ترجمة سورة المؤمنون

الترجمة الأذرية

ترجمة معاني سورة المؤمنون باللغة الأذرية من كتاب الترجمة الأذرية.
من تأليف: لي خان موساييف .

1. Möminlər, həqiqətən də, ni­cat tap­mışlar;
2. o kəslər ki, namazlarında mü­tidir­lər,
3. o kəslər ki, sözbazlıq­dan qaçır­lar,
4. o kəslər ki, zəkat ve­rirlər,
5. o kəslər ki, övrət yerlərini həmişə qoruyurlar,
6. zövcələri və sahib olduq­ları cari­yələr istisnadır. Onlar buna gö­rə heç qı­nanmazlar.
7. Bundan artığına can atan­lar isə həd­di aşanlardır.
8. O mömin kəslər ki, əma­nət­lərini və vədlərini qoru­yurlar.
9. O kəslər ki, namazlarını öz vaxt­larında qılırlar.
10. Məhz onlar – varis olan­lardır.
11. O kəslər ki, Firdovs cən­nətinə va­ris olacaqlar; onlar ora­da əbə­di qalacaqlar.
12. Həqiqətən, Biz insanı pal­çıq cöv­hərindən yaratdıq.
13. Sonra nütfə halında möh­kəm yerdə yerləşdirdik.
14. Sonra nütfədən lax­talanmış qan ya­ratdıq; sonra o qan­dan bir parça ət yaratdıq; sonra o bir parça ətdən sü­mük­lər yarat­dıq; sonra da sümük­ləri ət ilə ört­dük; sonra da onu başqa bir məx­luq olaraq xəlq et­dik. Yaradanların ən yax­şısı olan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır!
15. Şübhəsiz ki, bundan son­ra siz mütləq öləcəksiniz.
16. Sonra da Qiyamət günü di­ril­di­lə­cəksiniz.
17. Biz sizin üstünüzdə yed­di göyü yaratdıq. Məx­luqatı­mız­dan da xəbərsiz olmamı­şıq.
18. Biz göydən lazımi qədər su endi­rib onu yerdə saxladıq. Şüb­həsiz ki, Biz onu yox edə də bilərik.
19. Sonra həmin su ilə xur­ma ağac­la­rı­nı və üzüm bağ­la­rını si­zin üçün yetişdir­dik. Si­zin üçün ora­da yediyiniz çox­lu meyvə­lər var­­dır.
20. Biz Sina dağında bir ağac bitirdik ki, barından yeyənlərə həm yağ, həm də şirə verir.
21. Həqiqətən, ev heyvanla­rın­da da sizin üçün ibrət var. Biz on­la­rın bət­nin­də olandan sizlərə içirdirik. Sizin üçün on­larda baş­qa faydalar da var. Üs­təlik on­lardan yeyirsiniz də.
22. Siz həm o heyvanlarla, həm də gə­milər ilə daşınır­sı­nız.
23. Həqiqətən, Biz Nuhu öz qövmü­nə elçi göndərdik. O de­di: “Ey qöv­müm! Allaha iba­dət edin! Sizin Ondan başqa heç bir mə­bu­dunuz yox­dur. Mə­gər qorx­mur­­su­nuz?”
24. Qövmünün kafir zadə­gan­ları de­dilər: “O da sizin ki­mi sa­də­cə bir in­san­dır. Sizə bö­yük­lük etmək istəyir. Əgər Allah elçi gön­dər­mək istəsəydi, mə­lək­lər göndə­rərdi. Biz bunu ulu babalarımız­dan eşitmə­mişik.
25. Bu ancaq cinli bir adam­dır. Odur ki, ona münasibətdə bir müd­dət göz­lə­yin!”
26. O dedi: “Ey Rəbbim! On­la­rın məni yalançı sayma­sına qarşı mə­­nə kömək et!”
27. Biz ona vəhy etdik: “Göz­lərimiz önündə və vəhyimizlə gə­mi­ni düzəlt. Əmrimiz gəl­di­yi və təndir qaynadığı zaman hər can­lı­­dan bir cüt erkək və di­şi, barə­sində söz keçmiş (əley­hinə hökm ve­ril­miş) kəslər is­tisna olmaqla, öz ailə­ni gə­mi­yə mindir. Zalımlar ba­rə­sində Mənə müraciət etmə. Çünki onlar suya qərq oluna­caq­lar.
28. Sən yanında olanlarla bir­likdə gəmiyə mindiyin za­man de: “Bizi za­lım qövmdən xilas edən Allaha həmd ol­sun!”
29. Həmçinin de: “Ey Rəb­bim! Məni mübarək bir yerə çıxart. Sən yer ve­rən­lərin ən yaxşı­sı­san!”
30. Şübhəsiz ki, bunda ib­rət­lər var­dır. Həqiqətən, Biz qul­la­rı­mı­zı beləcə sı­nağa çəkirik.
31. Onlardan sonra isə baş­qa bir nəsil yaratdıq.
32. Onlara da özlərindən bir elçi gön­dərdik. O dedi: “Alla­ha iba­dət edin! Si­zin ondan başqa heç bir məbudunuz yox­dur. Məgər qorx­mursunuz?”
33. Qövmünün kafir olan, Axi­rətə qo­vuşacaqlarını yalan hesab edən və dün­ya hə­ya­tın­da firavan­lıq nəsib et­di­yimiz za­də­ganları de­dilər: “O sizin kimi sa­dəcə bir insandır. Yedi­yinizdən o da ye­yir, içdiyiniz­dən o da içir.
34. Əgər siz özünüz kimi adi bir in­sana itaət etsəniz, müt­ləq zi­ya­na uğra­yarsınız.
35. O sizə ölüb torpağa və sür-sü­mü­yə çevrildikdən son­ra diril­di­lib yeni­dən çıxarılaca­ğı­nızımı vəd edir?
36. Sizə vəd olunan şey hə­qi­qətdən çox uzaqdır, çox uzaq!
37. Dünya həyatımızdan baş­qa heç bir həyat yoxdur; ölüb di­ri­li­­rik (birimiz ölür, di­gə­ri­miz ana­dan olur) və biz di­ril­mə­yə­cəyik.
38. Bu, ancaq Allaha iftira ya­xan bir adamdır. Biz ona inanan de­yilik”.
39. O dedi: “Ey Rəbbim! On­la­rın mə­ni yalançı sayma­sına qarşı mə­nə kö­mək et!”
40. Allah dedi: “Onlar tez­lik­lə peş­man olacaqlar!”
41. Onları qaçılması müm­kün olma­yan qorxunc bir səs yaxa­la­dı. Biz onları daşqının apardığı çör-çöpə döndərdik. Məhv olsun za­lım adamlar!
42. Onlardan sonra başqa-başqa nə­sil­lər yaratdıq.
43. Heç bir ümmət öz əcə­li­ni nə qa­baq­laya bilər, nə də yu­ban­dı­rar.
44. Sonra bir-birinin ardın­ca elçi­lə­ri­mi­zi göndərdik. Hər dəfə hər hansı bir üm­mətə pey­ğəmbər gəldikdə, onlar onu ya­lançı say­dı­­lar. Biz də onları bir-biri­nin ardınca məhv edib əf­sa­nə­lərə çe­vir­dik. Məhv ol­sun iman gətirmə­yən­ adamlar!
45. Sonra Musanı və qar­da­şı Harunu ayələrimizlə və açıq-ay­dın bir dəlillə göndərdik –
46. Fironun və onun əyan­la­rı­nın ya­nına. Onlar isə təkəb­bürlük gös­tərdilər. Çünki on­lar özlərini yüksək tutan adam­­lar idilər.
47. Onlar dedilər: “Bunların tay­fası bizə kölə olduğu halda, biz özü­müz ki­mi iki adama inana­cağıq?”
48. Beləliklə, onları yalançı say­dılar və həlak edilənlərdən ol­du­lar.
49. Biz Musaya Kitab ver­dik ki, bəl­kə onlar doğru yola yönəl­sin­lər!
50. Biz Məryəm oğlunu və onun ana­sını bir möcüzə et­dik. On­la­rı əlverişli bir yerdə, çeş­mə axan bir təpədə yer­ləş­dir­dik.
51. Ey elçilər! Halal nemət­lər­dən ye­yin və yaxşı işlər gö­rün! Mən, həqi­qə­tən, sizin nə etdiklə­rinizi bilirəm!
52. Həqiqətən, bu, vahid bir din ola­raq sizin dininizdir. Mən də si­zin Rəbbi­nizəm. Elə isə Mən­dən qorxun.
53. Lakin ümmətlər özlərinin dini­ni ara­la­rında parçalayıb fir­qə­­lə­rə bö­­lün­dülər. Hər firqə özün­də olana sevinir.
54. Sən onları bir müddət öz cəhaləti içində burax!
55. Yoxsa günahkarlar elə he­sab edir­lər ki, onlara var-döv­lət və öv­lad ver­məklə
56. onlara yaxşılıq etməyə tə­ləsirik? Xeyr, onlar bu işin fər­­qinə var­mırlar.
57. Həqiqətən, Rəbbinin qor­xu­sun­dan əsim-əsim əsənlər,
58. Rəbbinin ayələrinə iman gətirən­lər,
59. Rəbbinə şərik qoşma­yan­lar,
60. Rəbbinə qayıdacaqlar de­yə ye­rinə yetirməli olduq­la­rını qəlb­ləri qor­xa-qor­xa yerinə ye­tirənlər –
61. Məhz onlar yaxşı işlər gör­məyə tələsər və bu işlərdə öndə ge­dər­lər.
62. Biz hər kəsi yalnız qüv­və­si çat­dığı qədər yükləyirik. Ya­nı­mız­da haq­qı deyən bir Ki­tab var­dır. Onlara zülm olun­maz.
63. Lakin onların qəlbi bun­dan xə­bər­sizdir. Onların bun­dan əlavə gör­dükləri başqa pis işləri də vardır.
64. Nəhayət, onların cah-ca­lal içində yaşayanlarını əzab­la ya­xa­la­dığı­mız za­man fəryad qo­pa­rarlar.
65. Onlara deyiləcək: “Bu gün fəryad qoparmayın! Qətiy­yən, Biz si­zə heç bir köməklik gös­tərmə­yəcəyik!”
66. Ayələrim sizə oxunur­du, siz isə arxa çevirirdiniz.
67. Həm də Kəbə ilə tə­kəb­bürlük edir, gecələr toplanıb ya­ra­maz söz­lər danı­şırdınız.
68. Məgər kafirlər bu Söz haq­qında düşünmür­lər­mi? Yaxud on­la­­ra ulu baba­­larına gəl­mə­yən bir şey gəldi?
69. Yoxsa onlar özlərinə gön­dərilmiş Elçini tanımayıb buna gö­rə də onu in­kar edirlər?
70. Yaxud: “O cinlidir?”– de­yir­lər. Xeyr, o elçi onlara haqqı gə­tir­miş­dir. Lakin onla­rın ço­xu haqqı xoşlamır.
71. Əgər haqq onların nəfs­lə­rinin is­təklərinə tabe olsaydı, göy­lər, yer və on­larda olanlar fəsada uğrayardı. Doğru­su, Biz onlara Zikr (Quran) gətirdik, onlar isə öz­lərinə verilən Zikrdən üz döndə­rir­lər.
72. Yoxsa sən onlardan bir mü­kafat istəyirsən? Rəbbinin müka­fa­tı daha xe­yirlidir. O, ru­zi verən­lərin ən yaxşı­sı­dır!
73. Sən, həqiqətən də, on­la­rı doğru yola çağırırsan.
74. Axirətə inanmayanlar isə doğru yoldan çıxırlar.
75. Əgər Biz onlara rəhm edib düş­dükləri bəladan xilas etsək, on­lar ye­nə öz azğın­lıqları içində sərgərdan gə­zə­cəklər.
76. Biz onları əzabla yaxa­la­dıq, onlar yenə öz Rəbbinə bo­yun əy­mədilər, Ona yal­va­rıb-yaxar­ma­dılar.
77. Nəhayət, şiddətli əzab qa­pısını on­ların üzünə açdığı­mız zaman dərhal ümidsizliyə qa­pıldılar. 
78. Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şü­kür edir­si­niz.
79. Sizi yer üzündə yerləş­di­rən Odur. Siz Onun hüzu­runa top­la­na­caq­sınız.
80. Dirildən də, öldürən də Odur. Ge­cə ilə gündüzün bir-birini əvəz et­məsi Ona aiddir. Məgər bunu anla­mır­sı­nız?
81. Xeyr, onlar da əvvəlki üm­mətlərin dedikləri kimi de­dilər.
82. Onlar dedilər: “Məgər biz ölüb torpaq və sür-sümük ol­duq­dan sonra diril­di­ləcəyik?”
83. Bu dirilmə həm bizə, həm də əv­vəl­lər atalarımıza vəd olun­muş­du. Bu, keç­­miş­dəki­lə­rin əf­sa­nələrindən başqa bir şey de­yil.
84. De: “Əgər bilirsinizsə, de­yin gö­rüm yer və onun üs­tün­də olan­lar ki­min­dir?”
85. Onlar: “Allahındır!”– de­yə­cəklər. De: “Bəs düşünüb ib­rət al­mırsıniz?”
86. De: “Yeddi göyün Rəbbi və əzə­mətli Ərşin Rəbbi kim­dir?”
87. Onlar: “Allahdır!”– de­yə­cək­lər. De: “Bəs qorx­mur­su­nuz?”
88. De: “Əgər bilirsinizsə, de­yin gö­rüm hər şeyin hökmü əlində olan, hi­mayə edən, Özü­nün isə hi­mayəyə eh­ti­yacı ol­ma­yan kim­dir?”
89. Onlar: “Allahdır!”– de­yə­cəklər. De: “Bəs necə olur ki, al­da­nır­­sınız?”
90. Xeyr, Biz onlara haqqı gə­tirdik. Onlar isə yalançı­dır­lar!
91. Allah Özünə heç bir öv­lad gö­tür­məmişdir. Onunla ya­naşı iba­dətə layiq olan heç bir mə­bud yoxdur. Əks təqdirdə hər bir mə­bud öz yarat­dıq­la­rını özü idarə etmək istəyər və on­la­rın bir qismi di­gə­rinə üstün gəl­mə­yə can atardı. Allah on­ların Ona aid et­dik­ləri si­fət­lərdən uzaq­dır.
92. O, qeybi və aşkarı bi­lən­dir. Allah müşriklərin Ona qoş­duq­la­rı şərik­lər­dən çox ucadır.
93. De: “Ey Rəbbim! Əgər on­lara vəd olunanı mənə gös­tərə­cək­sən­sə,
94. məni zalım adamların için­də qoy­ma, ey Rəbbim!”
95. Sözsüz ki, Biz onlara vəd etdi­yi­mizi sənə göstər­məyə qa­di­rik.
96. Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri si­fətləri da­ha yaxşı bilirik.
97. De: “Ey Rəbbim! Şey­tan­la­rın vəs­vəsələrindən Sənə sı­ğını­ram!
98. Onların mənə yaxınlaş­ma­la­rın­dan Sənə sığınıram, ey Rəb­bim!”
99. Nəhayət, onlardan biri­nə ölüm gəl­­diyi zaman deyər: “Ey Rəb­bim! Mə­ni geri qaytar.
100. Bəlkə, tərk etdiyim yax­şı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri an­caq boş bir sözdür. Onların arxa­sında diriləcək­ləri gü­nə qədər bər­zəx həyatı vardır.
101. Sur üfürüləcəyi gün on­la­rın ara­larında qohumluq əla­qəsi ol­ma­yacaq və onlar bir-bi­rindən hal-əhval tutma­ya­caq­lar.
102. O gün məhz tərəziləri ağır gə­lənlər nicat tapacaqlar.
103. Tərəziləri yüngül gə­lən­lər isə öz­lərini ziyana uğra­dan­lar­dır. Onlar Cə­hənnəmdə əbə­di qala­caqlar.
104. Od onların üzünü yan­dı­racaq və onlar orada qıc ol­muş və­ziy­yətdə qala­caqlar.
105. Məgər Mənim ayələ­rim sizə oxun­­murdumu, siz də on­ları ya­lan he­sab etmirdi­nizmi?
106. Onlar deyəcəklər: “Ey Rəb­bi­miz! Bədbəxtliyimiz bizə üs­tün gəldi və biz doğru yol­dan azan bir camaat ol­duq.
107. Ey Rəbbimiz! Bizi ora­dan çıxart! Əgər bir də günah iş­lərə qa­yıtsaq, həqi­qətən də, za­lım olarıq”.
108. Allah buyuracaq: “Ora­da alçal­mış vəziyyətdə qalın və Mə­nə heç nə demə­yin!
109. Həqiqətən, qullarım­dan bir züm­rə var idi ki, onlar: “Ey Rəb­bimiz! Biz iman gətirdik. Bi­zi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısı­san!”– deyir­dilər.
110. Siz isə onları məsxə­rə­yə qoyur­dunuz. Sonda bu məs­xərə Mə­ni yada salmağı belə sizə unut­durdu. Siz onlara gü­lürdünüz.
111. Bu gün Mən səbir et­dik­lə­rinə görə onları mükafat­lan­dır­dım. Şübhə­siz ki, uğur qa­zananlar da onlardır!”
112. Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– de­yə so­ruşa­caq.
113. Onlar: “Bir gün yaxud bir gün­dən də az qaldıq. Sən günləri sa­yan­lar­dan soruş”– de­yəcəklər.
114. Allah deyəcək: “Siz ora­da çox az qaldınız. Kaş bunu bi­ləy­di­niz!
115. Yoxsa elə hesab edir­di­niz ki, si­zi əbəs yerə yarat­mı­şıq və siz heç vaxt Bizə qay­ta­rıl­maya­caqsınız?”
116. Haqq Hökmdar olan Allah hər şeydən ucadır! Ondan baş­qa iba­də­tə layiq olan heç bir mə­bud yox­dur. O, şanlı Ərşin Rəb­bidir.
117. Kim Allahla yanaşı, haq­qında özünün heç bir dəlili ol­ma­dı­ğı başqa bir məbuda iba­dət edərsə, onun cəzasını Rəb­bi Özü ve­rə­­cəkdir. Şübhə­siz ki, ka­firlər nicat tapmazlar!
118. De: “Ey Rəbbim, ba­ğış­la və rəhm et! Sən rəhm edən­lə­rin ən yax­şı­sısan!”
سورة المؤمنون
معلومات السورة
الكتب
الفتاوى
الأقوال
التفسيرات

سورةُ (المؤمنون) من السُّوَر المكية التي اهتمت بذِكْرِ دلائل وَحْدانية الله تعالى، كما اهتمت بذِكْرِ صفاتِ المؤمنين المفلحين؛ كما في فاتحة السورة الكريمة، وقد صح عن النبيِّ صلى الله عليه وسلم: أنَّ مَن أقامَ أوَّلَ عَشْرِ آياتٍ من سورة (المؤمنون) دخَلَ الجنَّةَ، وبالأخذِ بهذه الصفات التي ذكَرها الله للمؤمنين، تصلُحُ للعبد دنياه وآخرتُه، ويحقِّقُ معنى التوحيد التام.

ترتيبها المصحفي
23
نوعها
مكية
ألفاظها
1052
ترتيب نزولها
74
العد المدني الأول
119
العد المدني الأخير
119
العد البصري
119
العد الكوفي
118
العد الشامي
119

* قوله تعالى: {وَلَقَدْ أَخَذْناهُمْ بِالْعَذابِ فَما اسْتَكانُوا لِرَبِّهِمْ وَما يَتَضَرَّعُونَ} [المؤمنون: ٧٦]:

عن عبدِ اللهِ بن عباسٍ رضي الله عنهما، قال: «جاء أبو سُفْيانَ بنُ حَرْبٍ إلى رسولِ اللهِ صلى الله عليه وسلم، فقال: يا مُحمَّدُ، أنشُدُك اللهَ والرَّحِمَ؛ فقد أكَلْنا العِلْهِزَ - يعني: الوَبَرَ والدَّمَ -؛ فأنزَلَ اللهُ: {وَلَقَدْ أَخَذْناهُمْ بِالْعَذابِ فَما اسْتَكانُوا لِرَبِّهِمْ وَما يَتَضَرَّعُونَ} [المؤمنون: ٧٦]». أخرجه ابن حبان (٩٦٧).

* سورةُ (المؤمنون):

سُمِّيت سورة (المؤمنون) بذلك؛ لأنَّ فاتحتها أفصَحتْ عن ذِكْرِ صفات المؤمنين.

 * أنَّ مَن أقام أوَّلَ عَشْرِ آياتٍ من سورة (المؤمنون) دخَل الجنَّة:

عن عُمَرَ بن الخطَّابِ رضي الله عنه، قال: «كان إذا نزَلَ على رسولِ اللهِ ﷺ الوحيُ يُسمَعُ عند وجهِه دَوِيٌّ كدَوِيِّ النَّحْلِ، فمكَثْنا ساعةً، فاستقبَلَ القِبْلةَ، ورفَعَ يدَيهِ، فقال: «اللهمَّ زِدْنا ولا تنقُصْنا، وأكرِمْنا ولا تُهِنَّا، وأعطِنا ولا تَحرِمْنا، وآثِرْنا ولا تُؤثِرْ علينا، وارضَ عنَّا وأرضِنا»، ثم قال: «لقد نزَلتْ عليَّ عَشْرُ آياتٍ، مَن أقامَهنَّ دخَلَ الجنَّةَ»، ثم قرَأَ علينا: {قَدْ أَفْلَحَ اْلْمُؤْمِنُونَ} [المؤمنون: 1] حتى ختَمَ العَشْرَ». أخرجه الترمذي (3097).

* كانت تَتجلَّى صفاتُ رسول الله ﷺ من خلالِ هذه السورة:

فعن يَزيدَ بن بابَنُوسَ، قال: «دخَلْنا على عائشةَ، فقُلْنا: يا أمَّ المؤمنين، ما كان خُلُقُ رسولِ اللهِ ﷺ؟ قالت: كان خُلُقُه القُرْآنَ، تَقرَؤون سورةَ المؤمنين؟ قالت: اقرَأْ {قَدْ أَفْلَحَ اْلْمُؤْمِنُونَ}، قال يَزيدُ: فقرَأْتُ {قَدْ أَفْلَحَ اْلْمُؤْمِنُونَ} [المؤمنون: 1] إلى: {لِفُرُوجِهِمْ حَٰفِظُونَ} [المؤمنون: 5]، قالت: هكذا كان خُلُقُ رسولِ اللهِ ﷺ». أخرجه البخاري في " الأدب المفرد" (٤٨).

* هي السورةُ التي قرأها النبيُّ صلى الله عليه وسلم يومَ الفتحِ:

عن عبدِ اللهِ بن السائبِ رضي الله عنه، قال: «حضَرْتُ رسولَ اللهِ ﷺ يومَ الفتحِ وصلَّى في الكعبةِ، فخلَعَ نَعْلَيهِ فوضَعَهما عن يسارِه، ثم افتتَحَ سورةَ (المؤمنون)، فلمَّا بلَغَ ذِكْرَ عيسى أو موسى، أخَذَتْهُ سَعْلةٌ، فركَعَ». أخرجه أبو داود (٦٤٨).

جاءت سورةُ (المؤمنون) على ذِكْرِ الموضوعات الآتية:

1. صفات المؤمنين (١-١١).

2. أدلة وَحْدانية الله (١٢-٢٢).

3. الإيمان بالرسل، ومواقف أقوامهم منهم (٢٣-٥٢).

4. تفرُّق الأُمَم بعد رسلهم (٥٣-٧٧).

5. أدلة إثبات وَحْدانية الله وقدرته (٧٨-٩٨).

6. مِن مشاهِدِ يوم القيامة (٩٩- ١١٨).

ينظر: "التفسير الموضوعي للقرآن الكريم" لمجموعة من العلماء (5 /124).

ظهَر مقصودُ سورة (المؤمنون) في اسمها؛ وهو اختصاصُ المؤمنين بالفلاح، وقد دارت آيُها حول مِحوَرِ تحقيقِ الوَحْدانية، وإبطالِ الشرك ونقضِ قواعده، والتنويه بالإيمان وشرائعه؛ فكان افتتاحُها بالبشارة للمؤمنين بالفلاح العظيم على ما تحلَّوْا به من أصول الفضائل الرُّوحية والعلمية، التي بها تزكيةُ النَّفس، واستقامةُ السلوك.

ينظر: "مصاعد النظر للإشراف على مقاصد السور" للبقاعي (2 /303)، و"التحرير والتنوير" لابن عاشور (18 /6).