ترجمة سورة الحديد

الترجمة الأذرية

ترجمة معاني سورة الحديد باللغة الأذرية من كتاب الترجمة الأذرية.
من تأليف: لي خان موساييف .

1. Göylərdə və yerdə olan­la­rın hamı­sı Allahın şəninə tə­rif­lər de­yir. O, Qüd­rətlidir, Hikmət sahibidir.
2. Göylərin və yerin hökm­ranlığı Ona məxsusdur. O həm di­ril­dir, həm də öl­dürür. O, hər şeyə qadirdir.
3. Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir.
4. Göyləri və yeri altı gündə yara­dan, sonra da Ərşə ucalan Odur. O, yerə gi­rəni də, ora­dan çıxanı da, göydən enəni də, oraya qal­xanı da bilir. Siz ha­rada olsanız belə, O si­zin­lə­dir. Allah sizin nə etdik­lərinizi gö­rür.
5. Göylərin və yerin hökm­ranlığı Ona məxsusdur. Bütün işlər an­caq Allaha qaytarıla­caq­.
6. O, gecəni gündüzə qatır, gündüzü də gecəyə qatır. O, köks­lər­də olanları bilir.
7. Allaha və Onun Rəsuluna iman gə­tirin! Sizin ixtiyarınıza ver­di­yi maldan xeyirxah işlərə sərf edin! Sizdən iman gətirib mal­la­rın­dan xərcləyənləri bö­yük bir müka­fat gözləyir.
8. Peyğəmbər sizi Rəbbini­zə iman gə­tirməyə çağırdığı hal­da, si­zə nə olub ki, Allaha iman gətirmirsiniz? Əgər siz mö­min­sinizsə, bi­lin ki, artıq O, sizdən əhd almışdır.
9. Sizi zülmətlərdən nura çı­xartmaq üçün Öz quluna açıq-ay­dın ayə­ləri na­zil edən Odur. Həqiqətən, Allah sizə qarşı çox şəf­qətlidir, rəhm­li­dir.
10. Sizə nə olub ki, malınız­dan Allah yolunda xərcləmir­si­niz? Hal­buki göy­lərin və ye­rin mirası Allahındır. Siz­lər­dən mallarını Məkkənin fət­hindən əvvəl xərc­ləyib döyüşənlər başqaları ilə eyni deyillər. On­la­rın dərəcəsi mallarını fəthdən sonra xərc­lə­yib döyüşənlərdən da­ha üs­tün­dür. Amma Allah onların ha­mı­sına ən gözəl olanı vəd et­­miş­dir. Allah sizin nə etdiklə­riniz­dən xəbərdardır.
11. Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin (Allah yo­lun­da malını yaxşı işlərə sərf etsin), O da onun üçün bunu qat-qat ar­tır­sın? Onun üçün çox dəyərli bir mükafat da var.
12. O gün sən mömin kişi­lərin və mömin qadınların nu­runun on­ların ön­lərindən və sağ tərəflərindən yayıl­dı­ğı­nı görəcəksən. On­lara: “Bu gün si­zin müjdəniz ağacları altın­dan çaylar axan cən­nətlərdir. Siz orada əbədi qala­caq­sı­nız!”– deyiləcək. Bu, böyük uğur­dur.
13. O gün münafiq kişilər və müna­fiq qadınlar iman gə­tirən­lə­rə: “Bir az gözləyin ki, biz də sizin işığınızdan alaq”– deyə­cəklər. On­lara deyi­ləcək­: “Geriyə qayıdıb işıq axta­rın!” Onların arasına içə­ri tərə­fində mərhəmət, çöl tərəfində əzab olan, qapılı bir sədd çə­ki­lə­cək.
14. Münafiqlər onları haray­layıb de­yə­cəklər: “Məgər biz sizinlə bir­likdə de­yil­dikmi?” Möminlər deyəcəklər: “Bəli, la­kin siz öz-özü­nü­zü aldadır­dı­nız, mö­minlərə bəla üz vermə­sini gözləyirdiniz, haqqa şüb­hə edir­diniz və Allahın əmri gələ­nə­dək xülyalar sizi yoldan çı­xart­dı. Tovlayan şeytan Allah barə­sində sizi yaman aldatdı.
15. Bu gün nə sizdən, nə də kafir­lər­dən heç bir fidyə qəbul olun­maz. Gedəcəyiniz yer də Oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!”
16. Möminlərin qəlbinin Alla­hın zikri və haqdan nazil olan ayə­lər üçün yum­şalması, daha öncə özlərinə Kitab ve­ril­miş, uzun bir müd­dət keç­dikdən sonra isə qəlbləri sərtləşmiş, ço­xusu da fasiq ol­muş kimsələr kimi olmaması vaxtı gə­lib çat­ma­dımı?
17. Bilin ki, Allah torpağı onun ölü­mündən sonra diril­dir. Biz ayə­ləri sizə izah etdik ki, bəlkə anlayasınız.
18. Şübhəsiz ki, sədəqə ve­rən kişi və sədəqə verən qa­dın­lar və Alla­ha gözəl borc verən­lər üçün əvəzi qat-qat ar­tırı­la­caq. Onlar üçün çox dəyərli bir mükafat da var.
19. Allaha və Onun elçilə­ri­nə iman gətirənlər – məhz on­lar doğ­ru olan­lar­dır. Şəhid­lər isə öz Rəbbi yanında­dır­lar. On­ların öz mü­kafatları və öz nur­ları var. Kafir olub ayə­lə­ri­mizi yalan sa­yan­lara gə­lincə, onlar Cəhənnəm sakin­ləridir.
20. Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-bi­ri­nizin ya­nında öyün­mək, var-dövləti və oğul-uşağı ço­xaltmaq is­tə­yindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, on­dan əmələ gə­lən bitki əkin­çi­ləri heyran edir. Sonra o qu­ru­yur və sən onun sap­sa­rı ol­du­ğu­nu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axi­rət­­də şiddətli əzab, kimisini də Allah­dan bağışlanma və razı­lıq göz­lə­yir. Dünya həyatı isə al­dadıcı ləzzət­dən başqa bir şey deyil.
21. Rəbbiniz tərəfindən ba­ğışlanma­ğa və genişliyi göyün və ye­rin ge­nişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cən­nətə tələsin. Bu, Allahın lütfüdür, onu istə­di­yinə verər. Allah böyük lütf sahi­bidir.
22. Yer üzündə baş verən və sizin ba­şınıza gələn elə bir mü­si­bət yox­dur ki, Biz onu ya­rat­mamışdan əvvəl o, Ya­zı­da mü­əyyən edil­miş olmasın. Şüb­hə­siz ki, bu, Allah üçün çox asan­dır.
23. Allah bunu əlinizdən çı­xa­na kə­dərlənməyəsiniz və Onun si­zə verdi­yi­nə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özün­dən ra­zını, özünü öyəni sevmir.
24. O kəsləri ki, özləri xə­sis­lik edir, insanlara da xəsislik et­məyi əmr edir­lər. Kim haq­dan üz çevirsə, bilsin ki, Allah, hə­qiqətən də, Zən­gin­dir, Təri­fə­layiqdir.
25. Biz elçilərimizi aydın də­lillərlə göndərdik və onlarla bir­lik­də Kitab və tərəzi nazil et­dik ki, insanlar ədalətli ol­sun­lar. Biz özün­də çox böyük qüv­və və insanlar üçün mənfəətlər olan dəmiri də en­dir­dik ki, Allah, Onu görmədən Ona və elçilə­rinə kömək gös­­tə­rən­lə­ri üzə çı­xartsın. Həqiqətən, Allah Qüv­vətlidir, Qüd­rət­li­dir.
26. Biz Nuhu və İbrahimi göndər­dik, peyğəmbərliyi və Kitabı on­ların nəslinə nəsib et­dik. Onların bir qismi doğru yoldadır, çoxu isə fasiq­lərdir.
27. Sonra onların ardınca dalbadal el­çilərimizi yolladıq. Sonra Mər­yəm oğlu İsanı gön­dərib ona İncil bəxş etdik. Onun ardınca ge­dənlə­rin qəlblərinə şəf­qət və mərhəmət saldıq. Ra­hibliyi isə on­lar özlərin­dən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. On­lar bu­nu Allahın razılığını qazanmaq üçün etdi­lər, lakin ona la­zı­­mın­ca ria­yət etmədilər. Biz onlar­dan iman gətirənlərin müka­fat­la­rını ver­dik. Onla­rın çoxu isə fasiq­lər­dir.
28. Ey iman gətirənlər! Allah­dan qor­xun və Onun elçisinə iman gə­tirin! On­da O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə düz yolla getməyiniz üçün nur verər və sizi bağış­la­yar. Allah Ba­ğış­la­yandır, Rəhm­lidir.
29. Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklər. Şübhəsiz ki, lütf Allahın əlin­dədir, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir.
سورة الحديد
معلومات السورة
الكتب
الفتاوى
الأقوال
التفسيرات

سورة (الحديد) من السُّوَر المدنية، وهي من السُّوَر (المسبِّحات)، التي تبدأ بالتسبيح، جاءت بالتذكيرِ بجلال الله وعظمته، وسلطانه وقوته، ومن ذلك خَلْقُه الحديدَ الذي فيه بأسٌ شديد ومنافعُ للناس؛ فهو الخالق المتصرِّف في الكون كيف شاء سبحانه وتعالى، وجاءت السورة بدلائلِ وَحْدانية الله، ووَحْدة ما دعَتْ إليه الرسالاتُ السماوية.

ترتيبها المصحفي
57
نوعها
مدنية
ألفاظها
575
ترتيب نزولها
94
العد المدني الأول
28
العد المدني الأخير
28
العد البصري
29
العد الكوفي
29
العد الشامي
28

* سورة (الحديد):

سُمِّيت سورة (الحديد) بذلك؛ لوقوعِ لفظ الحديد فيها؛ قال تعالى: {وَأَنزَلْنَا اْلْحَدِيدَ فِيهِ بَأْسٞ شَدِيدٞ وَمَنَٰفِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ اْللَّهُ مَن يَنصُرُهُۥ وَرُسُلَهُۥ بِاْلْغَيْبِۚ إِنَّ اْللَّهَ قَوِيٌّ عَزِيزٞ} [الحديد: 25].

1. الإيمان بالله تعالى، ودلائلُه، وآثاره (١-١٥).

2. الدعوة إلى خشيةِ الله تعالى (١٦-٢٤).

3. وَحْدة الرسالات السماوية (٢٥-٢٩).

ينظر: "التفسير الموضوعي لسور القرآن الكريم" لمجموعة من العلماء (8 /8).

يشير ابنُ عاشور إلى مقصدِ السورة فيقول: «التذكيرُ بجلال الله تعالى، وصفاتِه العظيمة، وسَعة قُدْرته وملكوته، وعموم تصرُّفه، ووجوب وجوده، وسَعة علمه.

والأمرُ بالإيمان بوجوده، وبما جاء به رسولُه صلى الله عليه وسلم، وما أُنزِلَ عليه من الآيات البيِّنات.

والتنبيه لِما في القرآن من الهَدي وسبيل النجاة.

والتذكير برحمة الله، ورأفته بخَلْقه.

والتحريض على الإنفاق في سبيل الله، وأن المالَ عرَضٌ زائل، لا يَبقَى منه لصاحبه إلا ثوابُ ما أنفَقَ منه في مرضاة الله.

والتخلُّص إلى ما أعد اللهُ للمؤمنين والمؤمنات يوم القيامة من خيرٍ، وضد ذلك للمنافقين والمنافقات». "التحرير والتنوير" لابن عاشور (27 /356).