlar­dan biri lal­dır, heç bir şeyə gücü çat­mır və öz ağasına bir yükdür. Onu ha­ra yollasa, xe­yirlə qa­yıt­maz. Məgər doğru yolda olub əda­lətli işlər gör­məyi əmr edən bir kimsə ilə belə bir adam ey­ni ola bilərmi?
77. Göylərin və yerin qeybi Allaha aiddir. O Saatın gəl­mə­si bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qa­dirdir.
78. Allah sizi analarınızın bət­­nindən heç nə anlamadığı­nız bir halda çıxart­dı, sizə qu­laq, göz və ürək verdi ki, bəl­kə şükür edə­si­niz.
79. Məgər onlar Allaha tabe olub ha­vada uçan quşları gör­mür­lər­mi? Onları havada sax­layan ancaq Allahdır. Həqi­qə­tən, bunda iman gətirən insan­lar üçün dəlil­lər vardır.
80. Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın də­rilərindən istər səfərə çıxdı­ğınız vaxt, istərsə düşərgə sal­­dığınız zaman sizin üçün asan­lıqla apara biləcəyiniz çadır­lar, üstəlik də on­­ların yunundan, tiftiyindən və tükün­dən müəy­­yən vaxta qədər is­tifadə edə­cəyi­niz ev əşyaları və başqa şey­lər dü­zəltdi.
81. Allah, yaratdıqları şey­lər­­dən sizin üçün kölgələr əmə­lə gə­tir­di, dağ­larda sizin üçün ma­ğa­ralar saldı, sizi istidən qo­ru­yacaq pal­tarlar və döyüşdə mü­ha­fi­zə edə­cək zirehli ge­yimlər düzəltdi. Be­ləcə, Allah Öz ne­mətini sizə tamam­layır ki, bəl­kə müsəlman ola­sı­nız.
82. Əgər üz çevirsələr, bil ki, sənin və­zifən ancaq aşkar təb­liğ etməkdir.
83. Onlar Allahın neməti haq­qında bil­dikləri halda, sonra­dan onu inkar edir­lər. Onların ço­xu kafirdir.
84. Hər ümmətdən bir şa­hid gön­də­rə­cəyimiz gün, kafirlərə üzr­xahlıq etməyə izin verilmə­yəcək və üzr diləmələri də tə­ləb olun­ma­ya­caqdır.
85. Zalımlar əzabı gördükdə, artıq onlardan əzab nə yüngül­ləş­di­riləcək, nə də onlara möhlət veriləcək.
86. Müşriklər Allaha qoş­duq­la­rı şərik­lə­rini gördükdə de­yə­cək­lər: “Ey Rəbbi­miz! Bunlar bizim Səndən başqa ibadət et­diyimiz şə­rik­lə­rimizdir!” Büt­lər isə on­la­ra: “Şübhəsiz ki, siz ya­lançı­sı­nız!”– deyə ca­vab qay­taracaq­lar.
87. O gün müşriklər Allaha təs­lim ol­duq­larını bildirəcək və uy­dur­duqları büt­lər onlardan uzaq­laşıb qeyb ola­caq­lar.
88. Kafir olub insanları Allah yolundan sapdıranlara törət­dik­lə­ri fitnə-fəsada görə əzab üs­tündən əzab artıra­cağıq.
89. O gün hər ümmətə özlə­rin­dən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirə­cə­yik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğ­ru yol gös­təricisi, mərhəmət və müjdə ola­raq na­zil etdik.
90. Həqiqətən, Allah əda­lət­li olmağı, yaxşılıq etməyi və qo­hum­­la­ra haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər tö­rət­məyi və azğın­lıq etmə­yi isə qadağan edir. O si­zə öyüd-nəsihət ve­rir ki, bəlkə düşünüb ibrət ala­sınız.
91. Allahla bağladığınız əh­də sadiq olun; möhkəm and iç­dik­dən sonra and­larınızı poz­ma­yın. Çünki siz Allahı özü­nü­zə zamin etmi­siniz. Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir.
92. İpliyini möhkəm əyir­dik­­dən sonra onu açıb sökən qa­dın ki­mi olmayın. Bir camaat di­gər bir camaatdan sayca və ma­lca daha çox olduğu üçün andları­nı­zı aranızda hiylə vasitəsinə çevirir­siniz. Allah bununla sizi sınayır. O, ixtilafda olduğunuz şeyləri Qiyamət günü sizə müt­ləq bildi­rəcəkdir.
93. Əgər Allah istəsəydi, si­zi vahid bir ümmət edərdi. La­kin O, istədiyini az­dırır, istə­di­yini də doğru yola yönəl­dir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız.
94. Andlarınızı aranızda hiy­lə vasi­tə­si­nə çevirməyin. Yox­sa aya­ğınız möh­kəm dayanmış ikən sü­rüşər və insanları Allah yolun­dan döndərdiyinizə görə əzabı dadar­sınız. Sizin üçün axirətdə də böyük bir əzab ha­zırlanar.
95. Allahla bağladığınız əh­di ucuz qiy­mətə satmayın. Əgər bi­lir­­sinizsə, Allah yanında olan savab sizin üçün daha xe­yir­li­dir.
96. Sizdə olan nemətlər tü­kə­nəcək, Allah yanında olan nemət­lər isə daim qala­caq­dır. Sə­birli olanlara etdik­ləri yaxşı əməl­lərə gö­rə müka­fatlarını ve­rə­cəyik.
97. Mömin olaraq yaxşı iş gö­rən kişi və qadınlara, əl­bət­tə, gözəl həyat bəxş edəcək və et­dikləri ən yaxşı əməllərə gö­rə onları müt­ləq mükafatlan­dıra­ca­ğıq.
98. Quran oxuduqda qo­vul­muş şey­tan­dan Allaha sı­ğın!
99. Şübhəsiz ki, şeytanın, iman gə­ti­rib yalnız öz Rəbbinə təvək­kül edənlər üzərində heç bir hökm­ranlığı yoxdur.
100. Onun hakimiyyəti yal­nız onu özünə dost tutanlar və Alla­ha şərik qo­şanlar üzərin­də­dir.
101. Biz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə onlar: “Sən an­caq bir ifti­ra­çısan!”– deyir­lər. Halbuki Allah nə na­zil et­diyini daha yaxşı bilir. Xeyr! On­la­rın çoxu bunu bilmir.
102. De: “Müqəddəs Ruh Cəb­rail onu sənin Rəbbindən iman gə­ti­rənləri sa­bit­qədəm et­­mək üçün, həm də mü­səlman­lara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək ola­raq na­zil etmişdir”.
103. Biz onların: “Quranı ona bir in­san öyrədir!”– de­dik­lə­ri­ni bi­lirik. Onla­rın istinad et­dik­ləri şəx­sin dili əcnəbi dil­dir. Bu isə açıq-aydın ərəb dilidir.
104. Allahın ayələrinə inan­ma­yan­la­rı, əlbəttə ki, Allah doğ­ru yo­la yönəlt­məz və onlar üçün ağrılı-acılı bir əzab var­dır.
105. Yalanı ancaq Allahın ayə­lərinə inanmayanlar uydu­rurlar. Məhz onlar­dır yalan­çı­lar.
106. Qəlbi imanla sabit qal­dığı halda haqqı danmağa məc­bur edi­lən kəslər is­tisna ol­maq­la, kim iman gətirdikdən sonra Allahı in­kar etsə və qəlbini küf­rə açsa, Allahın qəzəbinə dü­çar olar. On­lar üçün böyük bir əzab vardır.
107. Bu ona görədir ki, on­lar dünya həyatını axirətdən üs­tün tu­turlar. Həm də Allah ka­firləri doğru yola yönəltmir.
108. Bunlar o kəslərdir ki, Allah on­ların qəlbinə, qulaqla­rına və göz­lərinə möhür vur­muşdur. Onlar əsl qafil­dir­lər.
109. Heç şübhəsiz ki, zi­ya­na uğra­yan­lar da onlardır.
110. Sınağa çəkildikdən son­ra hicrət edənləri, daha sonra cihad edib çətin­lik­lə­rə dözən­lə­ri, bun­lar­dan sonra əlbəttə, Rəb­bin Bağış­­la­yandır, Rəhmli­dir.
111. O gün hər kəs öz ca­nı­nı qurtar­mağa çalışacaq, hər kəsə et­di­yi əməl­lə­rin əvəzi tam verilə­cək və onlara zülm edil­məyə­cəkdir.
112. Allah təhlükəsizlik və əmin-aman­lıq içində olan bir diyarı (Mək­­kə­ni) məsəl çəkir. Ona öz ruzisi hər yer­dən bol-bol gəlirdi. La­kin o diyarın əha­lisi Allahın nemətlərinə nan­korluq etdi, Allah da onları et­dikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü.
113. Onlara özlərindən bir elçi gəldi. Onlar isə onu ya­lan­çı say­dı­lar. Buna gö­rə də zülm et­dikləri zaman əzab onları ya­xaladı.
114. Allahın sizə verdiyi ha­lal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsi­nizsə, Onun nemətinə şükür edin.
115. O sizə ancaq ölü hey­va­nı, qanı, donuz ətini və Allah­dan baş­qa­sı üçün kəsilən hey­vanı haram etmişdir. Hər kəs harama meyl etmə­dən və həd­di aş­madan bun­lardan yemə­yə məcbur olarsa, ona günah gəl­məz. Həqiqətən, Allah Ba­ğışla­yan­dır, Rəhmlidir!
116. Dilinizin uydurduğu ya­lana əsa­sən: “Bu halaldır, o ha­ram­dır!”– demə­yin, çünki Alla­ha qarşı ya­lan uydur­muş olur­sunuz. Şüb­hə­siz ki, Allaha qar­şı yalan uydu­ranlar nicat tap­maz­lar.
117. İndi onlar az bir mən­fə­ət əldə et­mişlər, axirətdə isə on­la­rı ağ­rı­lı-acılı bir əzab göz­ləyir.
118. Sənə xəbər verdiyimiz şey­ləri da­ha öncə yəhudilərə də ha­ram etmişdik. Biz onlara zülm et­mədik, lakin onlar özləri öz­lə­­rinə zülm edirdilər.
119. Şübhəsiz ki, Rəbbin, avam­lıq­la­rı üzündən pis iş gö­rən, on­dan sonra tövbə edib öz­lərini islah edənləri, bütün bun­lar­dan son­ra, əlbəttə ki, Rəb­bin ba­ğış­layacaq və rəhm edəcək.
120. Həqiqətən, İbrahim Alla­ha mü­ti, hənif bir rəhbər idi. O, müş­riklərdən deyil­di.
121. O, Allahın nemətlərinə şü­kür edən idi. Allah onu seç­miş və doğru yola yönəlt­miş­di.
122. Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axi­rətdə də əmə­lisalehlər­dən­dir.
123. Sonra sənə belə vəhy et­dik: “Hə­nif İb­rahimin dininə ta­be ol. O, müşrik­lər­dən deyil­di”.
124. Şənbə günü ancaq o gü­nün barə­sində ixtilafa düşən­lərə va­cib edildi. Şübhəsiz ki, Rəbbin Qiyamət günü, ix­tilafa düş­dük­lə­ri şey barəsində onla­rın arasında hökm verəcəkdir.
125. İnsanları Rəbbinin yo­luna hik­mətlə, gözəl öyüd-nə­sihətlə də­vət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şüb­həsiz ki, Rəb­bin azğınlığa dü­şənləri də, doğru yolda olan­la­rı da yaxşı tanı­yır.
126. Günahkarı cəzalan­dır­maq istəsə­niz, sizə nə cəza ve­rilibsə, siz də ona ey­nilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyir­lidir.
127. Səbir et! Sənin səbrin an­caq Allah­dandır. Onlara gö­rə kə­dər­lənmə və qurduqları hiy­lələr­dən ötrü də sıxılma.
128. Həqiqətən də, Allah On­dan qor­xanlar və yaxşı işlər gö­rən­lər­lədir.
سورة النحل
معلومات السورة
الكتب
الفتاوى
الأقوال
التفسيرات

سورةُ (النَّحْلِ) مِن السُّوَر المكية التي بيَّنتْ عظمةَ الله عز وجل وقُدْرتَه في هذا الكون، وقد جاءت بأدلةٍ وإثباتات على وَحْدانية الله عز وجل، لا سيما بديع صُنْعِه في خَلْقِه؛ ومن ذلك: إيحاؤه للنَّحْلِ أن تصنعَ بيوتها بهذه الكيفية وهذه الطريقة، وكذا ما أودَعه اللهُ عز وجل في هذا المخلوقِ من أسرارٍ وعجائبَ تدلُّ على قدرته تعالى، وتفرُّدِه في الألوهية، وقد جاءت السورةُ على ذِكْرِ مشاهدِ يوم القيامة، وما يَتبَع ذلك اليومَ من أهوالٍ.

ترتيبها المصحفي
16
نوعها
مكية
ألفاظها
1845
ترتيب نزولها
70
العد المدني الأول
128
العد المدني الأخير
128
العد البصري
128
العد الكوفي
128
العد الشامي
128

* قوله تعالى: {وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُواْ بِمِثْلِ مَا عُوقِبْتُم بِهِۦۖ وَلَئِن صَبَرْتُمْ لَهُوَ خَيْرٞ لِّلصَّٰبِرِينَ} [النحل: 126]:

عن أُبَيِّ بن كعبٍ رضي الله عنه، قال: «لمَّا كان يومُ أُحُدٍ، أُصِيبَ مِن الأنصارِ أربعةٌ وسِتُّون رجُلًا، ومِن المهاجِرِين سِتَّةٌ؛ منهم حَمْزةُ، فمثَّلوا بهم، فقالت الأنصارُ: لَئِنْ أصَبْنا منهم يومًا مِثْلَ هذا، لَنُرْبِيَنَّ عليهم، قال: فلمَّا كان يومُ فَتْحِ مكَّةَ، فأنزَلَ اللهُ تعالى: {وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُواْ بِمِثْلِ مَا عُوقِبْتُم بِهِۦۖ وَلَئِن صَبَرْتُمْ لَهُوَ خَيْرٞ لِّلصَّٰبِرِينَ} [النحل: 126]، فقال رجُلٌ: لا قُرَيشَ بعد اليومِ، فقال رسولُ اللهِ ﷺ: كُفُّوا عن القومِ إلا أربعةً»». سنن الترمذي (٣١٢٩).

سورةُ (النَّحْلِ):

سُمِّيتْ سورةُ (النَّحْلِ) بذلك؛ لذِكْرِ النَّحْلِ فيها، ولم يُذكَرْ في سورةٍ أخرى غيرِها.

اشتمَلتِ السورةُ على عدَّة موضوعات؛ بيانها كالآتي:

1. إثبات وَحْدانية الله تعالى (١-٢).

2. أدلة على وحدانيته تعالى (٣-١٦).

3. اللهُ الخالق المنعم القادر، وعَجْزُ المعبودين غيرِه (١٧- ٢١).

4. ذمُّ المتكبِّرين، ومدحُ المتقين (٢٢-٣٥).

5. عاقبة المكذِّبين بالرُّسل واليوم الآخر، وجزاء المؤمنين (٣٦- ٥٠).

6. أدلةٌ أخرى على توحيد الألوهية (٥١- ٦٤).

7. تتمة نِعَم الله الدالة على التوحيد، يَتخلَّلها ضربُ الأمثلة (٦٦-٨٣).

8. من مشاهدِ يوم القيامة (٨٤- ٨٩).

9. توجيهات حول مكارمِ الأخلاق (٩٠- ٩٧).

10. التأدُّب بآداب القرآن، وردُّ الافتراءات (٩٨- ١١١).

11. ضربُ الأمثلة (١١٢- ١١٩).

12. أهمية الدعوة، وأساليبها (١٢٠- ١٢٨).

ينظر: "التفسير الموضوعي للقرآن الكريم" لمجموعة من العلماء (4 /131).

دلَّ اسمُ السورة على مقصودِها؛ وهو - كما ذكَره البقاعيُّ -: "الدَّلالة على أنَّه تعالى تامُّ القدرة والعلم، فاعلٌ بالاختيار، مُنزَّه عن شوائبِ النَّقص، وأدلُّ ما فيها على هذا المعنى: أمرُ النَّحْلِ؛ لِما ذُكِر من شأنها في دقةِ الفهم؛ في ترتيبِ بيوتها على شكل التَّسديسِ ترتيبًا لا يصل إليه أكابرُ المهندسين إلا بعد تكامُلٍ كبير، وقانونٍ يَقِيسون به ذلك التَّقدير، وذلك على وجهٍ هو أنفَعُ الوجوه لها، وفي رَعْيِها، وسائر أمرها؛ من اختلافِ ألوان ما يخرُجُ منها مِن أعسالها وشموعها، وجَعْلِ الشَّمْعِ نورًا وضياءً، والعسلِ بركةً وشفاءً، مع أَكْلِها من كلِّ الثمار، النافعِ منها والضارِّ، وغير ذلك من الأسرار". "مصاعد النظر للإشراف على مقاصد السور" للبقاعي (2 /213-214).