ترجمة سورة إبراهيم

الترجمة الأذرية

ترجمة معاني سورة إبراهيم باللغة الأذرية من كتاب الترجمة الأذرية.
من تأليف: لي خان موساييف .

1. Əlif. Ləm. Ra. Bu, insan­la­rı öz Rəb­binin izni ilə qa­ran­lıq­dan nu­ra – Qüd­rət­li, Tə­rifə­la­yiq Allahın yoluna çı­xart­maq üçün sənə na­zil etdiyimiz bir Kitabdır.
2. O Allahın ki, göylərdə və yerdə nə varsa, Onundur. Gi­riftar olacaqları şid­dətli əzab­dan dolayı vay kafirlərin ha­lı­na!
3. O kəslər ki, dünyanı axi­rətdən üstün tutur, insanları Allah yo­lundan sapdırır və onu əyri göstərməyə çalı­şır­lar. On­lar dərin bir azğınlıq içində­dir­lər.
4. Biz hər bir elçini ancaq öz xalqının dilində danışan gön­dər­dik ki, haqqı on­lara bə­yan etsin. Allah istədiyini sap­dı­rır, istədi­yini də doğru yola yönəl­dir. O, Qüdrətlidir, Hikmət sahibidir.
5. Biz Musanı möcüzələri­miz­lə gön­dərib ona: “Xalqını qa­ran­lıq­dan nura çı­xart və Al­lahın günlə­rini onların ya­dı­na sal”- dedik. Şüb­həsiz ki, bunda çox səbir və şükür edənlər üçün dəlillər vardır.
6. O zaman Musa öz xal­qı­na de­miş­di: “Allahın sizə ver­diyi ne­məti xatır­la­yın. O, sizi Firon əhlindən xilas etdi. On­lar sizə ağır əzab­lar verir, oğ­lan uşaq­la­rınızı öldürür, qa­dın­la­rı­nızı isə sağ bu­ra­xırdılar. Bunda Rəbbiniz­dən sizin üçün böyük bir sınaq var idi”.
7. O zaman Rəbbiniz belə bildirmiş­di: “Əgər şükür etsə­niz, si­zə olan nemə­timi artı­ra­ram, yox əgər nankorluq etsə­niz, bilin ki, Mə­nim əzabım şid­dət­lidir”.
8. Musa dedi: “Əgər siz və yer üzün­də olanların hamısı ka­fir ol­­sanız, Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah, həqiqə­tən də, Zəngin­dir, Tə­ri­fə­layiqdir”.
9. Sizdən əvvəlkilərin – Nuh qövmü­nün, Ad və Səmud tay­fa­la­rı­nın, on­lar­dan sonra­kı­ların xəbərləri sizə gəlib çatma­dı­mı? Onlar haqqın­da Allah­dan başqa heç kəs bilmir. Elçiləri on­lara açıq-ay­dın dəlil­lər gətir­di­lər. Onlar isə əllərini ağız­la­rı­nın üstünə qo­yub dedilər: “Biz si­zinlə göndərilənlərə inan­mı­rıq və bizləri də­vət et­diyiniz tövhid barəsində şübhə doğu­ran şəkk içindəyik!”
10. Elçiləri onlara dedilər: “Göy­ləri və yeri yaradan Alla­ha şəkk etməkmi olar? O, gü­nahları­nızı bağışlamaq və sizə müəyyən vax­ta qədər möhlət vermək üçün sizi iman gətir­mə­yə çağırır”. Onlar de­dilər: “Siz də bizim kimi ancaq bir insan­sınız. Bizi atala­rımızın ibadət et­diklərindən dön­dər­mək istə­yirsiniz. Elə isə bizə açıq-ay­dın bir dəlil gətirin”.
11. Elçiləri onlara dedilər: “Biz də si­zin kimi bir insanıq. La­kin Allah Öz qul­la­rından is­tə­diyinə lütfkarlıq edir. Alla­hın izni ol­ma­dan biz sizə heç bir dəlil gətirə bilmərik. Qoy mö­minlər ancaq Alla­ha təvək­kül etsinlər.
12. Allah bizə yollarımızı gös­tərdiyi halda, biz nə üçün Alla­ha təvəkkül et­məyək? Si­zin bi­zə verdiyiniz əziy­yət­lə­rə dö­zə­cəyik. Qoy təvəkkül edən­lər an­caq Allaha təvəkkül et­sinlər”.
13. Kafir olanlar öz elçilə­ri­nə dedi­lər: “Sizi ya öz torpa­ğı­mız­dan qovaca­ğıq, ya da müt­ləq dinimizə qayıdacaq­sı­nız!” Rəbbi də on­lara belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcək
14. və onlardan sonra sizi o yerdə sa­kin edəcəyik. Bu, hü­zu­rum­da dur­maqdan qor­xan­lar və təhdidimdən çə­kinən­lə­rə aiddir”.
15. Elçilər qələ­bə istədilər. Hər bir inad­­kar dikbaş da zi­yana uğ­ra­dı.
16. Qabaqda onu Cə­hən­nəm göz­lə­yir; orada ona irinli su içir­di­lə­cək.
17. O bunu qurtum-qurtum içə­cək, amma onu uda bilmə­yəcək­dir. Ona hər yandan ölüm gələ­cək, lakin o, ölmə­yə­cəkdir. Bunun ardınca da ağır bir əzab gələ­cək.
18. Rəbbini inkar edənlərin misalı – onların əməlləri, qa­sır­ğalı bir gündə kü­ləyin şiddətlə sovur­duğu külə bən­zə­yir. On­lar gör­dük­ləri işlərə görə sa­vab qazan­maz­lar. Dərin azğın­lıq da elə bu­dur.
19. Allahın göyləri və yeri haq­q ilə ya­ratdığını görmür­sənmi? Əgər O, is­tə­sə, sizi yox edib yeri­nizə yeni bir məx­luq gətirər.
20. Bu, Allah üçün çətin de­yildir.
21. Axirət günü hamı Alla­hın hüzu­runa çıxarılacaq və zəif­lər tə­kəbbürlük göstərən­lərə de­yə­cək­lər: “Biz sizə tabe idik. İndi siz, Alla­hın əzabını, qismən də olsa, bizdən sovuş­dura bilər­si­nizmi?” Onlar de­yə­cəklər: “Əgər Allah bizi doğ­ru yola yönəlt­səydi, biz də si­zə doğ­ru yolu göstərərdik. İndi qəm çəksək də, sə­bir etsək də bi­zim üçün eynidir. Çünki bi­zim üçün qur­tuluş yeri yox­dur”.
22. İş bitdikdə şeytan deyə­cək: “Hə­qiqətən də, Allah sizə ger­çək vəd ver­mişdi. Mən də sizə vəd vermişdim, la­kin və­dimə xilaf çıx­dım. Mənim sizin üs­tünüzdə heç bir hökm­ran­lı­ğım yox idi. Mən si­zi az­ğınlığa dəvət etdim, siz də dəvətimi qə­bul etdiniz. Buna gö­rə də məni yox, özünüzü qınayın. Nə mən si­zin köməyi­nizə ça­ta bi­lə­rəm, nə də siz mənim kö­mə­yimə ça­ta bilərsi­niz. Heç şüb­hə­siz ki, mən əv­vəllər də sizin məni Allaha şərik qoşma­ğınızı rədd et­miş­dim”. Həqiqə­tən, zalım­lar üçün ağrılı-acılı bir əzab hazır­lan­mış­dır.
23. İman gətirib saleh əməl­lər edən­lər isə ağacları altın­dan çay­lar axan, Rəbbinin izni ilə içində əbə­di qala­caq­ları cən­nətlərə daxil edilə­cəklər. Onların orada qarşıla­şarkən bir-birinə de­yə­cək­ləri söz: “Sa­lam!” olacaq.
24. Allahın necə məsəl çək­di­yini gör­mürsənmi? Gözəl söz (lə ila­hə illəllah) kökü yerdə möh­kəm olan, budaqları isə göyə yük­sə­lən gözəl bir ağac kimidir.
25. O ağac Rəbbinin izni ilə öz bəhrə­sini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar.
26. Pis söz isə yerdən qopa­rıl­mış və artıq kökü üstə dura bil­mə­yən pis bir ağaca bən­zə­yir.
27. Allah iman gətirənləri dünya hə­yatında da, axirətdə də möh­kəm sözlə sabit saxla­yar. Allah zalımları sapdırar. Allah is­tə­di­yini edər.
28. Məgər sən Allahın ne­mət­lərini küfrə dəyişənləri və öz xal­qı­nı həlak yurduna sü­rüklə­yənləri görmürsənmi?
29. Onlar Cəhənnəmə girə­cək­lər. Ora necə də pis yaşayış yeri­dir.
30. Onlar insanları Allah yo­lundan sap­dırmaq üçün bütləri Ona tay tut­du­lar. De: “Hələlik əylənin! Şübhəsiz ki, dönüşü­nüz Oda­dır”.
31. İman gətirən qullarıma de ki, na­maz qılsınlar, alış-ve­rişin və dostluğun olmayacağı bir günün gəlməsindən əv­vəl onlara ver­di­yimiz ruzidən Allah yo­lunda gizli və aşkar xərc­lə­sinlər.
32. O mərhəmətli Allah ki, göy­ləri və yeri yaratdı, göydən su en­di­rib onunla sizin üçün növbənöv məhsullardan ruzi ye­tişdirdi, əm­ri ilə dənizdə üz­mək üçün gəmiləri sizin ixti­yarınıza verdi və çay­ları sizə ram etdi;
33. Müəyyən edilmiş yolla daim hərəkət edən günəşi və ayı si­zə ta­be etdi; ge­cə­ni və gün­dü­zü sizə ram etdi.
34. O sizə istədiyiniz hər şey­dən ver­mişdir. Əgər Alla­hın ne­mət­lərini saya­caq olsa­nız, onları sayıb qurtara bil­məz­si­niz. Həqi­qə­tən, insan çox za­lım, çox nan­­kordur.
35. Bir zaman İbrahim de­mişdi: “Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq yurdu et. Məni və oğul­larımı bütlərə tapın­maq­dan uzaq­laş­dır.
36. Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe ol­­sa, o, mən­dəndir. Kim də mənə asi olsa, bilsin ki, Sən Bağışlayansan, Rəhm­lisən.
37. Ey Rəbbimiz! Mən nəs­limdən bə­zisini Sənin müha­fi­zə olu­nan Evinin yaxınlı­ğın­da, heç bir bitki olmayan bir vadi­də sakin et­dim. Ey Rəbbimiz! On­lar na­maz qılsın­lar deyə be­lə etdim. İn­san­la­rın bir qis­mi­nin qəlbini on­lara meylli et və on­lara növbənöv məh­sul­lar­dan ru­zi ver ki, bəlkə şükür etsinlər.
38. Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nə­yi aş­ka­ra çıxart­dı­ğı­mızı bilir­sən. Nə yerdə, nə də göydə heç bir şey Allah­dan gizli qalmaz.
39. Qoca vaxtımda mənə İs­maili və İshaqı bəxş edən Alla­ha həmd olsun! Həqiqətən, Rəb­bim duaları qəbul edəndir.
40. Ey Rəbbim! Məni də, nəs­limdən olanları da namaz qı­lan et! Ey Rəbbi­miz! Duamı qəbul elə!
41. Ey Rəbbimiz! Haqq-he­sab günü məni, valideynlərimi və mö­minləri ba­ğışla!”
42. Zalımların etdikləri əməl­lərdən Alla­hın xəbərsiz oldu­ğunu san­ma. Allah sadəcə on­ları cəza­landırmağı göz­lərin bə­rələ qala­cağı gü­nə saxlayır.
43. O gün onlar başlarını yu­xarı qal­dı­raraq carçıya doğru tə­lə­sə­cək­lər. Onlar özlərinə belə dönüb baxmayacaq və on­ların qəlbi də bomboş qala­caq – qor­xu­dan bütün başqa duyğu­lardan xali ola­caq­.
44. İnsanları onlara əzab gə­lə­cəyi günlə qorxut. O gün za­lımlar de­­yə­cək­lər: “Ey Rəbbi­miz! Bizə yaxın bir vaxta qə­dər möhlət ver ki, sənin dəvə­tini qə­bul edək və elçilərin ar­xasınca gedək”. Onlara deyi­lə­cəkdir: “Məgər əvvəllər siz dün­yadan köçməyəcəyiniz ba­rədə and iç­mə­mişdiniz?!
45. Siz özlərinə zülm edən­lə­rin yurd­larında sakin oldu­nuz. On­la­ra nələr et­diyimiz si­zə ay­dın oldu və sizə mi­sal­lar da çəkdik”.
46. Zalımlar öz hiylələrini qu­rurdu­lar. Halbuki onların hiyləsi Alla­ha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tər­pənən de­yil­.
47. Allahın Öz elçilərinə ver­diyi vədə xilaf çıxacağını san­ma. Hə­qiqətən, Allah Qüd­rət­lidir, in­tiqam almağa qadirdir.
48. O gün yer başqa bir yer­lə, göylər də başqa göylərlə əvəz olu­nacaq və insanlar Tək olan, hər şeyə Qalib gələn Allahın hü­zu­runda duracaqlar.
49. O gün günahkarları zən­­cir­lənmiş görəcəksən.
50. Onların paltarları qat­ran­dan ola­caq, üzlərini də alov bürü­yə­­­cək.
51. Allah hər kəsə qazandı­ğı­nın əvə­zini vermək üçün belə edə­cək­. Həqi­qə­tən, Allah tez haqq-hesab çəkəndir.
52. Bu Quran insanlar üçün bir bildi­rişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sa­hibləri düşünüb ibrət alsınlar.
سورة إبراهيم
معلومات السورة
الكتب
الفتاوى
الأقوال
التفسيرات

سورةُ (إبراهيمَ) مِن السُّوَر المكية، وجاءت هذه السورةُ الكريمة على ذِكْرِ مسائل الاعتقاد، والتوحيد، وآياتِ الله عز وجل في هذا الكونِ، كما دعَتْ إلى اتباع الدِّين الخالص: {مِلَّةَ ‌إِبْرَٰهِيمَ ‌حَنِيفٗاۖ}، وقد سُمِّيتْ باسمه عليه السلام، ودعت إلى اتباع الطريق الحقِّ التي دعا إليها كلُّ الأنبياء، كما أورَدتْ ذِكْرَ الجنة والنار، وحال كلٍّ من الفريقين؛ ترغيبًا في الاتباع والطاعة، وترهيبًا عن المعصية والمخالفة، واحتوت على ذِكْرِ عظمة الله في هذا الكونِ الفسيح؛ تثبيتًا للنبيِّ صلى الله عليه وسلم، ومَن والاه.

ترتيبها المصحفي
14
نوعها
مكية
ألفاظها
831
ترتيب نزولها
72
العد المدني الأول
54
العد المدني الأخير
54
العد البصري
51
العد الكوفي
52
العد الشامي
55

* قوله تعالى: {يُثَبِّتُ اْللَّهُ اْلَّذِينَ ءَامَنُواْ بِاْلْقَوْلِ اْلثَّابِتِ فِي اْلْحَيَوٰةِ اْلدُّنْيَا وَفِي اْلْأٓخِرَةِۖ} [إبراهيم: 27]:

عن البَراءِ بن عازبٍ رضي الله عنهما، قال: «نزَلتْ في عذابِ القَبْرِ، فيقال له: مَن رَبُّك؟ فيقول: رَبِّي اللهُ، ونَبيِّي محمَّدٌ ﷺ؛ فذلك قولُهُ عز وجل: {يُثَبِّتُ اْللَّهُ اْلَّذِينَ ءَامَنُواْ بِاْلْقَوْلِ اْلثَّابِتِ فِي اْلْحَيَوٰةِ اْلدُّنْيَا وَفِي اْلْأٓخِرَةِۖ} [إبراهيم: 27]». أخرجه مسلم (٢٨٧١).

* سورة (إبراهيمَ):

سُمِّيتْ سورة (إبراهيمَ) بذلك؛ لأنها تحدَّثتْ - بشكل رئيسٍ - عن سيدنا (إبراهيمَ) عليه السلام، وعَلاقةِ ذلك بالتوحيد.

جاءت موضوعاتُ سورة (إبراهيم) على النحوِ الآتي:

1. منزلة القرآن الكريم، وحُجِّيته على الناس جميعًا (١-٤).

2. دعوة الرُّسل في الإخراج من الظُّلمات إلى النور (٥-٨).

3. استفتاح الرسل بالنصر على أعدائهم (للدعاة) (٩-١٨).

4. نعيم أهل الجنة، وعذاب أهل النار (١٩- ٣١).

5. عظمة الله في الكون، ونِعَمُه على خَلْقه (٣٢- ٣٤).

6. نبأ إبراهيم عليه السلام في دعوته (٣٥- ٤١).

7. صُوَر من مشاهدِ يوم القيامة (٤٢-٥٢).

ينظر: "التفسير الموضوعي للقرآن الكريم" لمجموعة من العلماء (4 /1).

مقصودُ سورة (إبراهيمَ) هو التوحيدُ، وبيانُ أن هذا الكتابَ غايةُ البلاغ إلى الله؛ لأنه كافل ببيان الصراط الدالِّ عليه، المؤدي إليه، وأدلُّ ما فيها على هذا المَرامِ: قصةُ (إبراهيم) عليه السلام.

أما أمرُ التوحيد في قصة (إبراهيم) عليه السلام: فواضحٌ في آيات كثيرة من القرآن، والتوحيدُ هو ملَّةُ (إبراهيمَ) عليه السلام، التي حكَم اللهُ تعالى على مَن رَغِب عنها بقوله: {وَمَن ‌يَرْغَبُ ‌عَن مِّلَّةِ إِبْرَٰهِـۧمَ إِلَّا مَن سَفِهَ نَفْسَهُۥۚ} [البقرة: 130]. وقال الله تعالى في هذه السُّورةِ مبينًا حِرْصَ (إبراهيمَ) عليه السلام على التوحيد: {وَإِذْ قَالَ إِبْرَٰهِيمُ رَبِّ اْجْعَلْ هَٰذَا اْلْبَلَدَ ءَامِنٗا وَاْجْنُبْنِي وَبَنِيَّ أَن نَّعْبُدَ اْلْأَصْنَامَ (35) ​رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرٗا مِّنَ اْلنَّاسِۖ فَمَن تَبِعَنِي فَإِنَّهُۥ مِنِّيۖ وَمَنْ عَصَانِي فَإِنَّكَ غَفُورٞ رَّحِيمٞ (36)} [إبراهيم: 35-36].

وأما أمرُ الكتاب: فلأنه من جملةِ دعائه لذريتِه الذين أسكَنهم عند البيت المُحرَّم؛ ذريةِ (إسماعيلَ) عليه السلام: {رَبَّنَا وَابْعَثْ فِيهِمْ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ}[سورة البقرة: 129].

ينظر: "مصاعد النظر للإشراف على مقاصد السُّور" للبقاعي (2 /198).