ترجمة سورة الحج

الترجمة الأذرية

ترجمة معاني سورة الحج باللغة الأذرية من كتاب الترجمة الأذرية.
من تأليف: لي خان موساييف .

1. Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sar­sın­tı­sı müdhiş bir şey ola­caq­.
2. Onu görəcəyiniz gün hər bir əm­zikli qadın əmiz­dirdi­yi­ni unu­da­caq, hər bir hamilə qa­dın bət­nin­dəkini sala­caqdır. İnsan­ları sər­xoş gö­rə­­cəksən, hal­buki onlar sərxoş olmaya­caqlar. La­kin Alla­hın əzabı hədsiz şid­dət­li­dir.
3. İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haq­qında müba­hi­sə edir və hər bir asi şeytana itaət edir.
4. Onun haqqında belə ya­zılmışdır; kim şeytanla dostluq etsə, şey­tan onu doğru yoldan çıxardıb alovlu Odun əza­bına sürükləyər.
5. Ey insanlar! Yenidən di­ri­ləcə­yini­zə şübhə edirsinizsə, bi­lin ki, hə­qiqətən də, Biz sizi tor­paqdan, sonra nütfədən, sonra lax­ta­lan­mış qandan, da­ha son­ra tam bir şəklə salınmış və ya salın­ma­mış bir parça ətdən ya­ratdıq ki, qüd­rə­ti­mizi sizə bə­yan edək. Bətnlərdə is­­tədi­yi­mizi müəyyən bir vaxt ərzində sax­layırıq. Sonra sizi oradan uşaq kimi çı­xardırıq ki, yetkinlik ça­ğına yetişəsiniz. Sizdən kimisi yet­­kinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rə­za­lətli dövrünə çatdırılır ki, vax­tilə bildiyi şey­ləri unutsun. Sən yer üzünü cansız gö­rürsən. Biz ona yağ­mur endirdiyimiz za­man o, hə­rəkətə gə­lib qaba­rır və cür­bə­cür gözəl bitkilər biti­rir.
6. Bunun səbəbi Allahın Haqq ol­masındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir.
7. Həmin Saat gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbir­lərdə olanları di­rildəcəkdir.
8. İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yol gös­təricisi və nur saçan bir kitabı olmadan Allah haqqın­da mü­ba­hi­sə edir.
9. O, başını təkəbbürlə o yan-bu yana çevirir ki, insanları Allahın yolundan sapdırsın. O bu dünyada rüsvay ola­caq, Qi­yamət günü isə Biz ona Cə­hən­nəm məşəqqətini nəsib edə­cə­yik.
10. Ona deyiləcəkdir: “Bu, əv­vəllər öz törətdiyin əməllə­rin əvə­zi­dir, yoxsa Allah qul­larına əsla zülm edən deyil­dir”.
11. İnsanlardan eləsi də var­ ki, Alla­ha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz dön­də­rib küfrə qayıdar. O adam dün­yanı da iti­rər, axi­rəti də. Ger­çək zərər də elə bu­dur.
12. O, Allahı tərk edərək özü­nə nə zə­rər, nə də xeyir verə bil­mə­yənə yal­varır. Dərin az­ğınlıq da elə budur.
13. Həm də zərəri xey­rin­dən daha ya­xın olana yalvarır. O nə pis köməkçi, nə pis yol­daş­dır!
14. Allah iman gətirib yaxşı işlər gö­rənləri ağacları altın­dan çay­lar axan cən­nətlərə daxil edəcək. Şübhəsiz ki, Allah istə­di­yi­ni edər.
15. Kim Allahın, dünyada və axi­rətdə Öz peyğəmbərinə kö­mək göstər­mə­yəcəyi güma­nın­dadırsa, qoy yuxa­rı­ya – evi­nin tavanına bir ip salıb boy­nu­na keçirsin, sonra da ayağını yerdən üz­sün və gör­sün ki, onun bu hiyləsi, qə­zəbinə sə­bəb olduğu Allahın bu kömə­yinə mane ola bilərmi?
16. Beləcə, Biz Quranı açıq-aydın ayə­lər kimi nazil etdik. Allah is­tədiyi kəsi doğru yola yönəldir.
17. Şübhəsiz ki, Qiyamət gü­nü Allah möminlər, yəhudi­lər, sa­bi­ilər, xaçpə­rəst­­lər, atəş­pə­rəst­lər və müşriklər ara­sında hökm ve­rə­cəkdir. Həqiqətən, Allah hər şeyə şahiddir.
18. Məgər göylərdə və yer­də olan­la­rın, günəşin, ayın, ul­duz­la­rın, dağların, ağacların, hey­vanların və insanların xey­li hissəsinin Alla­ha səcdə etdi­yini görmürsənmi? Onların ək­səriyyəti isə əzab çək­məyə la­yiq olanlardır. Allahın alçalt­dı­ğı kimsəyə heç kəs hör­mət qoy­maz. Həqiqətən, Allah istə­di­yi­ni edər.
19. Onlar öz Rəbbi barə­sin­də hö­cət­ləşən iki dəstədir. Ka­firlər üçün oddan paltar bi­çi­lə­cək, başlarına da qaynar su tö­küləcəkdir.
20. Bununla, onların bətn­lə­rin­də­ki­ləri və dərisi əridilə­cək­dir.
21. Onlar üçün dəmir top­puzlar da hazırlanmışdır.
22. Onlar hər dəfə oradan çıx­maq, qəmdən qurtarmaq is­tə­dik­də yeni­dən oraya qayta­rı­la­caq və onlara: “Dadın odun əza­bını!”– de­yiləcəkdir.
23. Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri ağac­ları altından çay­lar axan cən­nətlərə daxil edə­cək­dir. Onlar orada qızıl bilərzik­lərlə və incilərlə bəzədiləcək, li­bas­ları da ipək­dən olacaqdır.
24. Onlar gözəl kəlamlar öy­rənməyə nail olmuş və Tə­rifə­layiq Alla­hın yolu­na yönəldil­mişlər.
25. Kafir olanlara, insanları həm Allah yolundan, həm də bütün in­sanlar – is­tər yerlilər, istərsə də gəlmələr – üçün qur­duğumuz Məscidulharamdan sap­dı­ranlara və orada zülm et­məklə haq­dan dön­mək istə­yən­lərə ağrılı-acılı bir əzab daddı­racağıq.
26. Bir zaman Biz İbrahimə müqəddəs Evin yerini nişan ve­rib: “Mə­nə heç bir şeyi şərik qoşma, Evimi təvaf edənlər, na­maza du­ran­lar, rüku və səcdə edənlər üçün təmizlə!”– de­miş­dik.
27. İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yol­dan gələn qayışbaldır dəvələr üs­tündə gəl­sin­lər.
28. Qoy onlar öz mənfəətlə­rinin şa­hi­di olsunlar və məlum gün­lər­də Alla­hın onlara ver­di­yi heyvanları qurban kə­sər­kən Allahın adı­nı çəksinlər. Onlar­dan özü­nüz də yeyin, sıxıntı için­də olan yox­sul­lara da ye­dir­din!
29. Sonra həcc ayinlərini ta­mamla­sın­lar, nəzirlərini ye­rinə çat­dır­sınlar və qə­dim Evi təvaf etsinlər.
30. Bax belə! Hər kim Alla­hın haram buyurduqlarına hör­mət et­sə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. Haram olduğu sizə oxu­nanlardan baş­qa, qalan heyvanlar sizə halal edilmişdir. Elə isə mur­dar büt­lərdən uzaq olun, yalan söz­­lər­dən də çəkinin;
31. ancaq tək Allaha ibadət edən­lər­dən və Ona şərik qoş­ma­yan­lardan olun! Kim Allaha şərik qoşsa, sanki o, göy­dən dü­şər, quş­lar onu alıb aparar, ya­xud külək onu sovurub uzaq bir yerə atar.
32. Bax belə! Hər kim Alla­hın ayin­lə­rinə hörmət etsə, bil­sin ki, bu, qəlb­lə­rin təqvasın­dandır.
33. Qurbanlıq hey­vanlarda si­zin üçün müəyyən bir vaxta qədər mən­fəət var­dır. Sonra onların kəsi­ləcə­yi yer qədim Evin yaxınlı­ğın­dadır.
34. Biz hər bir ümmət üçün qurban­gah müəyyən etdik ki, Alla­hın onlara ruzi olaraq ver­diyi heyvanları qurban kəsər­kən Allahın adı­nı çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona ita­ət edin. Sən müti olanlara müjdə ver;
35. o kəslərə ki, Allah anıl­dığı za­man qəlbləri qorxuya dü­şər, baş­ları­na gələ­nlərə səbir edər, namaz qılar və on­lara ver­di­yimiz ru­zidən Allah yolunda xərc­lə­yərlər.
36. Biz qurbanlıq dəvələri də sizin üçün Allahın dininin ayin­lə­rin­dən et­dik. Onlarda si­zin üçün xeyir vardır. Onları səf-səf dü­zül­müş halda kəsər­kən Allahın adını çəkin. Böyrü üs­tə yıxıl­dıqları za­man on­lardan özünüz də ye­yin, aza qane olan kasıba və dilənçiyə də yedir­din. Qur­banlıq hey­van­ları sizə beləcə ram etdik ki, bəlkə şü­kür edə­siniz.
37. Onların nə əti, nə də qa­nı, Allaha çatmaz. Ona yal­nız sizin təq­va­nız ça­tar. Sizi doğru yola yönəlt­di­yinə görə Onu uca tu­ta­sı­nız deyə, bu hey­vanları si­zə beləcə ram etdi. Sən yaxşılıq edənləri müj­dələ!
38. Şübhəsiz ki, Allah iman gəti­rən­ləri mühafizə edir. Hə­qi­qə­tən, Allah heç bir nankor xaini sevmir.
39. Kafirlərin vuruşa baş­la­dı­ğı insan­lara, o kafirlərlə vu­ruş­mağa ica­zə ve­ril­mişdir. Çünki onlar zülmə məruz qal­mışlar. Şübhəsiz ki, Allah on­lara kö­mək etməyə qadirdir.
40. Onlar ancaq “Rəbbimiz Allah­dır”– dediklərinə görə haq­sız ye­rə yurd­larından çıxa­rıl­dı­lar. Əgər Allah in­san­ların bə­zi­lərini di­gər­ləri ilə dəf et­mə­səy­di, içərisində Allahın adı çox zikr olunan hüc­rələr, kilsələr, sinaqoqlar və məscid­lər da­ğı­lıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yar­dım edər. Şübhəsiz ki, Allah Qüv­vət­li­dir, Qüd­rət­lidir.
41. Əgər onlara yer üzündə hökm­ran­lıq versək, onlar na­maz qı­lar, zəkat ve­rər, yaxşı iş­lər gör­məyi əmr edib, pis iş­lər gör­məyi qa­dağan edərlər. Bü­tün işlərin aqibəti Allaha aid­dir.
42. Əgər səni yalançı saysa­lar, bil ki, səndən əvvəl Nuhun xalqı da, Ad və Sə­mud tayfa­ları da elçiləri yalançı say­mış­dı.
43. İbrahim tayfası da, Lut xalqı da,
44. Mədyən əhli də elçi­ləri ya­lançı say­mışdı. Musa da ya­lan­çı sa­yıl­mışdı. Mən kafir­lərə möh­lət verdim, sonra on­ları əzabla ya­xa­la­dım. Mənim onları in­kar etməyimin necə olduğunu bir gö­rəydin!
45. Neçə-neçə şəhər ol­muş­dur ki, əhalisi zülm edər­kən Biz on­ları məhv etdik. İndi onlar özülünə qədər uçul­muş­dur. Ne­çə-ne­çə tərk edilmiş qu­yu və neçə-neçə boş qal­mış qəsr də var­dır.
46. Məgər onlar yer üzündə gəzib dolaşaraq zalım­ların aqi­bəti­ni qəl­bləri ilə dü­şü­nüb, qulaqları ilə eşit­mirlər? Axı əslində gözlər deyil, köks­lərdəki qəlb kor olur.
47. Onlar səndən əzabın tez gəl­məsi­ni istəyirlər. Allah Öz və­di­nə əs­la xilaf çıxmaz. Rəb­bi­nin yanında olan bir gün sizin say­dı­ğı­nı­zın min ili kimidir!
48. Neçə-neçə şəhərə, əha­­li­si zülm edərkən möhlət ver­dim, son­ra onları əzab­la yaxa­la­dım. Dönüş də ancaq Mə­nədir!
49. De: “Ey insanlar! Mən si­zə yal­nız açıq-aydın xə­bər­dar­lıq edə­nəm.
50. İman gətirib yaxşı işlər görənlər üçün bağışlanma və bol ru­zi hazır­lan­mışdır.
51. Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə Cəhən­nəm sakin­ləridirlər.
52. Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər gön­dər­mə­mi­şik ki, o, ayə­­lərimizi oxu­maq istədikdə şeytan onun oxu­duğuna giz­licə vəsvəsə ver­mə­sin. La­kin Allah şeytanın giz­licə təlqin etdi­yi­ni yoxa çıxa­rar. Sonra da Allah Öz ayə­lə­rini möhkəmlədər. Allah hər şeyi bi­lən­dir, hikmət sahibidir.
53. Belə edər ki, şeytanın giz­li təl­qi­ni­ qəlbində xəstəlik olan­lar və qəlbi sərt olan in­sanlar üçün bır sınaq vasitəsinə çev­rilsin. Həqiqə­tən, zalımlar uzaq bir ayrılıq içindədirlər.
54. Qoy elm verilən kəslər, bu Ki­ta­bın Rəbbin tərəfindən gön­də­ril­miş həqi­qət olduğunu bilsinlər ki, ona inan­sın­lar və qəlbləri ona bağ­lansın. Şübhə­siz ki, Allah iman gətirənləri doğru yola yönəl­dər.
55. Kafir olanlar isə, o Saat qəflətən onların başlarının üs­tünü ala­nadək, ya­xud səmərə­siz bir günün əzabı onlara gə­lib yeti­şə­nə­dək, Quran barə­sin­də şəkk-şübhə içində qa­larlar.
56. O gün hökm yalnız Alla­hındır. Allah onların ara­sında hökm ve­rə­cəkdir­. İman gətirib yaxşı işlər görənlər Nəim cən­nətlərində ola­caq­lar.
57. Kafir olub ayələrimizi ya­lan he­sab edənləri isə rüs­vaye­dici bir əzab gözləyir.
58. Allah yolunda hicrət edən­lərə, sonra öldürülənlərə və ya­xud ölən­lərə Allah hök­mən gö­zəl ruzi verəcəkdir. Hə­­qiqətən, Allah ru­zi verənlərin ən yax­şısıdır!
59. Allah onları razı qala­caq­ları yerə daxil edə­cəkdir. Hə­qi­qə­tən, Allah hər şeyi bi­lən­dir, həlimdir!
60. Bax belə! Hər kim özü­nə verilən cəza kimi cəza ver­sə, sonra ye­nə də haq­sızlığa mə­ruz qalsa, bilsin ki, Allah ona müt­ləq kömək edəcəkdir. Həqi­qə­tən, Allah əfv edəndir, Bağış­layandır!
61. Bu belədir. Çünki Allah gecəni gündüzə, gündüzü də ge­cə­yə qatır. Allah Eşidəndir, Görəndir.
62. Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan baş­qa yal­var­dıq­ları isə batildir. Hə­qi­qətən, Allah Ucadır, Bö­yük­dür.
63. Məgər Allahın göydən yağış yağ­dırdığını və onunla yer üzü­nü yaşıllığa bürüdü­yü­nü görmürsənmi? Həqiqə­tən, Allah Lütf­kardır, Xəbər­dardır.
64. Göylərdə və yerdə nə var­sa, Onun­­dur. Həqiqətən, Allah Zən­gin­dir, Tərifəla­yiqdir.
65. Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram et­di­yi­ni görmürsənmi? Göyü də Öz izni ol­ma­dan yerə düşməsin deyə O tu­tub saxlayır. Həqi­qətən, Allah in­san­la­ra qarşı çox şəfqətli­dir, rəhmlidir.
66. Sizə həyat verən, sonra öldürə­cək, daha sonra diril­də­cək məhz Odur. İnsan, hə­qi­qə­tən də, nankordur.
67. Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət mü­əyyən etdik. Qoy on­lar bu işdə səninlə höcətləşmə­sinlər. Sən on­ları Rəbbinə iba­dət etmə­yə dəvət et. Həqiqətən, sən ən doğru bir yol­da­san.
68. Əgər səninlə mübahisə etsələr, de: “Allah sizin nə et­di­yinizi da­ha yax­şı bilir.
69. İxtilaf etdiyiniz məsə­lə­lər barə­sində Allah sizə Öz hök­mü­nü Qiyamət günü verə­cək­dir”.
70. Məgər bilmirsən ki, Allah göy­də və yerdə olanları bilir? Hə­qi­qə­tən, bu, Yazıda möv­cud­dur. Şübhəsiz ki, bu, Allah üçün asan­dır.
71. Onlar Allahı qoyub, haq­qında heç bir dəlil nazil edil­məyən və üstəlik öz­lərinin də bilmədikləri bir şeyə ibadət edirlər. Za­lım­la­ra kömək edən olmaz.
72. Kafirlərə açıq-aydın ayə­lərimiz oxun­duqda sən onla­rın üzün­də nifrət görərsən. Onlar az qalırlar ki, ayələ­ri­mi­zi on­la­ra oxu­yanların üstünə cum­sun­lar. De: “Sizə bundan daha pi­sini xə­bər verim­mi? Bu, Cə­hən­nəmdir! Allah onu kafirlərə vəd etmişdir. Ora nə pis qayı­dış ye­ridir!”
73. Ey insanlar! Sizə bir mə­səl çəki­lir. Onu dinləyin. Şüb­həsiz ki, Allah­dan başqa iba­dət etdikləriniz bir mil­çək belə yarada bil­məz­lər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər mil­çək on­lar­dan bir şey götürüb aparsa, bunu on­dan geri ala bilməzlər. İs­tə­yən də aciz qalar, istənilən də!
74. Onlar Allahı lazımınca qiymət­lən­dirmədilər. Şübhəsiz ki, Allah Qüv­vətlidir, Qüdrət­lidir!
75. Allah mələklərdən də el­çilər se­çir, insanlardan da. Hə­qi­qə­tən, Allah Eşidəndir, Gö­rəndir!
76. Allah onların keçmişini və gələ­cə­yini bilir. Bütün işlər Alla­ha qayıdır.
77. Ey iman gətirənlər! Rü­ku edin, səc­dəyə qapanın, Rəb­binizə iba­dət edə­rək yaxşı işlər görün ki, bəlkə nicat ta­pasınız.
78. Allah yolunda lazı­mın­ca cihad edin. O, sizi seçdi və ata­nız İb­rahi­min dinində oldu­ğu kimi, bu dində də sizin üçün heç bir çə­tin­lik yarat­madı. Pey­ğəmbər sizə, siz də insanlara şahid ola­sınız de­yə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi mü­­səl­man adlandırdı. Elə isə namaz qı­lın, zəkat verin və Allaha möh­­­kəm sarılın. O sizin Hima­yə­da­rı­nız­dır. O nə gözəl Hi­ma­yə­dar, nə gözəl Yardım­çı­dır!
سورة الحج
معلومات السورة
الكتب
الفتاوى
الأقوال
التفسيرات

سورةُ (الحَجِّ) من السُّوَر المدنيَّة، ومع ذلك فإنها جاءت على ذِكْرِ كثيرٍ من موضوعات السُّوَر المكِّية؛ مثل: بيان مسائلِ الاعتقاد والتوحيد، وما يَتعلَّق بمَشاهِدِ يوم القيامة وحسابِ الله عز وجل للخَلْقِ، إلا أن مِحوَرَها الرئيس كان حول رُكْنِ (الحَجِّ)، وما يتعلق به من أحكامٍ تشريعية، ودَوْرِ هذا الرُّكن في بناء الأمَّة ووَحْدتها، وجاءت بأحكامٍ تشريعية تتعلق بالجهاد وقتال المشركين؛ فقد مزَجتِ السورةُ بين موضوعات السُّوَر المكِّية والمدنيَّة، إلا أن مِحوَرَها تشريعيٌّ؛ كما أشرنا.

ترتيبها المصحفي
22
نوعها
مدنية
ألفاظها
1281
ترتيب نزولها
103
العد المدني الأول
76
العد المدني الأخير
76
العد البصري
75
العد الكوفي
78
العد الشامي
74

* قوله تعالى: {هَٰذَانِ خَصْمَانِ اْخْتَصَمُواْ فِي رَبِّهِمْۖ فَاْلَّذِينَ كَفَرُواْ قُطِّعَتْ لَهُمْ ثِيَابٞ مِّن نَّارٖ يُصَبُّ مِن فَوْقِ رُءُوسِهِمُ اْلْحَمِيمُ} [الحج: 19]:

عن قيسِ بن عُبَادٍ، عن عليِّ بن أبي طالبٍ رضي الله عنه، قال: «أنا أوَّلُ مَن يجثو بين يدَيِ الرَّحمنِ للخُصومةِ يومَ القيامةِ».

قال قيسٌ: «وفيهم نزَلتْ: {هَٰذَانِ خَصْمَانِ اْخْتَصَمُواْ فِي رَبِّهِمْۖ}، قال: هم الذين بارَزوا يومَ بَدْرٍ: عليٌّ، وحَمْزةُ، وعُبَيدةُ، وشَيْبةُ بنُ ربيعةَ، وعُتْبةُ بنُ ربيعةَ، والوليدُ بنُ عُتْبةَ». أخرجه البخاري (٤٧٤٤).

* قوله تعالى: {أُذِنَ لِلَّذِينَ يُقَٰتَلُونَ بِأَنَّهُمْ ظُلِمُواْۚ وَإِنَّ اْللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ} [الحج: 39]:

عن عبدِ اللهِ بن عباسٍ رضي الله عنهما، قال: «لمَّا خرَجَ النبيُّ ﷺ من مكَّةَ، قال أبو بكرٍ: أخرَجوا نبيَّهم! إنَّا للهِ وإنَّا إليه راجعون! لَيَهلِكُنَّ؛ فنزَلتْ: {أُذِنَ لِلَّذِينَ يُقَٰتَلُونَ بِأَنَّهُمْ ظُلِمُواْۚ وَإِنَّ اْللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ} [الحج: 39]، قال: فعرَفْتُ أنَّها ستكونُ».

قال ابنُ عباسٍ: «فهي أوَّلُ آيةٍ نزَلتْ في القتالِ». أخرجه ابن حبان (٤٧١٠).

* سورة (الحَجِّ):

سُمِّيت سورة (الحَجِّ) بذلك؛ لأنها جاءت على ذِكْرِ رُكْنِ (الحَجِّ).

* فُضِّلتْ سورةُ (الحَجِّ) بأنها السورةُ الوحيدة من سُوَرِ القرآن الكريم التي جاء فيها سجدتانِ:

عن عُقْبةَ بن عامرٍ رضي الله عنه، قال: قلتُ: يا رسولَ اللهِ، فُضِّلتْ سورةُ الحَجِّ بأنَّ فيها سجدتَيْنِ؟ قال: «نَعم، ومَن لم يسجُدْهما فلا يَقرَأْهما». أخرجه الترمذي (٥٧٨).

جاءت سورة (الحَجِّ) على ذِكْرِ الكثير من الموضوعات؛ وهي:

1. الأمر بالتقوى، والإيمان بالساعة (١-٢).

2. المجادلة بغير علم (٣-٤).

3. الأدلة على البعث (٥-٧).

4. المجادلة بغير علم (٨-١٦).

5. الفصل بين الأُمَم، والاعتبار (١٧-٢٤).

6. الصد عن سبيل الله والمسجدِ الحرام (٢٥-٣٧).

7. الإذن بالقتال والدفاع عن المؤمنين (٣٨-٤١).

8. الاعتبار بهلاك الأُمَم السابقة (٤٢-٤٨).

9. إحكام الوعيِ للنبي صلى الله عليه وسلم (٤٩ - ٦٠).

10. من دلائلِ قدرة الله تعالى (٦١-٦٦).

11. بطلان شريعة ومنهاج المشركين (٦٧-٧٦).

12. أوامر الله للمؤمنين (٧٧-٧٨). ينظر: "التفسير الموضوعي للقرآن الكريم" لمجموعة من العلماء (5 /87).

ويقول شيخُ الإسلام ابنُ تيميَّةَ: «سورة الحَجِّ ‌فيها ‌مكِّيٌّ ومدَنيٌّ، وليليٌّ ونهاريٌّ، وسفَريٌّ وحضَريٌّ، وشِتائيٌّ وصَيْفيٌّ.

وتضمَّنتْ منازلَ المسيرِ إلى الله؛ بحيث لا يكون منزلةٌ ولا قاطع يَقطَع عنها.

ويوجد فيها ذِكْرُ القلوبِ الأربعة: الأعمى، والمريض، والقاسي، والمُخبِتِ الحيِّ المطمئنِّ إلى الله.

وفيها من التوحيد والحِكَم والمواعظ - على اختصارها - ما هو بَيِّنٌ لمَن تدبَّرَه.

وفيها ذِكْرُ الواجبات والمستحَبَّات كلِّها؛ توحيدًا، وصلاةً، وزكاةً، وحَجًّا، وصيامًا؛ قد تضمَّنَ ذلك كلَّه قولُه تعالى: {يَٰٓأَيُّهَا اْلَّذِينَ ءَامَنُواْ اْرْكَعُواْ وَاْسْجُدُواْۤ وَاْعْبُدُواْ رَبَّكُمْ وَاْفْعَلُواْ اْلْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ ۩} [الحج: 77]،  فيدخُلُ في قوله: {وَاْفْعَلُواْ اْلْخَيْرَ} كلُّ واجبٍ ومستحَبٍّ؛ فخصَّصَ في هذه الآيةِ وعمَّمَ، ثم قال: {وَجَٰهِدُواْ فِي اْللَّهِ حَقَّ جِهَادِهِۦۚ} [الحج: 78]، فهذه الآيةُ وما بعدها لم تترُكْ خيرًا إلا جمَعَتْهُ، ولا شرًّا إلا نفَتْهُ». "مجموع الفتاوى" (15 /266).

وهذه السورةُ مِن أعاجيبِ السُّوَرِ؛ كما ذكَر ابنُ سلامةَ البَغْداديُّ، وأبو بكرٍ الغَزْنويُّ، وابنُ حزمٍ الأندلسيُّ، وابنُ تيميَّةَ.

ومِن عجائبِ هذه السورةِ الكريمة: أنه اجتمَع فيها سجودانِ، وهذا لم يحدُثْ في سورةٍ أخرى، بل قال بعضُ العلماء: «إن السجودَ الثاني فيها هو آخِرُ سجودٍ نزَل في القرآنِ الكريم». انظر: "الناسخ والمنسوخ" للبغدادي (ص126)، و"الناسخ والمنسوخ" لابن حزم (ص46)، و"تفسير القرطبي" (21/1)، و"مجموع الفتاوى" (15/266)، و"بغية السائل" (ص548).

جاءت سورة (الحَجِّ) بمقصدٍ عظيم؛ وهو دورُ رُكْنِ (الحَجِّ) العظيمُ في بناء الأمَّة ووَحْدتها، وجاءت بالحثِّ على التقوى، وخطابِ الناس بأمرهم أن يتَّقُوا اللهَ ويَخشَوْا يومَ الجزاء وأهوالَه، والاستدلالِ على نفيِ الشرك، وخطابِ المشركين بأن يُقلِعوا عن المكابرة في الاعتراف بانفراد الله تعالى بالإلهية، وعن المجادلة في ذلك اتباعًا لوساوسِ الشياطين، وأن الشياطينَ لا تُغني عنهم شيئًا، ولا ينصرونهم في الدنيا ولا في الآخرة.

ينظر: "مصاعد النظر للإشراف على مقاصد السور" للبقاعي (2 /296)، والتحرير والتنوير (17 /184).